Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Sebastyan (port. Sebastião I de Portugal; 20 yanvar 1554, Ribeyra sarayı – 4 avqust 1578) — XVI Portuqaliya kralı. Mərakeşdəki Alcácer Quibir döyüşündə itkin

I Sebastiyan

  • Ana Səhifə
  • Vikipediya
  • I Sebastiyan

I Sebastyan (port. Sebastião I de Portugal; 20 yanvar 1554, Ribeyra sarayı – 4 avqust 1578) — XVI Portuqaliya kralı. Mərakeşdəki Alcácer Quibir döyüşündə itkin düşmüşdür. Onun ölümündən sonra Portuqaliya monarxiyası ciddi siyasi böhranla üzləşmişdir.

I Sebastyan
XVI Portuqaliya kralı
11 iyun 1557 – 4 avqust 1578
ƏvvəlkiIII Juan
SonrakıI Henri
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1554(1554-01-20)
Doğum yeri
  • Ribeyra sarayı, Lissabon, Portuqaliya
Vəfat tarixi 4 avqust 1578(1578-08-04) (24 yaşında)
Fəaliyyəti siyasətçi
Atası Juan Manuel
Anası Avstriyalı Yuanna
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1554-cü ildə Lissabonda anadan olmuşdur. Atası şahzadə Juan Manuel, Portuqaliya kralı III Juanın oğlu idi. Anası Avstriyalı Juanna isə Müqəddəs Roma imperatoru V Karlın qızı idi. Sebastyan, doğulandan cəmi bir neçə ay sonra atası vəfat etmişdir. Nənəsi Avstriyalı Yekaterina və böyük dayısı Kardinal Henrique onun tərbiyəsi ilə məşğul olmuşdur.

1557-ci ildə babası III Juan vəfat etdikdə, Sebastyan hələ 3 yaşında idi. Beləliklə, Portuqaliya tarixində azyaşlı bir kral dönəmi başladı. Onun adından dövlət işləri nənəsi Avstriyalı Yekaterina və Kardinal Henrique tərəfindən idarə olunurdu. Sebastyan 14 yaşına çatdıqda, öz hakimiyyətini əlində cəmləşdirməyə başladı. Gənc yaşına baxmayaraq, çox ciddi, dindar və fanatik bir xristian kimi yetişdirilmişdi. O, özünü "Tanrının seçilmiş kralı" hesab edir, səlib yürüşü düşüncələri ilə yaşayırdı.

Sebastyan, Portuqaliyanın dənizaşırı imperiyasını qorumaq və Şimali Afrika xristian nüfuzunu gücləndirmək məqsədi ilə 1578-ci ildə böyük bir ordu ilə Mərakeşə səfər etdi. Ancaq Mərakeş sultanı Abd al-Maliklə girişdiyi müharibədə məğlub edildi. Üstəlik Sebastyan özü də müharibə meydanında itkin düşdü.

Sebastyanın varisi yox idi. Onun ölümündən sonra taxta yaşlı dayısı Kardinal Henrique keçdi. Lakin Henrique də 1580-ci ildə ölərkən varissiz idi. Nəticədə, Portuqaliya taxtı uğrunda müharibə baş verdi və nəhayət İspaniya kralı II Filipp 1580-ci ildə Portuqaliyanı ələ keçirdi. Beləliklə, Portuqaliya 1580-1640-cı illərdə İspaniyanın idarəsi altında qaldı — bu dövrə İberiya İttifaqı dövrü adlanır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Sebastiyan haqqında məlumat. I Sebastiyan nədir? I Sebastiyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Dördüncü dövr

  • Fevral 27, 2026

    Karma

  • Fevral 24, 2026

    Urmiya gölü

  • Fevral 27, 2026

    Alpinioideae

  • Fevral 13, 2026

    Amerika qitəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst