"Eduniversal" — Fransız kansaltinq və reytinq agentliyi "THE EDUNIVERSAL EVALUATION AGENCY" tərəfindən dərc olunan dünyanın nüfuzlu ali məktəb reytinqlərindən biri. 1994-cü ildən yayımlanan reytinq cədvəli əsasən ali biznes məktəblərinin fəaliyyətini əhatə edir.
Nüfuzu
Qlobal miqyasda India Today, L'Économiste, La Vie Éco, The Times of India, Sohu, 20 minutos, The Gazette (Chicago), VietnamPlus, Coventry Telegraph, University World News, Business Line, El Economista (Spain), KPBS, The Jamaica Observer, Economico, Głos Wielkopolski, Morocco World News, Business Tech və s. nüfuzlu informasiya agentlikləri Eduniversal sıralamasına istinad edir.
Fransada isə Le Monde, Le Figaro, Capital, Le Parisien, L'Étudiant, Studyrama, Capcampus və s. informasiya agentlikləri Eduniversal sıralamasına istinad edir.
Metodologiya
Eduniversal reytinq agentliyi dünyanın 150-dən çox ölkəsində ən yaxşı 1000 Biznes Məktəbinin rəsmi seçimini aparır. Burada çoxsaylı kriteriyalar, müəllim heyətinin tərkibi, praktiki potensial, maddi-texniki baza, tələbələrin gender bərabərliyi, məzunların karyera irəliləyişləri və s. kifayət qədər əhəmiyyətli rola malikdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eduniversal haqqında məlumat. Eduniversal nədir? Eduniversal nə deməkdir?