Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq No

Tensinq Norqey

  • Ana Səhifə
  • Vikipediya
  • Tensinq Norqey

Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir.

Tensinq Norgey
Doğum tarixi may 1914
Doğum yeri Kxumbu, Nepal
Vəfat tarixi 9 may 1986 (71–72 yaşında)
Vəfat yeri Darcilinq, Hindistan
Vəfat səbəbi beyin qansızması[d]
Vətəndaşlığı Hindistan Hindistan
Fəaliyyəti tədqiqatçı-səyyah[d], avtobioqraf[d], alpinist
Mükafatları George Medal Padma Bhuşan Order of the Star of Nepal — 1953
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən dövr

Tensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi.

Tenqboçe kəndi

Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir. Onun ilk adı Namqyal Vanqdi olsa da, uşaq ikən adı məşhur Ronqbuk monastırının baş laması və yaradıcısı Nqavanq Tensin Norbunun məsləhəti ilə dəyişdirilmişdir. "Tensinq Norgey" adı "dinin zəngin və bəxtəvər ardıcılı" kimi tərcümə oluna bilər. Tensinqin atası yak çobanı Qanq La Minqma (1949-cu ildə vəfat etmişdir) və anası Dokmo Kinsom (oğlunun Everesti fəth etməsini görmüşdür) olmuşdur; Tensinq özü 13 uşaqdan 11-cisi olmuşdur. Onun qardaş və bacılarının bir çoxu hələ gənc ikən vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tensinq Norqey haqqında məlumat. Tensinq Norqey nədir? Tensinq Norqey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yozef Şumpeter

  • Fevral 28, 2026

    Ophrys sphegodes

  • Fevral 27, 2026

    Vətəndaş

  • Fevral 27, 2026

    Hepatit B

  • Fevral 27, 2026

    Ritual

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst