21 yanvar — Qriqorian təqvimində ilin 21-ci günü. Bu tarixdə ilin sonuna 344 gün (uzun ildə 345 gün) qalır.
| Yanvar | |||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||
| 2026-cı il | |||||||||||||||||||||||||||||||||||||||||||
XX və XXI əsrdə Yuli təqvimi ilə 8 yanvar tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
1601–1900
1901–cari
- 1911 — İlk Monte Karlo Rallisi keçirilib.
- 1962 — Efiopiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
- 1968
- Konqo-Kinşasa milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
- Vyetnam müharibəsi: Kxeşan döyüşü başlamışdır.
- 1996 — Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb.
- 2017 — Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında dəmiryolu qəzası baş verib.
Azərbaycana aid hadisələr
- 1732 — Səfəvilər dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi imzalanmışdır.
- 1992 — Azərbaycan, İsveçrə və Lixtenşteyn arasında diplomatik əlaqələr qurulmuşdur.
- 2014 — Gəncədə Heydər Əliyev Park-Kompleksi açılmışdır.
Doğumlar
1600-cü ildən əvvəl
- 1338 — V Çarlz, Fransa kralı
1601–1900
- 1784 — Qeorq Moller, Almaniya memarı
- 1829 — II Oskar, İsveş və Norveç kralı
- 1869 — Qriqori Rasputin, Rusiya mistiki
- 1874 — Rene Lui Ber, Fransa riyaziyyatçısı
- 1885 — Umberto Nobile, İtaliya aviatoru və aviakonstruktoru
- 1895 — Kristobal Balensiaqa, İspaniya modelyeri
- 1898 — Əhməd şah Qacar, İran şahı
1901–cari

- 1905 — Kristian Dior, Fransa modelyeri
- 1907 — Əlisöhbət Sumbatzadə, Azərbaycan tarixçisi
- 1917 — Abbas Çayxorski, Azərbaycan kimyaçısı
- 1924
- Azad Talışoğlu, Azərbaycan şairi
- Şəfiqə Axundova, Azərbaycan bəstəkarı
- 1940 — Cek Niklaus, ABŞ qolfçusu
- 1941 — Plaçido Dominqo, İspaniya opera müğənnisi
- 1950 — Zəlimxan Yaqub, Azərbaycan şairi
- 1967 — Qoro Miyazaki, Yaponiya kinorejissoru
- 1985 — Saşa Pivovarova, Rusiya modeli
- 1989 — Henrix Mxitaryan, Ermənistan futbolçusu
- 1991 — Kreyq Roberts, Uels aktyoru
- 1997 — Ceremi Şeda, ABŞ aktyoru və müğənnisi
- 2005 — IShowSpeed, ABŞ yutuberi
Ölümlər
1600-cü ildən əvvəl
1601–1900
- 1774 — III Mustafa, Osmanlı sultanı
- 1775 — Yemelyan Puqaçov, Rusiya atamanı
- 1793 — XVI Lüdovik, Fransa kralı
- 1870 — Aleksandr Herzen, Rusiya filosofu
1901–cari

- 1924 — Vladimir Lenin, Rusiya inqilabçısı və siyasətçisi
- 1934 — Arif Qəzvini, İran şairi
- 1950 — Corc Oruell, İngiltərə yazıçısı
- 1957 — Artur Bouli, İngiltərə statistiki və iqtisadçısı
- 1986 — Meri Şervaşidze, Gürcüstan zadəganı və dəb ikonası
- 1993 — Feliçe Borel, İtaliya futbolçusu və baş məşqçisi
- 2000 — Süleyman Ələsgərov, Azərbaycan bəstəkarı
- 2008 — Lütfiyar İmanov, Azərbaycan opera müğənnisi
- 2011 — Abbas Hacıyev, Azərbaycan tənqidçisi və ədəbiyyatşünası
- 2018 — Konni Soyer, ABŞ aktrisası
Bayramlar və xüsusi günlər
Polşa — Nənələr Günü
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 21 yanvar haqqında məlumat. 21 yanvar nədir? 21 yanvar nə deməkdir?