Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[…], Çikaqo, İllinoys[…] – 15 dekabr 1966[…], Berbank, Kaliforniya) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. Th

Volt Disney

  • Ana Səhifə
  • Vikipediya
  • Volt Disney
Bu məqalə Şəxs haqqındadır. Şirkət üçün The Walt Disney Company səhifəsinə baxın.

Volt Disney (ing. Walt Disney; 5 dekabr 1901[…], Çikaqo, İllinoys[…] – 15 dekabr 1966[…], Berbank, Kaliforniya) — ABŞ cizgiçi, rejissor, rəssam və prodüseri. The Walt Disney Company və Walt Disney Picturesin banisi.

Volt Disney
ing. Walt Disney
Doğum adı Walter Elias Disney
Doğum tarixi 5 dekabr 1901(1901-12-05)[…]
Doğum yeri
  • Çikaqo, İllinoys[…]
Vəfat tarixi 15 dekabr 1966(1966-12-15)[…] (65 yaşında)
Vəfat yeri
  • Berbank, Kaliforniya
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Uşağı 2 (Diane Disney Miller daxil olmaqla)
Fəaliyyəti kinorejissor, film prodüseri, animasiyaçı, televiziya aparıcısı, səsləndirmə aktyoru[d], yazıçı, prodüser, rəssam, ixtiraçı, ssenarist, kino aktyoru, illüstrasiyaçı[d], karikaturçu, rejissor, aktyor, prodüser, dizayner, komiks rəssamı
Fəaliyyət illəri 1920–noyabr 1966
Mükafatları Grand Decoration of Honour for Services to the Republic of Austria Prezidentin "Azadlıq" medalı — 1964 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi "Cənubi xaç" ordeni Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany Order of the Crown of Thailand "Astek qartalı" ordeni
"Emmi" mükafatı Qızıl ayı — 1951 Academy Award for Best Documentary Feature Film — 1954 Academy Award for Best Documentary Feature Film — 1955
IMDb ID0000370
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Newman Laugh-O-Gram (1921)

Mündəricat

Həyatı

Volt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində karikatura rəssamı işləmişdir. Daha sonralar Disney reklam kampaniyasına daxil olmuş və burada Y.Ayverksomla birgə işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm karikaturaları çəkərək "Gülməyin qramı" adlı film yaratmışlar. Bu formada ilk reklam çarxları fəaliyyətə başlamışdır. Bundan sonra Volt Disney özünün çox da böyük olmayan "Laf-o qramz" adlı şəxsi kompaniyasını yaratmışdır.

Yaradıcılığı

Volt Disney rəsmlərdən ibarət nağıl filmləri olan "Göyçək Fatma", "Qırmızı papaq", "Çəkməli pişik" və başqalarını böyük ustaqlıqla yaratdı. 1923-cü ildə Hollivudda hazırlandı. İki hissədən ibarət olan cizgi filmə bənzəyən "Alisa möcüzələr ölkəsində" adlanırdı. Tam hissəsini isə aktyorlar və rəsm çəkənlər tuturdu. Həmçinin "Osvald – xoşbəxt dovşan" kimi yeni bir film də işıq üzü gördü.

Disneyin "Dəlicəsinə təyyarə" adlı filmində yeni personaj olan Mikki Maus siçanı meydana çıxdı. Tamamilə öz xarakterini səsli film olan "Paraxod Villi" cizgilərində əks etdirdi. Bu tipli cizgi film 1928-ci ildə yaradılmışdı. Oradakı personajların hərəkətlərinə uyğun olaraq musiqi və səs-küy yaradılmışdı. 1929-cu ildə "Skeletlərin rəqsi" adlı film çıxdı və arxa fonda Kamil Sen-Sansın musiqisi altında hərəkətlər davam edirdi. Bu filmin əvvəlinə "Məzəli simfoniya" adlı musiqi əlavə edilmişdi.

Qəhrəmanların içərisində ən çox istifadə edilən Mikki Maus, ən şanssız ördək Donald Dak, it Pluto və Disneyin digər həmişə istifadə edilən personajları canlandırılırdı. 1932-ci ildə Disney Mikki Maus personajının yaradılmasına görə "Oskar" mükafatına layiq görüldü. XX əsrin 30-cu illərinin əvvəllərində Disneyin rəssamlıq metodları inkişaf etdi və bu orta amerikanların psixologiyasına güclü təsir edirdi. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha çox maraq obyektinə çevrilirdi.

Disney amerikan cizgi filmlərini qeydiyyatdan keçirməyə başladı və burada M. Sennetta adlı gülməli ənənələri özündə birləşdirən məktəb açıldı. O, ilk dəfə olaraq cizgi filmlərdə nəzərə çarpan dərəcədə hərəkətə gətirmə proseslərini yerinə yetirdi. Onun rəssamları böyük fantaziyaya malik insanlar idi, buna görə də hərəkətlərin edilməsi üzərində işləyərək ustalıqla hər işin öhdəsindən gəlirdilər. Disneyin üsulu yaradılmış hərəkətlərdə texnologiyadan qismən istifadə idi və buna görə də estetik görünüşə də xüsusi əhəmiyyət verirdi.

1933-cü ildə Disney ilk dəfə olaraq dünyada rəngli cizgi film buraxdı və bu zaman ABŞ-nin işlənmiş "Texnikolor" metodundan istifadə etdi. Xüsusi uğuru isə "Üç donuz balası" adlı filmi ilə oldu və 1933-cü ildə buna görə Oskar mükafatı qazandı. Bu cizgi film ingilis nağıllarının motivləri əsasında yaradılmışdı. İqtisadi böhran nəticəsində şəkillərdə təsəlliverici funksiyalardan istifadə edilir. Bu iş prosesinin qurtarılması və iş güzarlığın individual resepti sayılırdı. 30-cu illərin ortalarında Disney filmləri asta vəziyyətdə Avropa və dünya bazarına çıxmağa başladı, lakin dünyanın çox ölkələrində cizgi filmlərin inkişafı estetik baxımdan inkar edililrdi.

"Ağbəniz və yeddi cırtdan" adlı filmlə Disney ilk dəfə olaraq yarım metrajlı filmə müraciət etdi. 1938-ci ildə Venesiyada keçirilən Beynəlxalq film festivalının mükafatı ilə təltif edildi. Bu işin am yerinə yetirilməsi üçün yeni avadanlıqları özündə birləşdirən studiyo fabrikinə ehtiyav var idi və 1939-cu ildə Byorbank bunu hazırladı. "Ağbəniz" filminin uğurundan sonra onun ardınca 1939-cu ildə "Pinokkio" yaradıldı. 1940-cı ildə ekperimental film sayılan "Fantaziya", 1941-ci ildə "Dambo" və xüsusən 1942-ci ildə maral balası haqqında poetik "Bembi" hazırlandı.

İkinci dünya müharibəsindən sonra Disney studiyası sifariş edilmiş filmlər çəkirdi və o, qısametrajlı filmləri çəkməyə davam edirdi; "Göyçək Fatma" (1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı), "Alisa möcüzələr ölkəsində" (1951), "Piter Pen" (1953), "Xanım və avara" (1955), "Yatmış gözəl" (1959), "Yüz bir dalmatin" (1961), "Meri Poppins" (1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə yaradılmışdır) və "Cəngəllik kitabı" (1967-ci ildə Disneyin ölümündən sonra bitirilmişdir). Bütün bunlarla yanaşı digər bir çox filmlər var idi ki, onlar da 30-cu illərin ortalarında təkrar tamaşaçılara göstərilirdi.

50–60-cı illərin sonlarında Disney studiyası yeni sənədli filmlərin çəkilməsinə başlayır. Bunlara "İnsanlar və ölkələr", "Həyatdan macəra" (burada heyvanların həyatına diqqət yetirilirdi) və oyun üçün nəzərdə tutulmuş kommersiya filmləri daxil edilmişdi. Çoxşaxəli filmlər üçün Disney telekanalı yaradılmışdır. Öz işlərinə görə Disney 29 Oskar mükafatı almışdır.

Disneyland

Volt Disneyin ən böyük hazırladığı fəaliyyətlərdən biri uşaqlar üçün nəzərdə tutulmuş Kaliforniyada yaradılan park Disneyland olmuşdur. Hansı ki, burada atraksion üsullarını özündə birləşdirən və filmində olan personajlar vardır. Həmin obyekt 1955-ci ildən açıq elan edilmişdir.

Filmoqrafiya

  • Salam, dostlar (cizgi filmi, 1943)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Volt Disney haqqında məlumat. Volt Disney nədir? Volt Disney nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağaxan Salmanlı

  • Fevral 27, 2026

    Siyasi iqtisad

  • Fevral 27, 2026

    Tatian

  • Fevral 27, 2026

    İdman Azərbaycan

  • Fevral 27, 2026

    Böyük kudu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst