Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı. Aktyor Brayan Krenst

Volter Vayt

  • Ana Səhifə
  • Vikipediya
  • Volter Vayt

Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı. Aktyor Brayan Krenston canlandırmışdır.

Volter Hartvell Vayt
Breaking Bad personajı
İlk görünmə
  • Breaking Bad:

"Pilot" (2008)

  • Better Call Saul:
"Breaking Bad" (2022)
Son görünmə
  • Breaking Bad:

El Kamino (2019)

  • Better Call Saul:
"Saul Gone" (2022)
Yaradan Vins Qilliqan
Canlandıran Brayan Krenston
Məlumat
Ləqəb(lər)i Heisenberg
Cinsi kişi[d]
Peşə
  • Narkobaron
  • "Gray Matter Technologies" şirkətinin həmtəsisçisi
  • Kimya müəllimi
  • Avtoyuma kassiri, sahibi və meneceri
Həyat yoldaşı Skayler Vayt
Uşaqlar

Volter Vayt Cuniyor (oğlu)

Holli Vayt (qızı)
Qohumlar

Henk Şreyder (bacanağı)

Mari Şreyder (baldızı)
Milliyyəti Amerikalı
Evi
  • 308 Negra Arroyo Lane (Albukerke, Nyu-Meksiko)
  • Nyu-Hempşir 
Doğum tarixi 7 sentyabr 1958
Ölüm tarixi 7 sentyabr 2010 (52 yaşında)

Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq tələbə yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. Belə ki, ingiliscədəki “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. Şirkətin yeni qurulduğu illərdə laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım işə düzəlmişdi. Çox keçməmişdi ki, Volter işlərində ona yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen bir dəfəsində dörd iyul bayramında Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı. Volter bu var-dövlət sahibi olan ailənin süfrəsindən çörək yeyərkən özünü “aşağılıq” və “sınmış” kimi hiss edirdi. O, Qretçeni özünə heç cürə yaraşdırmırdı. Axırda heç bir açıqlama vermədən şirkətdə sahib olduğu səhmlərini Eliota cəmi 5000 dollara sataraq ayrılır. Volter necə də “bədbəxt” adamdır ki, gələcəkdə milyard dollar dəyərində olacaq şirkəti qədrini bilməyən adamların əllərinə əmanət edib gedir. Eliot və Qretçen onun gedişindən sonra münasibət qurub ər-arvad olurlar. İkisi şirkət sayəsində milyardlarla dollar gəlir əldə edirlər. Onlar hər şeylərini Volterin kimya sahəsində apardığı tədqiqatlara borclu idilər. Volter onlarla mehriban münasibətini saxlamışdı, lakin hər ikisinə içdən kin bəsləyirdi. Volter özündə nöqsan görmürdü, düşünürdü ki, günah Eliot və Qretçendədir — onlar onu şirkətdən məqsədyönlü şəkildə qovublar ki, araşdırmalarını mənimsəyib var-dövlət qazansınlar.

Cənab Vayt həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. O, bilir ki, sağalmaz xəstəlik yaxın müddət ərzində onun ölümünə gətirib çıxaracaq. Bu səbəbdən o, həyatının geridə qalan hissəsini ailəsi üçün pul qazanıb yığmağa həsr edir. O, kimya sahəsindəki savadını metamfetamin istehsalı və dövriyyəsindən külli miqdarda pul qazanmaq üçün istifadə etməyi seçir. O, bu qanunsuz əməlləri şirniklərndiyi keçmiş şagirdi Cessi Pinkmanın (Aaron Pol) köməkliyilə həyata keçirir.

İkisi, əsas da Volter ABŞ-nin ən böyük narkotik imperiyasını qurur. Öz kimliyini "Heyzenberq" şifrəsi altında gizlədir. Onu rahatsız edən şeylərdən biri isə törətdiyi çirkin əməllərdən bacanağı DEA (Narkotiklə Mübarizə İdarəsi) agenti Henk Şreyderin (Din Norris) nə vaxtsa xəbər tutmasıdır.

Mündəricat

Yaranması

"The Sopranos" serialından ilham alan Vins Qilliqan istəyirdi ki, "Breaking Bad"in baş qəhrəmanı Toni Soprano kimi yaxşı adamdan pis adama çevrilsin. Soprano rolunun ifaçısı Ceyms Qandolfini vəfat edəndə Qilliqan demişdi ki, "Soprano olmasa idi yəqin ki, Volter Vayt da olmazdı". Vins Qilliqan "Breaking Bad"i yaratmazdan əvvəl uzun illər televiziya sənayesində çalışmışdı. O, "Məxfi materiallar" serialında senaristlik etmiş və sonralar bu şounun prodüser olmuşdur. Məhz bu serialda işlədiyi müddət zamanı o, həmkarı Tomas Şnauzla birlikdə RV sürən iki oğlanın met hazırlaması haqqında zarafatla bir konsepsiya ortaya atmışdı. O, illər sonra bu ideyanı ekranlaşdırmaq qərarına gəlib. Qilliqan yaratdığı baş qəhrəman olan Volter Vaytı orta yaş böhranından əziyyət çəkən, bu səbəbdən pis işlərə baş vuran və cinayətə yönələn biri edir.

Qilliqan "Məxfi materiallar" serialının "Drive" seriyasında Brayan Krenston ilə birlikdə işləmişdi. O, Volter Vayt personajını Krenstonun canlandırmasını istəyirdi. AMC rəsmiləri isə bu fikirdə deyildilər, Krenston keçmişdə "Ortancıl Malkolm" komediya serialındakı rolu ilə tanınırdı. Prodüserlər Krenstonun "Məxfi materiallar"dakı performansına nəzər saldıqdan sonra onu serialın çəkilişlərinə hazırlamışdılar.

Bioqrafiya

Volter Vayt 7 sentyabr 1958-ci ildə anadan olmuşdur. Valideynlərinin yeganə övladıdır. Nyu-Meksiko ştatının Albukerke şəhərində boya-başa çatıb. Atası Hantinqton xəstəliyindən dünyasını dəyişəndə onun cəmi altı yaşı var idi. Mərhum atasının xəstəlikdən yavaş-yavaş əriyib getməsinə şahid olmaq ona uzun müddət çox pis təsir etmişdi. Kiçik bir uşaq ikən atasının yanında, xəstəxana otağındakı “kimyəvi” maddələrin xoşagəlməz qoxusu ona psixoloji olaraq çox ağır gəlir.

Volter Vayt Kaliforniya Texnologiya İnstitutunda kimya üzrə ali təhsil almışdır. İnstitutda tanış olduğu tələbə yoldaşı Eliot Şvarts ilə dostluq edirdi. Volter özünü parlaq bir kimyaçı kimi sübut etmişdi. Bu sahədə olan biliyi və istedadı ilə seçilirdi. 1985-ci ildə 27 yaşlı Volterin foton radioqrafiyası ilə bağlı apardığı mühüm tədqiqatı sayəsində İnsititutun bir layihəsi kimya üzrə "Nobel" mükafatı qazanır. Volter təhsilili başa vurduqdan sonra yaxın dostu Eliot Şvartz (Adam Godley) ilə birlikdə "Gray Matter Technologies" şirkətini təsis edir. Təxminən şirkətdəki bu vaxtlarda Volter laboratoriya köməkçisi Qretçen Şvartz (Jessica Hecht) ilə münasibət qurur. Volt sonralar "Gray Matter Technologies" şirkətindəki səhmlərini 5000 dollara sataraq ayrılır. Qretçen və Elliot sonralar evlənirlər və var-dövlət qazanırlar, bunu Volterin apardığı araşdırmalara borclu idilər. Volter bu səbəbdən onların hər ikisindən inciyir.

50 yaşlı Volter Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərin birində kimya müəllimi işləyir. Volter bununla yanaşı gəlirini artırmaq üçün yerli avtoyuma məntəqəsində də çalışır. Onun serebral iflicdən əziyyət çəkən Volter Cuniyor (R. J. Mitte) adlı yeniyetmə oğlu var. Volter və Skaylerin ikinci mövsümdə Holli adlı qızları dünyaya gəlir. Volterin qohumları; Skaylerin bacısı Mari Şreyder (Betsy Brandt), onun əri DEA əməkdaşı Henk Şreyder (Din Norris) və Volterin heç vaxt görünməyən anasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Volter Vayt haqqında məlumat. Volter Vayt nədir? Volter Vayt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Buda

  • Fevral 27, 2026

    Mukeş Ambani

  • Fevral 27, 2026

    Tetraxlormetan

  • Fevral 26, 2026

    Henri Hudzon

  • Fevral 27, 2026

    Diana

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst