Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəh

Brayan Krenston

  • Ana Səhifə
  • Vikipediya
  • Brayan Krenston

Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəhrəmanı Volter Vaytı canlandırdığına görə məşhurlaşıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal rolunda çəkilib. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və bir "Qızıl Qlobus" mükafatı laureatdır.

Brayan Krenston
ing. Bryan Cranston
Doğum adı Bryan Lee Cranston
Doğum tarixi 7 mart 1956(1956-03-07) (69 yaş)
Doğum yeri
  • Hollivud, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Uşağı
  • Teylor Dirden[d]
Fəaliyyəti telerejissor, ssenarist, kino aktyoru, kinorejissor, səsləndirmə aktyoru[d], teatr aktyoru, televiziya aktyoru, film prodüseri, icraçı prodüser[d], televiziya prodüseri[d], aktyor, rejissor
Fəaliyyət illəri 1980-ci ildən
Boyu 1,8 m
IMDb ID0186505
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub. Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub. Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi. Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb. Atası aktyorluq edərək ailəsini dolandırmaq üçün yetərincə pul qazana bilmirdi, nəticədə o, Krenston 11 yaşında olarkən ailəsini qoyub getdi. Brayan və qardaşı Kayl ondan 22 yaşları olana qədər xəbər ala bilmədi, sonda onu axtarıb tapmağa qərar verdilər. Krenston 1988-ci ildə atasının rejissorluğu ilə çəkilmiş "The Big Turnaround" filmində rol aldı. Atası 2014-cü ildə vəfat edənə qədər onunla münasibətinə davam etdirmişdi.

Şəxsi həyatı

Krenston və həyat yoldaşı Robin Dirden 2008-ci ildə

Krenston 1977-ci ildən 1982-ci ilə qədər yazıçı Miki Midlton ilə evli olub. O, 1984-cü ildə "Airwolf" teleserialının çəkilişi zamanı tanış olduğu Robin Dirden ilə 8 iyul 1989-cu ildə ailə həyatı qurub. Onların 1993-cü ildə dünyaya gələn qızı Teylor Dirden[ing.] də aktrisadır və "Breaking Bad" teleserialının "No Más[ing.]" epizodunda çəkilib.

Siyasi baxışları

Krenston Demokratdır. O, abortu dəstəkləyir, marixuananın qanuniləşdirilməsinin tərəfdarıdır və silah satışının əleyhinədir.

Krenston 2016-cı il ABŞ prezident seçkilərində Hillari Klintonu dəstəkləyib və Donald Trampı sevmədiyini bildirib.

Filmoqrafiya

  • Siravi rayanı xilas etmək (1998)
  • Balaca günəş işığı (2006)
  • Sürücü (2011)
  • Madaqaskar 3: Avropanın ən çox axtarılanları (2012)
  • Arqo (2012)
  • Qodzilla (2014)
  • Trumbo[ing.] (2015)
  • Kunq-fu panda 3 (2016)
  • The Infiltrator[ing.] (2016)
  • The Upside[ing.] (2017)
  • Isle of Dogs[ing.] (2018)
  • Asteroid City[ing.] (2023)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Brayan Krenston haqqında məlumat. Brayan Krenston nədir? Brayan Krenston nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tektam

  • Fevral 27, 2026

    Yamusukro

  • Fevral 27, 2026

    Yuqoslaviya gerbi

  • Fevral 27, 2026

    Avis sülaləsi

  • Fevral 17, 2026

    Kara dənizi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst