Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور‎; 3 avqust 744, Humeyma[d] – 24 iyul 785, İzə, Xuzistan ostanı) — 3. A

Mehdi (xəlifə)

  • Ana Səhifə
  • Vikipediya
  • Mehdi (xəlifə)

Əbu Abdullah Məhəmməd ibn Abdullah əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور‎; 3 avqust 744, Humeyma[d] – 24 iyul 785, İzə, Xuzistan ostanı) — 3. Abbasi xəlifəsi.

Mehdi
ərəb. أبو عبد الله محمد المهدي‎
Əl-Mehdi dönəminə aid qızıl dinarlar
Əl-Mehdi dönəminə aid qızıl dinarlar
III Abbasi xəlifəsi
6 oktyabr 775 – 24 iyul 785
ƏvvəlkiƏl-Mənsur
SonrakıƏl-Hadi
Şəxsi məlumatlar
Doğum tarixi 3 avqust 744(0744-08-03)
Doğum yeri
  • Humeyma[d], İordaniya
Vəfat tarixi 24 iyul 785(0785-07-24) (40 yaşında)
Vəfat yeri
  • İzə, İzə şəhristanı, Xuzistan ostanı, İran
Fəaliyyəti siyasətçi, şair, Xəlifə
Atası əl-Mənsur
Anası Arva bint Mənsur Əl-Himyari
Həyat yoldaşı Əl-Xeyzuran bint Ata
Uşaqları
  • Əl-Hadi,
  • Harun ər-Rəşid
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

3 avqust 744-cü ildə Xuzistanın İzə şəhərində dünyaya gəldi. Atası xəlifə Əbu Cəfər Əl-Mənsur, anası isə onun ərəb əsilli xanımlarından Arva bint Mənsur Əl-Himyaridir. Ailəsiylə birlikdə öncə Hümeyməyə, Əməvilərin devrilməsindən sonra isə Kufəyə gələn Əl-Mehdi atasının xüsusi nəzarəti altında mükəmməl təhsil aldı. 758-ci ildə atası tərəfindən Xorasan canişinliyinə təyin edildi və uzun müddət orada xidmət etdi. İlk iş bölgənin üsyankar canişini Əbdülcabbar Əl-Əzdini ələ keçirərək Bağdada yolladı. Ardından həmin il Təbəristanı ələ keçirdi və 761-ci ildə əmisi Əs-Səffahın qızı Raitə Əl-Səffah ilə evləndi.

768-ci ilədək Xorasanda qalan Əl-Mehdi bu müddət ərzində bölgəni Nişapur və Rey şəhərlərindən idarə etdi. Bu müddət ərzində şəxsən döyüşlərdə iştirak etməsə də, güclü strateji oyunlarla bölgəni tabeliyində saxlamağı bacarmışdır. Xorasandan döndükdən sonra ailəsi və yaxın adamlarıyla birlikdə Bağdad yaxınlığında onun şərəfinə inşa edilməyə başlayan Rüsafədə iqamət etdi. Bu müddət ərzində atası Əl-Mənsur xəlifə elan edilmişdi. Xəlifənin qardaşı oğlu İsa ibn Musa vəliəhd idi və Əl-Mənsur onun yerinə öz oğlu Əl-Mehdini varis təyin etmək niyyətində idi. Nəhayət, İsa ibn Musa 764-cü ildə əmisi xəlifə Əl-Mənsurun və Xorasan birliklərinin təzyiqi ilə vəliəhdlik ünvanını xəlifənin oğlu Əl-Mehdiyə verməyə, özünün isə ikinci sıraya keçməsinə razılıq verdi.

770-ci ildə həcc əmiri təyin edilən Əl-Mehdi 772-ci ildə atasının istəyilə Fərat çayı sahilində Rəfiqə şəhərinin əsasını qoydu. Atasının həcc yolunda vəfat etməsinin ardından 7 oktyabr 775-ci ildə heç bir müqavimətlə rastlaşmadan Bağdadda taxta çıxdı.

Əl-Mehdi xəlifə olduqdan sonra başda xanımı Əl-Xeyzuran olmaqla, bir çox saray əyanının da təhrikiylə əmisi oğlu İsa ibn Musanı tamamilə taxt sırasından uzaqlaşdırmaq, öz övladları Musa və Harunu varisi təyin etmək niyyətinə düşdü. Bu məqsədlə sarayda keçirilən məclisə gəlməkdən imtina edən İsa ibn Musa 776-cı ildə mərkəzdən göndərilən birliklər tərəfindən ələ keçirildi və həmin ilin noyabrında bütün taxt hüququndan imtina etməsi barədə zorla razılıq verdi. Qarşılığında 10 milyon dirhəm pul və külli miqdarda hədiyyələr alaraq mərkəzdən uzaqlaşdırıldı. Beləcə, Əl-Mehdi 776-cı ildə böyük oğlu Musanı, 782-ci ildə isə kiçik oğlu Harunu vəliəhd elan etdi.

Atası Əl-Mənsur dönəmində həbs edilən bir çox Əməvi sülaləsi mənsublarını azadlığa buraxdı və vaxtilə əllərindən alınan bütün mülkləri onlara geri qaytardı. Bu səbəblə onun səltənətində heç bir Əməvi ayaqlanması müşahidə edilməmişdir. Bundan başqa onun səltənəti dönəmində Bizans imperiyası üzərinə bir çox səfərlər tərtib edilmiş, 776, 777, 778, 779 və 781-ci illərdə baş tutan bu səfərlərin nəticəsində xilafətin ərazisi indiki Kadıköy ərazisinə qədər genişləndi. Hələ azyaşlı olan oğlu VI Konstantin adına imperiyanı idarə edən Afinalı İrina illik 70 min dinar xərac qarşılığında 3 illik sülh bağlamağa məcbur oldu.

Xəlifə Əl-Mehdi 4 avqust 785-ci ildə vəfat etdi. Ov əsnasındakı bir qəza və ya zəhərlənmə nəticəsində öldüyünə dair rəvayətlər mövcuddur.

Ailəsi

Xanımları

  • Raitə Əl-Səffah – xəlifə Əs-Səffahın qızıdır. 761-ci ildə evlənmişdir.
  • Əsma bint Ata – Əl-Xeyzuranın bacısıdır.
  • Əl-Xeyzuran bint Ata
  • Ümmü Abdullah – ərəb əsilzadələrindəndir.
  • Rüqəyya

Kənizləri

  • Mühəyyat – vəliəhdlik dönəmində hədiyyə edilmişdir. 759-cu ildə ölü bir oğlan uşağı dünyaya gətirdi.
  • Rəhimə – Abbasənin anasıdır.
  • Bəxtəriyə – Mənsur, Aliyə və Üləyyanın anasıdır.
  • Şaqlax – zəncidir. İbrahimin anasıdır.
  • Məxnunə – vəliəhdlik dönəmində 100 min gümüş dirhəmə satın alınmışdır. Üləyyanın anasıdır.
  • Basbas – vəliəhdlik dönəmində 17 min qızıl dinara satın alınmışdır.
  • Həsənə – fars əsillidir.
  • Üllah
  • Malkah

Oğulları

  • Musa Əl-Hadi
  • Harun Ər-Rəşid
  • Übeydullah – Raitə Əl-Səffahın oğludur.
  • İbrahim – Şaqlaxın oğludur.
  • Mənsur – Bəxtəriyənin oğludur.
  • Əli – Raitə Əl-Səffahın oğludur.
  • Abdullah
  • İsa – Əl-Xeyzuranın oğludur.

Qızları

  • Banuqə – Əl-Xeyzuranın qızıdır.
  • Abbasə – Rəhimənin qızıdır.
  • Süleymə – Bəxtəriyənin qızıdır.
  • Üləyya – Məxnunənin qızıdır.
  • Aliyə – Bəxtəriyənin qızıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehdi (xəlifə) haqqında məlumat. Mehdi (xəlifə) nədir? Mehdi (xəlifə) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Mercedes-Benz

  • Fevral 27, 2026

    Şuvi

  • Fevral 27, 2026

    Cavad Heyət

  • Fevral 27, 2026

    Escalloniales

  • Fevral 27, 2026

    Salvia acuminata

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst