Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XV və IV Karl (3 may 1826[…], Stokholm – 18 sentyabr 1872[…], Malmö) — Bernadotlar sülaləsindən İsveç-Norveç kralı idi. 19-cu adlansa da o, Karl adlı doqquzuncu

XV Karl

  • Ana Səhifə
  • Vikipediya
  • XV Karl

XV və IV Karl (3 may 1826[…], Stokholm – 18 sentyabr 1872[…], Malmö) — Bernadotlar sülaləsindən İsveç-Norveç kralı idi. 19-cu adlansa da o, Karl adlı doqquzuncu İsveç kralı idi.

Karl Lüdviq Evgen
Carl Ludwig Eugen
XV Karl
XV Karl
İsveç-Norveç kralı
8 iyul 1859 – 18 sentyabr 1872
ƏvvəlkiI Oskar
SonrakıII Oskar
Skone hersoqu
1826 – 1859
ƏvvəlkiTitul yaradıldı
SonrakıVI Qustav
Şəxsi məlumatlar
Doğum tarixi 3 may 1826
Doğum yeri Stokholm
Vəfat tarixi 18 sentyabr 1872 (46 yaşında)
Vəfat yeri Malmö
Dəfn yeri
  • Riddarholm kilsəsi
Təhsili
  • Uppsala Universiteti
Fəaliyyəti monarx
Atası I Oskar
Anası Yozefina Leuxtenberq
Həyat yoldaşı Luiza Oranj-Nassau
Uşaqları Luiza Evgeniya
Karl Oskar Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini lüteranlıq
Rütbəsi
  • general
Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of the Golden Fleece Dannebroq ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

3 may 1826-cı ildə Stokholmda anadan olmuşdu. Anadan olan kimi nominal Skane hersoqu elan olunmuşdu. I Oskar və Yozefina Leuxtenberqin ən böyük oğlu idi. 1841-ci ildə babası XIV Karl İohanndan ilk vəzifə təyinatını almış, 1845-ci ildə Uppsala universitetinə qəbul olmuşdu. 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. 1848-ci ildə "Ögey qardaşlar" adlı hekayə yazmışdır. 1849-cu ildə general rütbəsini almışdı. 7 fevral 1856-cı ildə Norveç canişinliyinə təyin olunmuşdur.

1865-ci ildə Karl

Hakimiyyəti

1859-cu ildə taxta çıxmışdır. Danimarka ilə dostluq əlaqələrinə davam etmiş, ölkədə islahatlara cəhd etmişdir. Hakimiyyəti əsasən sönük keçmişdir. Qardaşı ilə əlaqələri yaxşı deyildi və qanunları dəyişib, taxta qızı Luiza Evgeniyanı gətirmək istəsə də parlament bunu təsdiqləməmişdi. 11 noyabr 1868-ci ildə Yaponiya ilə "Dostluq, Ticarət və Naviqasiya müqaviləsi" imzalamışdır. Bununla İsveç və Norveç tacirləri Yaponiyada ticarətlə məşğul ola biləcəkdi.

Yaradıcılığı

XV Karl şair və rəssam idi. 1863 və 1865-ci illərdə iki şeir kitabı yayımlanmışdı. Rəsm əsərləri İsveç Milli Muzeyində sərgilənir. Başqa rəssamların əsərlərini də kolleksiyada toplayırdı. 500-dən çox rəsm əsəri toplamışdır.

Ölümü

1871-ci ildə xəstələnmiş, həyat yoldaşının eyni ildə ölümündən sonra daha da kəskinləşmişdir. 1872-ci ildə Aaxen səfərindən qayıdarkən tuberkulyozdan Malmödə vəfat etmişdir.

Ailəsi

19 iyun 1850-ci ildə Luiza Oranj-Nassau ilə evlənmişdir.

Övladları

Ad ValideyniDoğum günüÖlümQeyd
Luiza Evgeniya Luiza Oranj Nassau31 Oktyabr 185121 Mart 19261869-cu ildə VIII Frederiklə evləndi; övladı oldu
Karl Oskar Vilhelm Frederik Luiza Oranj Nassau14 Dekabr 185213 Mart 1854uşaqkən öldü
Karl İohann Bolander Anna Margareta Lindkvist Bolander4 Fevral 185428 İyul 1903Qeyri qanuni övlad
Ellen Maria Svensson Anna Stirell 28 oktyabr 1865 1931 Qeyri qanuni övlad

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, XV Karl haqqında məlumat. XV Karl nədir? XV Karl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elşad Həsənov

  • Fevral 27, 2026

    Sabiha Sultan

  • Fevral 27, 2026

    Anhesenamon

  • Fevral 27, 2026

    Corab

  • Fevral 27, 2026

    1962-ci il

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst