Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Morj (lat. Odobenus rosmarus) və ya su inəyi (erkəyinə su öküzü də deyilir) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan

Odobenus rosmarus

  • Ana Səhifə
  • Vikipediya
  • Odobenus rosmarus

Morj (lat. Odobenus rosmarus) və ya su inəyi (erkəyinə su öküzü də deyilir) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır. Arealı əsasən Arktika qurşağında yerləşir.

Morj
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
İtkimilər
İnfradəstə:
Arctoidea
Klad:
Pan-Pinnipedia
Klad:
Pinnipedimorpha
Klad:
Pinnipediformes
Klad:
Pinnipedia
Fəsiləüstü:
Otarioidea
Fəsilə:
Morjlar
Cins:
Morj
???:
Morj
Beynəlxalq elmi adı
  • Odobenus rosmarus L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180639
NCBI  9707
EOL  328627
FW  

Mündəricat

Görünüşü

Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir. Xariçi qulaq eyvanı yoxdur, gözləri kiçikdir.

Dərisi sarı rəngli tükcüklərlə sahibdir. Yaşlandıqca tüklərin sayı azalır. Yaşlı fərdlərdə demək olar ki, tük olmur. Ətraflar quruda daha çox hərəkət etməyə vərdişlidir. Morjlar gəzə bilirlər. Onlar suitilərdən fərqli olaraq sürünmürlər.

Anatomiya

Morj öz iri dişlərini buzun üzərinə çıxmaq məqsədi ilə istifadə edir.
Skelet

Sakit okean morjlarının erkəkləri bəzən 2000 kq çəki verə bilir. Adətən isə 800 - 1700 kq arası olurlar. Atlantik yarımnövü ölçü baxımından 10—20 % kiçik olurlar. Atlantik yarımnövünün dişləri kiçik olur. Sakit okean yarımnövü isə ölçü baxımından nisbətən iri olurlar. Dişilər erkəklərdən bəzən üç dəfə kiçik olurlar. Atlantik yarımnövünün dişiləri 560 kq, bəzən isə 400 kq, Sakit okean yarımnövünün dişisi isə 794 kq və 2,2 - 3,6 m uzunluğunda olur. Bu canlılarda əsasən iki çüt süd döşü olur. Nadir hallarda 5 süd döşü müşahidə edilir. Süd vəzləri qalın dərinin altında yerləşir. Bəzən müxtəlif səslər çıxarırlar.

Dişləri

Morjları digər dəniz calılarından fərqlədirən əsas xüsusiyyətləri iki iri uzun dişləridir. Onların hər biri bəzən bir metrə çata bilir. Çəkiləri isə 5,4 kq təşkil edir. Bu dişlər erkklərdə dişilərə nisbətdə iri olur. İri dişə sahib erkək qrupun liderinə çevrilir. Diş onların asanlıqla su səthinə çıxmağa yardım göstərir.

Dərisi

Morjlar qalın dəriyə malik olurlar. Erkəklərin boyun və qol nahiyyəsində dərinin qalınlığı 10 sm təşkil edir. Piy qalınlığı 15 sm olur. Cavan fərdlərin dərisi tünd-qəhvəyi, yaşlılarda isə solğuldur. Bəzən tamamən ağ rəngdə olurlar.

Yarımnövləri

Morjlar üç yarımnövə bölünür:

  • Sakitokean morju (Odobenus rosmarus divergens Illiger, 1811)
  • Atlantik morju (Odobenus rosmarus rosmarus Linnaeus, 1758)

Bəzən Laptev morju (Odobenus rosmarus laptevi Chapskii, 1940) müstəqil yarımnöv hesab edilir. Analizlər nəticəsində bu yarımnövün müstəqil olması isbat edilməmiş və Sakitokean yarımnövünün qərb populyasiyası olması isbat edilmişdir.

Yayılma və populyasiya

1990-ci il qiymətləndirilməsinə görə Sakit okean yarımnövünün sayı 200 min baş olmuşdur. Sakitokean populyasiyasının böyük qismi Berinq boğazı və Çukot dənizi sularında yayılmışlar. Arealın şimal sərhədi Vrangel adası və Bofort dənizinin şimal hissəsini əhatə edir. Cənub arealı isə Çukot yarımadası ətrafı ərazilərdə Bristol körfəzi və Anadır körfəzi ətrafı ərazilərdə yerləşir. Onların qalıqları hətta Şimali Kaliforniya sahillərində belə rast gəlinmişdir. Son buzlaşma dövründə onların bu ərazidə yaşaması faktdır

Atlantik morjunun demək olar ki böyük hissəsi ovlanmışdır. Hazırda sayları 20 min baş olaraq qiymətləndirilir.. Bu yarımnövün arealı Arktik Kanada, Şpitsbergen və Qrenlandiya sahillərini təşkil edir.. Atlantik okeanın şərq sahillərində əsasən Kanada sahillərində görünürlər

Laptev morj populyasiyası əsasən Laptevlər dənizi, Kara dənizinin şərq və Şərqi Sibir dənizinin qərb hissəsində yayılmışdır. Sayları 5-10 min baş olaraq qiymətləndirilir.

Xüsusiyyətləri

Morjlar olduqca təhlükəli canlılardır. Onlar iri dişləri ilə hətta qayığı belə dağıda bilirlər. Nadir hallarda onlar özləri birinci hücum edirlər. Qrup halında yaşayırlar. Sualtında 10 dəqiqə qala bilirlər. Qidasının əsasını kiçik molyusklar və digər onurğasızlar təşkil edir. Onların suitlərə hücumu mümkündür. Morjlar həmçinin balıq yeyirlər. Üç-dörd ilə bir bala verirlər. 6 ay müddətində bala südlə bəslənir. Anaları ilə birlikdə 3-4 il yaşayırlar.

İri dişləri həm hücum, həm də müdafiə məqsədlidir.. Üstəlik erkəklər dişilərə sahiblənmək məqsədi ilə bir-biri ilə mübarizə aparırlar. Onlar dişlərinin hesabına buz və ya qayalı sahillərə çıxa bilirlər. Əbəs yerə yunanca adı «dişi ilə gəzən» mənasını bildirir.

Düşmənləri

İnsandan bаşqa təbii düşmənləri, Ağ ayı və Osadır. Morjlar bəzən xariçi və daxili parazitlərdən əziyyət çəkirlər

Populyasiyanın müasir vəziyyəti

.

XVIII—XIX əsrlərdə bu canlılara qarşı kütləvi ov həyata keçirilirdi. Bu isə Atlantik populyasiyasının demək olan ki, məhv olmuşdurlar.

Hazırda isə onlara qarşı ov qadağan edilmişdir. Bircə bu canlıların ovunu həyata keçirməyə şimal xalqları olan Eskimoslar və Çukçalara icazə verilmişdir.

Onlara qarşı ov əsasən yayın sonları həyata keçirilir. ət qaxac edilir və qış idasının əsasını təşkil edir. Bu ət şimal xalqlarının əsas qidasını təşkil edir. Bu canlıların sümükləri yerli xalqların folklor nümumələrində istifadə edilir.

Morjlara qarşı ov əsasən Rusiya, ABŞ, Kanada və Danimarka tərəfindən həyata keçirilirdi. Morjlara qarşı hazırda əsas təhlükə iqlim dəyişkənliyidir. Bu onların arealının daralmasına səbəb olur. Üstəlik qidaları azalır.

Hazırda bu canlıların dəqiq sayları haqqında məlumat yoxdur. Bununla belə bir çox ölkələrdə bu canlılar qırmızı kitaba daxil edilmişdir.

Maraqlı fakt

Morj penisi, aleutlar tərəfindən qoparılmışdır. Uzunluğu 56 sm.
  • Morj penisi 50 sm təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Odobenus rosmarus haqqında məlumat. Odobenus rosmarus nədir? Odobenus rosmarus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağ saksaul

  • Fevral 27, 2026

    General-polkovnik (Azərbaycan)

  • Fevral 27, 2026

    Zoqar

  • Fevral 24, 2026

    Yardımlı

  • Fevral 27, 2026

    İmereti ləhcəsi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst