Fransua Jerar Jorj Nikola Olland (fr. François Gérard Georges Nicolas Hollande; d. 12 avqust 1954, Ruan, Fransa) — fransız dövlət xadimi, Fransa Respublikasının seçilmiş 24-cü, Beşinci Respublikanın 7-ci prezidenti. Fransanın dövlət başçısı kimi Andorranın knyazı və Fəxri Legion ordeninin Ali Magistri. 6 may 2012-ci ildə seçilib, vəzifəsinin icrasına 15 may 2012-ci ildə başlayıb.
| Fransua Olland | |
|---|---|
| François Hollande | |
| |
| 15 may 2012 – 14 may 2017 | |
| Əvvəlki | Nikolya Sarkozi |
| Sonrakı | Emmanüel Makron |
| 15 may 2012 – 14 may 2017 | |
| Əvvəlki | Nikolya Sarkozi |
| Sonrakı | Emmanüel Makron |
| Şəxsi məlumatlar | |
| Doğum adı | François Gérard Georges Nicolas Hollande |
| Doğum tarixi | |
| Doğum yeri | Ruan, |
| Partiya | Fransa Sosialist Partiyası |
| Təhsili | Ali Ticarət Elmləri Məktəbi, Milli İdarəçilik Məktəbi, Siyasi Tədqiqatlar İnstitutu |
| Fəaliyyəti | vəkil, dövlət rəsmisi, dövlət xadimi, siyasətçi |
| Həyat yoldaşları | 1) Seqolen Ruayal (1973 — 2007) 2) Valeri Triyerveyler (2007-dən) |
| Uşaqları | 1) Tomas (d. 1984) 2) Klemens (d. 1985) 3) Julyen (d. 1987) 4) Flora (d. 1992) |
| Dini | katolisizm, aqnostisizm |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət |
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
Fransua Olland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Fransa Sosialist Partiyasının üzvüdür.
İlk iş yeri Fransa Auditorlar Palatasında olub, auditor vəzifəsində işləyib. 1981-95-ci illərdə Fransa prezidenti Fransua Mitteranın iqtisadi məsələlər üzrə məsləhətçilərindən olub.
1988-ci ildə ilk dəfə Fransa parlamentinin aşağı palatasına seçilib. 2001-2008-ci illərdə Tül şəhərinin meri olub.
1997-ci ildən yenidən Fransa parlamentinin üzvüdür.
Ailəsi
Fransua Olland heç vaxt rəsmən ailə qurmayıb. 28 il sosialist siyasətçi Seqolen Ruoyalla vətəndaş nikahında olub. Ondan 4 övladı var. Hazırda Fransua Olland özündən 10 yaş kiçik olan jurnalist Valeri Triyerveylerlə vətəndaş nikahındadır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransua Olland haqqında məlumat. Fransua Olland nədir? Fransua Olland nə deməkdir?

