Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

III Juan (port. João III de Portugal; 6 iyun 1502 və ya 7 iyun 1502 – 11 iyun 1557, Ribeyra sarayı) — XV Portuqaliya kralı. Avropada Dindar Juan (port. João o P

III Juan

  • Ana Səhifə
  • Vikipediya
  • III Juan

III Juan (port. João III de Portugal; 6 iyun 1502 və ya 7 iyun 1502 – 11 iyun 1557, Ribeyra sarayı) — XV Portuqaliya kralı. Avropada Dindar Juan (port. João o Piedoso) olaraq tanınır. Onun dövründə Portuqaliya imperiyası həm Avropada, həm də dənizaşırı koloniyalarda güclənmiş, lakin bəzi daxili və xarici çətinliklərlə də üzləşmişdir.

III Juan
XV Portuqaliya kralı
13 dekabr 1521 – 11 iyun 1557
ƏvvəlkiI Manuel
SonrakıI Sebastiyan
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1502(1502-06-06) və ya 7 iyun 1502(1502-06-07)
Vəfat tarixi 11 iyun 1557(1557-06-11) (55 yaşında)
Vəfat yeri
  • Ribeyra sarayı, Lissabon, Portuqaliya
Dəfn yeri
  • Jeronimuş monastrı[d]
Fəaliyyəti siyasətçi
Atası I Manuel
Anası Araqonlu Mariya
Həyat yoldaşı
  • Avstriyalı Ketrin (1525–1557)
Uşaqları
  • Mariya Manuela,
  • Juan Manuel
Ailəsi Avis sülaləsi
Dini katolisizm

Təltifləri Knight of the Order of the Golden Fleece
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1502-ci ildə Lissabonda, Ribeira sarayında dünyaya gəldi. O, kral I Manuelin üçüncü oğludur. Valideynləri tərəfindən ciddi dini və klassik təhsil alması təmin olunmuşdu. Latın dili, teologiya və idarəetmə prinsipləri ilə tanış olmuş, Portuqaliya aristokratiyasının ən yaxşı müəllimləri tərəfindən yetişdirilmişdir. O, böyük qardaşlarının uşaq yaşda ölməsindən sonra taxtın varisi olmuşdur. Gəncliyindən dövlət işlərinə cəlb olunmuş, atasının idarəçiliyində diplomatik nümayəndə heyətlərinə qatılmış, xüsusilə İspaniya və Papa Dövlətiylə münasibətlərdə siyasi bilik qazanmışdır.

Atası I Manuel 1521-ci ildə vəfat etdikdən sonra, Juan 19 yaşında Portuqaliya kralı olmuşdur. Gənc yaşına baxmayaraq, siyasi cəhətdən hazırlıqlı və qərarlı bir hökmdar kimi fəaliyyətə başlamışdır. III Juan dövründə Portuqaliya, Avropanın ən böyük dənizaşırı imperiyalarından birinə çevrildi. Onun hakimiyyəti zamanında Braziliyada inzibati bölgələr (koloniyalar) yaradıldı, ilk şəhərlər salındı və Portuqaliya müstəmləkə strukturu quruldu. 1557-ci ildə Makao şəhəri Portuqaliya tərəfindən icarəyə götürüldü və ticarət mərkəzinə çevrildi. Qoada inzibati strukturlar gücləndirildi. 1543-cü ildə ilk Portuqal tacirləri Yaponiya sahillərinə çıxdı və ticarət əlaqələri quruldu. Malakka boğazı strateji nəzarət altına alındı.

10 fevral 1525-ci ildə xalası olan Kastiliya kraliçası Dəli Juannanın qızı Yekaterina ilə evləndi. Bu evlilikdən 9 övladı dünyaya gəlsə də, onlardan yalnız ikisi yetkinlik yaşına çata bildi.

  • Afonso (1526)
  • Mariya Manuela, Milan hersoginyası
  • İzabella (1529-1530)
  • Beatrisa (1530)
  • Manuel (1531-1537)
  • Filipp (1533-1539)
  • Diniz (1535-1537)
  • Juan Manuel, infant
  • Antonio (1539-1540)

III Juan ölkə daxilində Roma-Katolik Kilsəsinin gücünü artırmış, 1536-cı ildə Portuqaliya İnkvizisiyasını təsis etmişdir. Bu, İspaniyadakı modelə əsaslanaraq din əleyhdarlarına, yəhudilərə və protestantlara qarşı təqiblərə yol açdı. O, yezuitləri ölkəyə dəvət edərək, təhsil və missionerlik sahəsində onların fəallığını dəstəkləmişdir. Bu, həm ölkə daxilində, həm də koloniyalarda katolikliyin yayılmasında böyük rol oynamışdır.

III Juan, 11 iyun 1557-ci ildə 55 yaşında vəfat etmişdir. O, Lissabon yaxınlığındakı Jeronimuş Monastırında dəfn olunmuşdur. Onun hakimiyyəti Portuqaliya imperiyasının zirvədə olduğu, lakin eyni zamanda gələcək zəifləmənin əlamətlərinin də göründüyü bir dövr hesab olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, III Juan haqqında məlumat. III Juan nədir? III Juan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Tiflis qəzası

  • Fevral 27, 2026

    Rövşən Almuradlı

  • Fevral 27, 2026

    Məhəmmədəli Tərbiyət

  • Fevral 27, 2026

    Paşa Sığorta

  • Fevral 27, 2026

    Ceyms Lind

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst