Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xurşid Lütfəli qızı Abdullayeva (15 sentyabr 1959, Bakı) — klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapella

Xurşid Abdullayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Xurşid Abdullayeva

Xurşid Lütfəli qızı Abdullayeva (15 sentyabr 1959, Bakı) — klavesin sinfi üzrə Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Xurşid Abdullayeva
Ümumi məlumatlar
Doğum tarixi 15 sentyabr 1959 (66 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Lütfəli Abdullayev
Anası Sevda Pepinova
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, pedaqoq
Musiqi alətləri fortepiano, klavesin
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20072007

Mündəricat

Həyatı

Xurşid Abdullayeva 15 sentyabr 1959-cu ildə Bakıda anadan olmuşdur. O, 1966–1977-ci illərdə Bülbül adına musiqi məktəbində təhsil almışdır. 1983–1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsilini davam etmişdir.

Xurşid Abdullayeva 1989-cu ildə Belorusiyanın Minsk şəhərində professor Arturo Sakettinin[ing.] (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin[ing.] (Kanada) klavesin üzrə ustad siniflərini başa vurmuşdur. O, 1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində bir illik ali ifaçılıq kurslarını bitirmişdir.

Fəaliyyəti

Xurşid Abdullayeva 1995-ci ildən Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının müəllimi, 2001-ci ildən isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktoru vəzifələrində işləyir. O, Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış etmişdir. Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.

Mükafatları

Xurşid Abdullayeva 15 may 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Nəsil şəcərəsi

Xurşid Abdullayeva aktyor, Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin və alman dili üzrə mütəxəssis Sevda Pepinovanın qızıdır. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin katibi Əhməd bəy Pepinovun və musiqişünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Ağayevanın nəvəsidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xurşid abdullayeva sözünün mənası, xurşid abdullayeva haqqında məlumat. xurşid abdullayeva nədir? xurşid abdullayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Adil Bağırov

  • Fevral 28, 2026

    Mehdi (xəlifə)

  • Mart 06, 2026

    Nikolay Kuznetsov

  • Fevral 27, 2026

    Nağıl

  • Fevral 27, 2026

    Vladimir Minorski

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst