Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu.

II Oskar

  • Ana Səhifə
  • Vikipediya
  • II Oskar

II Oskar (tam adı ilə Oskar Frederik; 21 yanvar 1829 - 8 dekabr 1907) — İsveç (1872-1907) və Norveç (1872-1905) kralı, Österqotland hersoqu.

II Oskar
isv. II Oscar Frederik
II Oskar
II Oskar
İsveç-Norveç kralı
18 sentyabr 1872 – 8 dekabr 1907
ƏvvəlkiXV Karl
SonrakıV Qustav
Österqotland hersoqu
1829 – 1872
Əvvəlkiİohann
SonrakıKarl Fridrix Bernadot
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1829
Doğum yeri Stokholm
Vəfat tarixi 8 dekabr 1907 (78 yaşında)
Vəfat yeri Stokholm
Dəfn yeri
  • Riddarholm kilsəsi
Təhsili Uppsala Universiteti
Fəaliyyəti monarx
Atası I Oskar
Anası Yozefina Leuxtenberq
Həyat yoldaşı Sofiya Nassau
Uşaqları V Qustav
Oskar Vizborq
Karl Bernadot
Eugen Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini Lüteranizm
Rütbəsi
  • admiral
Elmi fəaliyyəti
Tanınır Norveçin son İsveçli kralı

Təltifləri Bant ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Müqəddəs Mavrikiy və Lazar ordeni kavaleri Knight of the Order of the Golden Fleece — 1872 "Norveç şiri" ordeni "Müqəddəs Olaf" ordeni "Serafimlər" ordeni Royal Order of the Sword "Qütb ulduzu" ordeni "Vaza" ordeni Dannebroq ordeni "Ən müqəddəs müjdə" ali ordeni Knight Grand Cross of the Military Order of William — 1849
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1829-cu ildə doğulmuşdu. I Oskar və Yozefina Leuxtenberqin üçüncü oğlu idi. Xaç suyuna salınma mərasimindən sonra şərəfinə 128 dəfə top atılmışdı. 1833-1837-ci ildə filosof Kristofer Yakob Boströmdən şəxsən dərs almışdı. Uppsala universitetinin bitirmişdir. Hələ 11 yaşında dənizçi olaraq hərbi fəaliyyətə başlamışdır. Bundan əlavə o şeirlər də yazırdı. Bir neçə şeir kitabı və tarix araşdırmaları vardı. Musiqi və ədəbiyyatı çox sevən seçkin bir natiq idi. 1848-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvlüyünə seçilmişdir. 1868-1872-ci ildə İsveç Hərbi Cəmiyyətinin sədri idi. 1866-cı ildən sonra Rusiyaya qarşı İsveçi gücləndirmək məqsədiylə Almaniyanı dəstəklədi. Ümumiyyətlə, Oskar qardaşının anti-Almaniya siyasətini bəyənmir və tez-tez onu tənqid edirdi.

Hakimiyyəti

1872-ci ildə qardaşı XV Karlı əvəz edərək taxta çıxmışdır. Ölkə içində mühafizəkar bir siyasət izlərkən, xarici əlaqələrdə Skandinaviya ölkələrinin əməkdaşlığını müdafiə etdi. Onun şüarı Brödrafolkens väl / Broderfolkenes Vel (Qardaş xalqların rifahı) idi. 1870-ci illərdən Birinci Dünya müharibəsinin əvvəllərinədək başına qədər İsveçin siyasi və mədəni həyatına damğasını vuran Almanpərəstliyin yaranmasında iştirak etdi. Otto von Bismarka heyran idi. Onun hakimiyyəti dövründə 1896-cı ilk dəfə hökumət başçılığına sosial-demokrat baş nazir Hjalmar Branting gəlmişdir. Onun dövründə Dövlət Statistika və Poçt komitələri kimi bir çox dövlət sosial xidmət qurumu yaradılmışdır.

II Oskar, V Qustav, VI Qustav və Qustav Adolf Bernadot

Yeni kəşflər

Hakimiyyəti kameranın icadı dövrü ilə kəsişən Oskarın dövründə ilk dəfə olaraq İsveç hakim ailəsinin videosu qeydə alınmışdır. Bundan əlavə Oskar 1853-cü ildə teleqrafla maraqlanmışdı. 1880-ci illərdə telefon, elektrik və velosipedin icadından sonra saraya ilk dəfə elektrik xətti çəkildi. Avtobus və avtomobillərin ömrü isə az çəkdi, çünki çox səs salırdılar. 1904-cü ildə saraya ilk dəfə telefon xətti çəkildi.

Şəxsiyyəti

Ədəbiyyat ilə çox məşğul olan Oskar, Avqust Strindberqi özünə rəqib hesab edirdi. Onun Qırmızı otaq (1879), Yeni çarlıq (1882) və Nikah haqda hekayələrini (1884) tənqid etmişdi.

Fransada dincələrkən bir qadın və uşağın həyatını qurtardığı üçün Fransa imperatoru III Napoleon tərəfindən medalla təltif olunmuşdur.

Norveçin itirilməsi

İsveç-Norveç birliyini qorumaq üçün böyük səy göstərsə də 1905-ci də Norveç taxtından çəkilmək məcburiyyətində olarkən çox sarsıldı İsveç və Norveç arasındakı əlaqələr XIV Karlın Norveç əsilzadəliyini ləğv etməsindən bəri onsuz da pis idi. Norveçdəki seperatizm meylləri Almaniyadan kömək istəyən Oskar II Vilhelmin onu zəif hökmdar kimi gördüyünü bildirməsindən sonra daha da gücləndi 1898-ci ilədək Norveç parlamenti üç dəfə öz bayrağını ticarət gəmilərində istifadə etmək üçün qəbul etsə də, kral buna veto qoymuşdu. Üçüncü dəfədə isə kral bezdi və qəbul etdi, bu isə İsveçdə mühafizəkar dairələrin qəzəbinə səbəb oldu.

Buna cavab olaraq, 1905-ci ilin aprelində hökumət buraxıldı, həmin ilin iyununda yeni hökumət, Norveçi müstəqil dövlət elan etdi. Norveç taxtına qardaşınəvəsi VII Haakon gəldi. Hazırkı kral V Harald həm də onun nəticəsidir.

Ölümü

Norveç taxtını itirməsi onun üçün ağır oldu və 1905-ci ildən sonra sağlamlığı zəiflədi. 1907-ci ildə isə 78 yaşında vəfat etdi.

Ailəsi

6 iyun 1857-ci ildə Visbadendə Sofiya Nassau ilə evlənmişdi.

Övladları

  1. Şahzadə Qustav — Vermlandiya hersoqu
  2. Şahzadə Oskar — Qotlandiya hersoqu və Vizborq qrafı
  3. Şahzadə Karl — Vasterqotlandiya hersoqu
  4. Şahzadə Eugen — Narke hersoqu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Oskar haqqında məlumat. II Oskar nədir? II Oskar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Edvard Kallen

  • Fevral 28, 2026

    İlek

  • Fevral 27, 2026

    Boksçu

  • Fevral 27, 2026

    Mark Ruffalo

  • Fevral 25, 2026

    Alban əlifbası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst