Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektrik (yunanca ἤλεκτρον ēlektron "kəhraba" deməkdir) — fiziki əsasında yüklənmiş mikroskopik hissəciklərin (elektron, ion, molekula və onların kompleksi) old

Elektrik

  • Ana Səhifə
  • Vikipediya
  • Elektrik

Elektrik (yunanca ἤλεκτρον ēlektron "kəhraba" deməkdir) — fiziki əsasında yüklənmiş mikroskopik hissəciklərin (elektron, ion, molekula və onların kompleksi) olduğu cismin və prosesin xassələri və dəyişilməsini izah edən anlayışdır. O sakit və hərkətdə olan elektrik yükünü, həmçinin elektrik və maqnit sahəsi ilə əlaqədar fenomenləri əhatə edir. Elektrik ilə elektrik enerjisi əldə edilir. Elektrik yükünün daşıyıcısı mənfi yüklənmiş elektronlar, ionlar və müsbət yüklənmiş proton və kationlardır. Eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir. Elektrik yükləri elektrik sahəsinin, hərəkətli yüklər isə maqnit sahəsinin əsasını təşkil edir.

Müxtəlif işarəli yüklər bir-birini cəzb edir Eynı işarəli yüklər isə bir-birini itələyir

Elektromaqnetik dalğalar elktromeqnetik sahənin həyacanlanmasıdır və yarandıqdan sonra yük daşıyıcılarından asılı olmayaraq hərkət edə bilir. Elektrik yüklərinin keçiricidə hərəkəti sərbəst elektronların nizamlanmış hərkətindən ibarətdir. Bərk cisimlər keçiricilər, yarımkeçiricilər və dielektriklərə bölünürlər.

Tarixi

Elektrik cərəyanı hələ bizim eradan təxminən 600 il əvvəl, yunanlara məlum olmuşdur. Bu haqqda ilk bilik Falesə aid edilir. O dövrdə insanlar kəhrəbanın yun parçaya sürtdükdən sonra onun başqa materialları özünə cəzb etməsini müşayiət etmişlər. Elektrik sözünün də mənası buradan gəlir.

Yalnız orta əsrlərdə Qalileo Qaliley tərəfindən fizika eksperimental bir elm kimi tədqiq edildikdən sonra elektrik cərəyanın araşdırılmasına maraq artmışdır. 1600-cü ildə ingilis fiziki Viliam Gilbert (1544–1603) "De magnete" əsərində tək kəhrəba yox, başqa materialların da elektriklə yüklənə bilməsini göstərmişdir. O, ilk dəfə olaraq "Elektrika" terminini işlədir. XVII əsrdə statik elektrik ilə məşğul olan alman alimi Otto von Querike ilk dəfə olaraq elektrikləşdirmə maşınını, daha doğrusu generatoru yaradır. O, iki eyni cür yüklənmiş cisimlərin bir-birini itələməsi hadisəsini araşdırır. Ona qədər yalnız elektrik cərəyanı ilə yüklənmiş cisimlərin bir-birini cazibə etməsi məlum idi.

XVIII əsrdə elerktrik cərəyanın xassələri və onu yaratmaq üçün batareyaların düzəldilməsi üzrə əsas işlər görülmüşdür. Buraya əsasən Pieter van Muşenbrök (Layden şüşəsi, 1745), Benyamin Franklin (mənfi və müsbət qütblər, 1752), Luigi Qalvani (elektrokimyəvi enerji, 1770), Alesandro Volta (batareya, 1776), Çarles Auqustin Kulomb (Kulon qanunu, XVIII əsrin sonu), Georg Simon Om (Om qanunu XIX əsrin əvvəli) kimi alimlərin işləri daxil idi.

XIX əsrin əvvəlində maqnetizm və elektrik cərəyanı arasında əlaqə ixtira edildikdən sonra bu fiziki kəmiyyətin praktikada tətbiqi üçün geniş zəmin yaranır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektrik haqqında məlumat. Elektrik nədir? Elektrik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    3 noyabr

  • Fevral 18, 2026

    USB

  • Fevral 23, 2026

    Bibliya

  • Fevral 23, 2026

    E.ə. 27

  • Fevral 23, 2026

    İncil

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst