Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardı

Tatian

  • Ana Səhifə
  • Vikipediya
  • Tatian

Tatián (ya da Tasian; təq. 120, Assuriya[d] – təq. 173, Assuriya[d]) — erkən xristian yazarı, apologeti və ilahiyyatçısı. O Müqəddəs kitabın 4 İncilini bir ardıcıl hekayəyə birləşdirmiş və redaktə etmişdir "Diatessaron" adlanan bu kitab Assuriya kilsəsi tərəfindən müqəddəs kitab kimi qəbul edilmiş və bir neçə yüzillik boyu orada rəsmi ibadətlərdə oxunmuşdur. Həm də Diatessaronun Əhdi Cədidin kanonik (kilsə tərəfindən qəbul edilən) mətninin oluşması prosesində bəlli qədər rol oynamışdır.

Tatian
klass. süry. ܛܛܝܢܘܣ
Doğum tarixi təq. 120(0120)
Doğum yeri
  • Assuriya[d], Qədim Roma
Vəfat tarixi təq. 173(0173) (52–53 yaşında)
Vəfat yeri
  • Assuriya[d], Qədim Roma
Vətəndaşlığı Roma İmperiyası
Elm sahələri fəlsəfə, ilahiyyat, apologetika
Tanınır Xristian ilahiyyatçısı, apologet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Xristianlığın yaranması
Patristika
Apologetika
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Latındilli apologetika:

Minusius Feliks  • Arnobius  • Laktansius  • Tertullian

Qnostiklərə qarşı olanlar:

İrineus Lionlu  • İppolit Romalı

İskəndəriyyə ilahiyyat məktəbi:

Klement  • Origen

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Rəsmi kilsə tərəfdarları:

Atanasius  • İoann Xrisostom  • Saxta Dionisius
Kappadokiyalı kilsə ataları:
Basil Qeysəriyyəli  • Qriqor Nazianzen  • Nissalı Qriqori

Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:

Nestorianlıq  • Monofizitizm  •
Monofelitlik  • İkonomaxiya

'Ekumenik Kilsə Məclisləri'
Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian mistisizmi

Xristian rahibliyi  • İsihazm

Şərq və Qərb kilsələrinin aralanması
Xristian simvolikası

Mündəricat

Bioqrafiyası

Tatianın həyatı haqqında biliklər çox azdır. Əsərlərin birində o özü haqqında yazmışdır ki, "Assuriya torpaqlarında doğulmuşdur". Dəqiq ölüm ili və yeri də bilinməməkdədir. Güman edilir ki, o Assuriyada 185 ildə ölmüşdür.

Bir çox ölkələrə səfər etmiş, çeşidli xalqların mədəniyyəti və dünyagörüşü ilə tanış olmuşdur. Etni zamanda fəlsəfi məktəblərin təlimlərini də öyrənmişdir. Sonra Romaya gəlmiş, orada Xristianlıqla tanış olmuş, az sonra bu dini qəbul edərək, Yustinin tələbəsi olmuşdur. O zaman xristianlar çeşidli fəlsəfə məktəblərinin ardıcılları ilə mübahisələr. Tatian da müəllimi ilə bu prosesə qoşularaq erkən Xristianlığın ən fəal apologetlərinə çevirilmişdir..

O da Yustinlə birlikdə kinik (həqarətçi) məktəbin filosofu Kressent tərəfindən təqib olunmuşdur. Yustinin ölümündən sonra Tatianın həyatı haqqında məlumatlar azdır. Güman edilir ki, o müılliminin Romadakı məktəbinə başçılıq edə bilərdi. Ancaq İrineus onun heretik sayılan və ifrat abidçiliyi təbliğ edən mühafizəkar "enkratistlər" təriqətinə keçməsi haqqında yazmışdır. Bu səbəbdən də onu Kilsədən aralamışdırlar.

Bundan sonra o Romanı tərk etmiş və İsgəndəriyyə, ya da Yunanıstanda yaşamışdır.

Apologetikası

Tatianın dünyagörüşü və fəlsəfəsi onun "Adversus graecos" Yunanlara ünvanlanmış sözkitabında verilmişdir.

Xristian apologeti kimi Tatian büdpərəstliyi tənqid etmiş və Xristianlığın üstün cəhətlərini vurğulamışdır. Hətta bəzən bunu kəskin tərzdə edirdi. O yazırdı:

" Siz (bütpərəstlər) müdrikliyi hissələrə parçalamısınız və özünüzü əsl müdriklikdən məhrum etmisiniz. Siz Tanrını tanımırsınız. Bir-birinizlə mübahisə edərək özünüzü təkzib edirsiniz "

Yunanların və Romalıların müdrikliyini rədd edərək Tatian onlara qarşı “barbarların müdrikliyini” ortalığa qoyur. Onun fikrincə “barbarların müdrikliyi” öz sadəliyi, beynəlmiləlliyi, birliyi və əxlaqı ilə fərqlənir. Yunan və Roma filosoflarının təlimləri ilə həyat tərzləri və əməlləri arasında bir çox hallarda fərqlər var idi. Məsələn, Diogen acgözlülüyün ucbatından ölmüş, Aristip isə əxlaqsız həyat sürürmüş Tatian.

Ümumiyyətlə, Tatianın fikrincə, yunanlar hər bir müsbət şeyi başqa xalqlardan götürüb, sonra onları mənimsəyiblər, özlərinki hesab ediblər. Onlar əlifbanı finikiyalılardan, tarixi - misirlilərdən, münəccimliyi - babilistanlılardan götürüblər. Fəlsəfəni isə yunanlar yəhudilərdən alıblar, sonra isə ona əlavələr ediblər. Lakin bu əlavələr əslində səhvlərdir, yanılmalardır. Nəticədə isə yunanların əlində fəlsəfə öz əsl mahiyyətini itirib .

Tatianın dünyagörüşü, ümumiyyətlə, Yustinin dünyagörüşü kimi idi. O da, Tanrının birliyini, Loqosun (İsanın) Atadan doğulmasını qəbul edirdi. Trititanizm (Tanrının üç sifətdən ibarət olması) haqqında Tatian heç bir şey deməmişdi, çünki bu ideya onun zamanında hələ aktual məsələyə çevrilməmişdi.

Müxalif fikirləri

Qeyd etmək lazımdır ki, antik mədəniyyəti rədd edən Tatian, bəzi hallarda ortodoksal Xristianlığa da zidd fikirlər səsləndirirdi. Məsələn, o hesab edirdi ki,insan ruhu bədənə bağlı olduğuna görə təbiətcə bu dünyanın məhsuludur. Onun fikrincə ruh bədənlə bir yerdə məhv olur. Hətta Tatian ruhu “zülmət” adlandırırdı. Burada qnostiklərin təsiri hiss edilir. Eyni zamanda, onun fikrincə, ruhdan başqa insanın mənəviyyatı da vardır. Bu mənəviyyat insan təbiətinə daxil deyil, bir başa Tanrının lütfüdür.

Daha sonra Tatian qiyamət günü və dirçəlmə ideyalarını qəbul edərək, onları ortodoksal Xristianlıqdan fərqli tərzdə yozurdu. O, hesab edirdi ki, Tanrı hər şeyi məhv edəndən sonra yenidən dünyalar yaradacaq və həyat yenidən davam edəcək. Sonra o dünyalar da məhv olub yeni dünyalar yaranacaq, və bu proses sonsuzluğa qədər davam edəcək.

Təsiri

Bu cür fikirlərə görə Tatian rəsmi kilsə tərəfindən pislənmişdir və onu heretiklərin sırasına daxil etmişdirlər. Buna baxmayaraq, Tatianın apologetikada müstəsna rolu olub. Onun bir çox fikirləri gələcəkdə xristian filosofları tərəfindən qəbul edilib, inkişaf etdirilmişdir. Məsələn, Tatian düşünürdü ki, təbiət və insan təbiəti əslində şərdir və Tanrının lütfü olmasa, adamları ölümə aparır. Bu ideya sonralar Avqustinusun fəlsəfəsində mühüm yer tutacaq.

Ədəbiyyat

  • Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 42-44. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
  • Майоров Г. Г. Формирование средневековой философии (латинская патристика). М.: Мысль, 1979. С. 62-65.
  • Ранние христианские апологеты. 2007-12-01 at the Wayback Machine // Протоиерей Иоанн Мейендорф. Введение в святоотеческое богословие. Гл 3.
  • Татиан Ассириец // Архимандрит Киприан (Керн). Патрология. Глава X.
  • Petersen, W. Tatian's Diatessaron: Its Creation, Dissemination, Significance and History in Scholarship (Leiden, Brill, 1994).
  • Hunt, E. J. Christianity in the 2nd Century: The Case of Tatian (London, Routledge, 2003).
  • Gaca, K. L. "Driving Aphrodite from the World: Tatian and His Encratite Argument," in Eadem, The Making of Fornication: Eros, Ethics, and Political Reform in Greek Philosophy and Early Christianity (Berkeley, University of California Press, 2003), 221-246.
  • Petersen, W. L. "Tatian the Assyrian," in Antti Marjanen and Petri Luomanen (eds), A Companion to Second-Century Christian “Heretics” (Leiden: Brill, 2005), 125-158.
  • Harris, J. R. "The First Tatian Reading in the Greek New Testament," in Idem, New Testament Autographs and Other Essays (Sheffield: Sheffield Phoenix, 2006) (New Testament Monographs, 7).

Həmçinin bax

  • Apologetika
  • Yustin
  • Afinoqor
  • Teofil
  • İrineus Lionlu
  • İppolit
  • Klement
  • Origen

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tatian haqqında məlumat. Tatian nədir? Tatian nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fank-metal

  • Fevral 27, 2026

    Ofelya Sənani

  • Fevral 27, 2026

    Kosmik turizm

  • Fevral 27, 2026

    Kokaral adası

  • Fevral 27, 2026

    Ayaqlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst