Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yevsey Yakovleviç Gindes (rus. Евсей Яковлевич Гиндес; 17 oktyabr 1872, Kiyev – 5 sentyabr 1954, Bakı) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xa

Yevsey Gindes

  • Ana Səhifə
  • Vikipediya
  • Yevsey Gindes

Yevsey Yakovleviç Gindes (rus. Евсей Яковлевич Гиндес; 17 oktyabr 1872, Kiyev – 5 sentyabr 1954, Bakı) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri, Əmək Qəhrəmanı (1938), Azərbaycan SSR əməkdar elm xadimi (1928), Azərbaycan SSR əməkdar həkimi (1940).

Yevsey Gindes
rus. Евсей Гиндес
Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Xalq Səhiyyəsi naziri
26 dekabr 1918 – 14 mart 1919
ƏvvəlkiXudadat bəy Rəfibəyli
SonrakıAbram Dastakov
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1872(1872-10-17)
Doğum yeri
  • Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 sentyabr 1954(1954-09-05) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tibb elmləri doktoru

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1928 "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 19401940
Əmək Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Kiyev Universitetinin tibb fakültəsini bitirmiş (1897), Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897–1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902–1905) işləmişdir.

1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905–1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Gindes uşaq sümük vərəmi evinin – Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913–1930).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir.

O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932–45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945–1952) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.

O, Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq-yay düşərgələri təşkil etmiş (1906), fəhlə uşaqları üçün körpələr evi açmışdır. Bakıda Gindesi "Uşaq allahı" adlandırırdılar. 150-dən artıq əsərin müəllifidir. Gindesə Azərbaycanın əməkdar həkimi adı verilmişdir.

Həmçinin bax

  • Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yevsey Gindes haqqında məlumat. Yevsey Gindes nədir? Yevsey Gindes nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baydarlı

  • Fevral 27, 2026

    Ureki

  • Fevral 27, 2026

    Girdman

  • Fevral 27, 2026

    Vergilər Nazirliyi

  • Fevral 27, 2026

    Kanzas Siti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst