Leyxtenberqli Jozefina (fr. Joséphine Maximilienne Eugénie Napoléone de Beauharnais; 14 mart 1807[…], Milan – 7 iyun 1876[…], Stokholm kral sarayı[d], Stokholm leni[d]) — fransız hərbçisi Ejen de Boharnenin qızı, İsveç-Norveç kraliçası.
| Leyxtenberqli Jozefina | |
|---|---|
| |
| 8 mart 1844 – 8 iyul 1859 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 14 mart 1807[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 7 iyun 1876[…] (69 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Fəaliyyəti | consort[d], rəsm kolleksiyaçısı[d] |
| Atası | Ejen de Boharne |
| Anası | Bavariyalı Avqusta Amaliya |
| Həyat yoldaşı |
|
| Uşaqları | |
| | |
| Təltifləri | |
![]() | |
Həyatı
1807-ci ildə Milanda doğuldu. Atası Napoleon Bonapartın ögey oğlu hərbçi Ejen de Boharne, anası Şahzadə Avqusta Amaliya isə Bavariya kralı I Maksimilyanın böyük qızıdır. Uşaqlığının ilk illəri doğulduğu Milanda keçdi. İtalyan, fransız və alman dilləriylə yanaşı, tarix, coğrafiya, botanika, astronomiya kimi elmlər üzrə də təhsil aldı.
1812-ci ildə nənəsi imperatriça Jozefina Boharnenin dəvətiylə ailə Parisə gəldi. Napoleon Bonapartın məğlub edilməsinin ardından ailə Bavariyadakı qohumlarının yanına sığındılar. 1822-ci ilə baş tutan görüşün ardından, İsveç kralı XIV Karl İohannın oğlu və varisi Şahzadə Oskarla evlənməsinə qərar verildi. Lüteran məzhəbinə keçməkdən imtina etdi və ömrünün sonunadək katolik məzhəbinə bağlı qaldı. Buna baxmayaraq övladlarına lüteran məzhəbinə xas tərbiyə verdi. 22 may 1823-cü ildə Münxendəki Leyxtenberq sarayında baş tutan formal nigahın ardından cütlük 19 iyunda Stokholmda keçirilən mərasimlə evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Ancaq ərinin saysız məşuqələri və onlardna doğulan nigahdan kənar övladları vardı. Ancaq onun bu münasibətləri taxta çıxdığı 1844-cü ildə sonlandı. Beləcə, Jozefina İsveç-Norveç kraliçası oldu. Tacqoyma mərasimləri də elə həmin ilin 28 sentyabrında Stokholmda baş tutdu. Ölkədə katoliklərin hüquqlarının qorunması və katolik məzhəbinin inkişafı üçün çalışdı və bu yolda papa XVI Qriqoriylə müttəfiq oldu.
1857-ci ildə ərinin səhhəti pisləşdi və dövlət idarəsindən uzaqlaşdı. Dövlətin idarəsi naib ünvanı alan böyük oğlu Şahzadə Karla həvalə edildi. Kraliça Jozefina isə buna qəi qarşı çıxdı. Belə ki, oğlu Şahzadə Karl atası kimi dini toleranslığı olan biri deyildi və qatı katolik düşməni idi. Üstəlik ana-oğul arasındakı sürtüşmə təkcə dini deyildi. Saray xidmətçilərindən biriylə olan eşq münasibətinə qarşı çıxması və onu saraydan qovması oğluyla münasibətlərini daha da gərginləşdirdi.
1859-cu ildə ərinin vəfatıyla oğlu taxta çıxdı və dul kraliça ünvanı alaraq dövlət idarəsindəki təsirini tamamilə itirdi. Xeyriyyə işləri və ölkədəki katoliklərin qorunmasıyla məşğul oldu. 1872-ci ildə oğlu XV Karlın vəfatından sonra digər oğlu II Oskar taxta çıxdı. Bu tarixdən etibarən siyasi gücünü yenidən qazandı. 1862-ci ildə Göteborq, 1866-cı ildə isə Bergen şəhərlərində katolik kilsələrinin qurulmasını dəstəklədi. 1875-ci ildə 4 saray xidmətçisiylə birlikdə gizlicə Romaya həccə getdi və papa IX Piylə görüşdü. Ertəsi il Stokholmda vəfat etdi və Riddarholm kilsəsinə dəfn edildi.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yozefina Leuxtenberq haqqında məlumat. Yozefina Leuxtenberq nədir? Yozefina Leuxtenberq nə deməkdir?

