Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çukot yarımadası (rus. Чукoтка) — Avrasiya mmaterikinin uzaq şimal-şərqində qərar tutur. Sahillərini Şimal Buzlu okeanına daxil olan Çukot dənizi və Sakit okean

Çukot yarımadası

  • Ana Səhifə
  • Vikipediya
  • Çukot yarımadası

Çukot yarımadası (rus. Чукoтка) — Avrasiya mmaterikinin uzaq şimal-şərqində qərar tutur. Sahillərini Şimal Buzlu okeanına daxil olan Çukot dənizi və Sakit okeana daxil olan Berinq dənizi yuyur. Alyaskadan dar Berinq boğazı ilə ayrılır. Yarımadanın şərq hissəsində Arakamçeçen adası yerləşir. Yarımadanın şərq qutaraçağında materikin ən ucqar şərq nöqtəsi olan Dejnyov burnu yerləşir.

Çukot yarımadası
Yerləşməsi
65°58′00″ şm. e. 174°44′00″ q. u.HGYO
Akvatoriya Sakit okean, Şimal Buzlu okean
Ölkə  Rusiya
Çukot yarımadası xəritədə
Çukot yarımadası
Çukot yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Чукотский полуостров. Американская военная карта 1947 г.

Bura Asiyanın yeganə ərazisidir ki, qərb yarımkürrəsində yerləşir.

Yarımada inzibati cəhətdən Rusiya Federasiyası Çukot Muxtar Dairəsinə daxildir. Burada Providenski və Çukot rayonlarına bölünür.

Mündəricat

Tarixi

Yarımada ilk dəfə 1728-ci ildə Berinq tərəfindən yerli əhali olan çukçaların şərəfinə adlandırmışdır.

Relyef

Çukot yarımadasının böyük hissəsini hündürlüyü 1000 metr olan ön dağlıq ərazilər təşkil edir. Mərkəz hissələrdə qayalı ərazilər müşahidə edilir ki, burada hündürlük daha da artır. Yüksək dağlıq massivlərdə dərin dərələrlə Çevtakan, Erquveem və Nunyamovaam. Yarımafanın ən hündür nöqtəsi İsxodnaya dağıdır (1194 m). Dağa qalxdıqca sanki, terraslar əmələ gətirir. Hündürlüyün kəskin endiyi ərazilərdə laqunlar müşahidə edilir.

İqlimi

İqlimi sərtdir, sahilləri dənizlərinə məruz qalır, daxili hissələri isə kontinentaldır. Qış 10 aya qədər davam edir.

Yarımada ərazisinin böyük hissəsi çox illik qrunt buzlagğı ilə örtülüdür. Hətta bəzi yerlərdə qrunt buzları 30-40 metrə qədər olur. Çay kənarları, göllərin dibi və kənarları olan ərazilərdə qrunt buzlaqları daha dərinliyə gedir. Daxili ərazilərdə -10°s, çay vadilərində isə -6°s təşkil edir. İqliminə fikir versən ərazi demək olar ki, dənizlərin təsiri ilə çox rütubətlidir. Havanın temperaturu və şaxtalar 500–700 m yüksəkliklərdən tutmuş 200-300 metr hündürlüklər arasında kəskin fərqlənir.

Flora

Yarımada bününlüklə arktik tundra bitkiləri ilə örtülüdür. Bitkilər arasında Arktika söyüdü, cır qaragilə, mərcanı kimilərə rast gəlinir. Onlar hündürlüyü 5-20 sm arasında dəyişir. Təsadüfü hallarda Betula nana, Arctous alpina, Laplandiya diapensiyası kimi bitkilər gözə dəyir. Ən çox rast gəlinən bitkilərdən mamırlar və şibyələrdir. Burada bitən bitkilərin çoxu endemikdir.

Faunası

Yarımadada ən çox tülkü və canavar, üstəlik şimal maralı, dovşan, Lemminq. Dağlıq ərazilərdə Qar qoyunu yayılıb.

Dənizin qayalı sahillərində yerləşən quş koloniyalarında təmizçi, Sakit okean kütdimdiyi, Phalacrocorax pelagicus, чайки kimi quşlara rast gəlinir. Tudralarda isə əkin qazı, qaşqa qaz, qaqar, Kanada durnası, sahil qağayısı və başqaları yayılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çukot yarımadası haqqında məlumat. Çukot yarımadası nədir? Çukot yarımadası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kolagirən (Pəmbək)

  • Fevral 27, 2026

    Nəhənglər (mifologiya)

  • Fevral 27, 2026

    Söhrab Tahir

  • Fevral 27, 2026

    Hamilton

  • Fevral 27, 2026

    Artemisia afra

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst