Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı.

İdman Azərbaycan

  • Ana Səhifə
  • Vikipediya
  • İdman Azərbaycan

'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı.

İdman TV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 və Eutelsat 7A peyklərinin əhatə dairələri
Dil Azərbaycan dili.
Baş qərargah Mehdi Hüseyn küçəsi 1, Bakı, Azərbaycan
Yaranma tarixi 1 yanvar 2009 (20:00) (test yayımı)
1 fevral 2009 (12:00) (əsas yayım)
Sahibi Azərbaycan Televiziya və Radio Verilişləri QSC
Rəhbərlik Zaur Zeynal
Keçmiş adları İdman Azərbaycan (1 fevral 2009–15 sentyabr 2019)
Şüar Bütün İdman Dünyası (2009–2015)
İdmanın Tək Ünvanı (2015–2024)
İdmanın Gücünü Bizimlə Hiss Edin (2025–indiyə kimi)
Qardaş kanallar AzTV
Mədəniyyət TV
Azərbaycan Radiosu
Sayt idmantv.az

Tarixçə

İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır.

Kanalın köhnə loqosu (2009–2019-cu illər)

İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi.

İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır.

6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.

12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir.

16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.

28 yanvar 2022-ci ildən etibarən "Azerspace-1" peykində HD yayıma keçib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İdman Azərbaycan haqqında məlumat. İdman Azərbaycan nədir? İdman Azərbaycan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    XI Konstantin

  • Fevral 11, 2026

    Prezident

  • Fevral 27, 2026

    Çino Moreno

  • Fevral 26, 2026

    I Yekaterina

  • Fevral 27, 2026

    İnzibati hüquq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst