Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi qube

Kutaisi quberniyası

  • Ana Səhifə
  • Vikipediya
  • Kutaisi quberniyası

Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi.

Kutaisi quberniyası
rus. Кутаисская губерния
Gerb
Gerb

42°15′00″ şm. e. 42°42′00″ ş. u.HGYO


Ölkə Rusiya İmperiyası
İnzibati mərkəz Kutaisi
Tarixi və coğrafiyası
Yaradılıb 1846
Ləğv edilib 1917
Sahəsi
  • 25.941,8 kvadrat verst
Əhalisi
Əhalisi
  • 914.000 nəf.
Rəsmi dili Gürcü, Erməni, Türk
Kutaisi quberniyası xəritədə
Kutaisi quberniyası xəritədə
Ardıcıllıq
← Gürcüstan-İmeretiya quberniyası Zaqafqaziya Demokratik Federativ Respublikası →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır.

1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi.

1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.

Coğrafiyası

Kutaisi quberniyası Qara dənizin cənub-şərq sahilində, Rioni və Çorox çaylarının hövzəsi boyunca, Qafqazın cənub-qərbində yerləşir.

İnzibati tərkibi

Kutaisi quberniyası 7 rayon və 3 bölgədən ibarət idi:

  • Artvin dairəsi
  • Batumi dairəsi
  • Suxumi dairəsi
  • Zuqdidi qəzası
  • Kutaisi qəzası
  • Leçxumi qəzası
  • Raçin qəzası
  • Ozurqeti qəzası
  • Senkas qəzası
  • Şoropan qəzası

İdarəçiləri

Hərbi qubernatorları

Ad soyadTituluTarix
Konstantin Yakovleviç Belyavskigeneral-mayor17 aprel 1847 - 1851
Aleksandr İvanoviç Qaqarinknyaz, general-mayor1851-1853
İvan Konstantinoviç Baqration-Muxranskiknyaz, general-mayor1853-1856
Georgi Romanoviç Eristovknyaz, general-leytenant, general-qubernator1856-1860
Nikolay Petroviç Kolyubakingeneral-leytenant1860-1863
Dimitri İvanoviç Svyatopolk-Mirskiknyaz, general-leytenant, general-qubernator1863-1866
Vladimir Vasileviç Levaşovqraf, general-mayor1867-1878

Qubernatorları

Ad soyadTitulTarix
Nikolay Aqafonoviç İvanovpolkovnik1858-1861
Aleksandr Stefanoviç AqolinXalq Şurasının üzvü1861-1866
Nikolay Yasonoviç MalafeevXalq Şurasının üzvü1866-1883

Hərbi qubernatorları

Ad soyadTitulTarix
Aleksey Mixailoviç Smekalovgeneral-mayor1 iyul 1883 - 11 fevral 1887
Aleksandr İqnasiyeviç Qrosmangeneral-mayor11 mart 1887 - 1 dekabr 1890
Mixail Yakovleviç Şalikovgeneral-leytenant22 dekabr 1890 - 30 may 1898
Fyodor Konstantinoviç Qerşelmangeneral-mayor19 iyul 1898 - 21 aprel 1901
Aleksey Alekseyeviç Smaqinpolkovnik20 oktyabr 1901 - 1 may 1905
Adam İvanoniç Slavaçinskigeneral-mayor28 noyabr 1907 - 1914
Lev Vladimiroviç PotulovXalq Şurası üzvü28 noyabr 1907 - 1914
Aleksandr Vasilyeviç Qudoviçqraf1914 - 1916

Həmçinin bax

  • Gürcüstan-İmeretiya quberniyası
  • Tiflis quberniyası
  • Bəqli (Beqli)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kutaisi quberniyası haqqında məlumat. Kutaisi quberniyası nədir? Kutaisi quberniyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Potensial enerji

  • Fevral 27, 2026

    Kriptoqrafiya

  • Fevral 27, 2026

    Partlayıcı maddələr

  • Fevral 27, 2026

    Cuzeppe Maskati

  • Fevral 27, 2026

    Kosa Məmməd

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst