Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir İqoreviç Arnold (rus. Влади́мир И́горевич Арно́льд, 12 iyun 1937[…], Odessa[…] – 3 iyun 2010[…], XII arondisman) — elmin dinamik sistemlər, hamar inika

Vladimir Arnold

  • Ana Səhifə
  • Vikipediya
  • Vladimir Arnold

Vladimir İqoreviç Arnold (rus. Влади́мир И́горевич Арно́льд, 12 iyun 1937[…], Odessa[…] – 3 iyun 2010[…], XII arondisman) — elmin dinamik sistemlər, hamar inikasların məxsusiyyət nəzəriyyəsi, topologiya, cəbri həndəsə və klassik mexanika kimi sahələrində çalışmış Rusiya riyaziyyatçısı.

Vladimir Arnold
rus. Владимир Игоревич Арнольд
Vladimir Arnold 2008-ci ildə
Vladimir Arnold 2008-ci ildə
Doğum tarixi 12 iyun 1937(1937-06-12)[…]
Doğum yeri
  • Odessa, Odessa vilayəti, Ukrayna SSR, SSRİ[…]
Vəfat tarixi 3 iyun 2010(2010-06-03)[…] (72 yaşında)
Vəfat yeri
  • XII arondisman, Paris
Vəfat səbəbi peritonit
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı
  • professor[d]
İş yerləri
  • Paris-Dofin Universiteti,
  • Moskva Dövlət Universiteti (1963–1987),
  • Utrext Universiteti (1990)
Təhsili
  • Moskva Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsi[d],
  • Moskva Dövlət Universiteti
Elmi rəhbəri Andrey Kolmoqorov
Tanınmış yetirmələri Sabir Hüseynzadə,
Askold Xovanskiy,
Aleksandr Qivental,
Aleksandr Varçenko,
Viktor Vasilyev
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1988),
  • ADR Elmlər Akademiyası[d],
  • Fransa Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (1983),
  • Rusiya Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Avropa Akademiyası (1990),
  • Dei Linçei Akademiyası (1989)
Mükafatları "Lenin" mükafatı
mi.ras.ru/~arnold
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Atası, riyaziyyatçı İqor Vladimiroviç Arnold (1900—1948) RSFSR Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü və Moskva Dövlət Universitetinin professoru olmuşdur. Anası, mədəniyyətşünas Nina Aleksandrovna Arnold (1909—1986) Puşkin muzeyində işləmişdir.

Hələ Moskva Dövlət Universitetinin üçüncü kursunda təhsil alarkən müəllimi Andrey Kolmoqorov ilə birlikdə Hilbertin on üçüncü problemini həll edərək dünya riyaziyyat ictimaiyyəti tərəfindən tanınmağa başlayan Arnold 1961-ci ildə namizədlik, 1963-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun "Klassik və səma mexanikasında hərəkətin dayanıqlılığı məsələləri" adlı doktorluq dissertasiyası sonralar yaradıcıları Kolmoqorov, Arnold və Mozerin şərəfinə adlandırılmış KAM-nəzəriyyənin əsas mənbələrindən biri olmuşdur.

Arnold 1961-ci ildən 1986-cı ilə qədər Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, 1986-cı ildən ömrünün sonuna qədər Steklov adına Riyaziyyat İnstitutunda, 1993-cü ildən 2004-cü ilə qədər isə paralel olaraq Paris-Dofin Universitetində işləmişdir. Rusiyalı alimlər arasında ən çox istinad olunan alimdir.

Əsas mükafatları

  • Moskva riyaziyyat cəmiyyətinin mükafatı (1958)
  • Lenin mükafatı (1965, Andrey Kolmoqorov ilə birgə)
  • Kraford mükafatı (1982, Luis Nirenberq ilə birgə)
  • Volf mükafatı (2001)
  • Rusiya Federasiyasının Dövlət mükafatı (2007)
  • Şao mükafatı (2008, Lüdviq Faddeyev ilə birgə)

Fəxri adları

Arnold 1984-cü ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1990-cı ildə isə həqiqi üzvü seçilmişdir. Həmçinin London Riyaziyyat Cəmiyyətinin (1976) fəxri üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1983), Paris Elmlər Akademiyasının (1984), London Kral Cəmiyyətinin (1988), Amerika Fəlsəfə Cəmiyyətinin (1990) xarici üzvü olmuşdur.

1981-ci ildə kiçik planetlərdən biri onun şərəfinə 10031 Vladarnolda adlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladimir Arnold haqqında məlumat. Vladimir Arnold nədir? Vladimir Arnold nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cinsi həvəs

  • Fevral 27, 2026

    Rize

  • Fevral 27, 2026

    Çanqırı

  • Fevral 27, 2026

    I Sikst

  • Fevral 27, 2026

    Şotland

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst