Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klavesin (fr. clavecin; it. cembalo, clavicembalo; ing. harpsichord) — klavişli musiqi aləti. Klavesin və onun növlərində əsərlər ifa edən musiqiçiyə “klavesinç

Klavesin

  • Ana Səhifə
  • Vikipediya
  • Klavesin

Klavesin (fr. clavecin; it. cembalo, clavicembalo; ing. harpsichord) — klavişli musiqi aləti. Klavesin və onun növlərində əsərlər ifa edən musiqiçiyə “klavesinçi” deyilir.

Klavesin
Təsnifat klavişli musiqi aləti
Hornbostel–Zaks təsnifatı 314.122-6-8
Əlaqəli alətlər Fortepiano
Pianino
Klavikord
Mənşə ölkəsi İtaliya
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klavesin tipli alət haqqında ən qədim qeydlər Paduadan olan (İtaliya) 1397-ci ilə aid mənbədə rast gəlinir. Ən qədim təsvir 1425-ci ildən bəri Almaniyanın Minden şəhərindəki kafedral soborundadır. Klavesinə bənzər bir alətin təsvirləri ilə ilk çertyoju 1445-ci illərdə Zvolle şəhərindən olan Hollandiyalı Arno tərəfindən verilmişdir.

Klavesin ifaçılığının dirçəlişi XIX və XX əsrlərin sonlarında musiqiçilər pianonun tembrinin əvvəllər klavesin üçün yazılmış əsərləri ifa etmək üçün uyğun olmadığını anladıqları zaman başladı. Arnold Dolmetç bu dirçəlişə öncülük etdi. O, ilk klavesin sexini 1896-cı ildə Londonda düzəltdi və tezliklə Boston, Paris və Haslemere şəhərlərində emalatxanalar açdı. İmpressionist bəstəkarlar klavesin dirçəlişini Kuperin və Rameonun musiqi ənənələrinə qayıtmaq imkanı ilə əlaqələndirdilər.

Parisdəki Pleyel və Erard firmaları da klavesin istehsalına başladılar. Vanda Landovskanın təşəbbüsü ilə 1912-ci ildə Pleyel fabriki qalın, dartılmış simləri dəstəkləyən möhkəm metal çərçivəyə malik böyük konsert klavesin istehsalına başladı. Alət pianino klaviaturası və tam pianino pedalları dəsti ilə təchiz olunmuşdu. Beləliklə, yeni klavesin estetikası dövrü başladı. XX əsrin ikinci yarısında "böyük pianino" klavesinləri üçün dəb soyudu. Boston klavesin ustaları Frank Hubbard və Villiam Dowd antik klavesinlərin replikalarını ilk istehsal edənlər idilər.

Klavesin əvvəlcə düzbucaqlı formada idi, XVII əsrdə qanad formalı, uzunsov üçbucaq forma aldı və bağırsaq simləri əvəzinə metal simlər istifadə olunmağa başladı. Onun simləri üfüqi olaraq, düymələrə paralel, adətən bir neçə sıra şəklində düzülmüşdür, müxtəlif əl alətləri üçün sim qrupları müxtəlif hündürlüklərdə olur. Xarici tərəfdən, klavesinlər adətən incə şəkildə bəzədilmişdir: korpus naxışlar, inleylər və oymalarla bəzədilmişdir. XV Lüdovikin hakimiyyəti dövründə klavesin bəzəyi o dövrün şık mebellərinə uyğun gəlirdi. XVI və XVII əsrlərdə Antverpen klavesin ustaları Rückers tərəfindən hazırlanmış klavesinlər səs keyfiyyəti və bədii bəzəkləri ilə seçilirdi.

Ədəbiyyat

  • Boalch, Donald H. (1995) Makers of the Harpsichord and Clavichord, 1440–1840, 3rd ed., with updates by Andreas H. Roth and Charles Mould, Oxford University Press, ISBN 0-19-318429-X. A catalogue, originating with work by Boalch in the 1950s, of all extant historical instruments.
  • Germann, Sheridan (2002) Harpsichord Decoration: A Conspectus. In The Historical Harpsichord, Vol. 4, A Monograph Series in Honor of Frank Hubbard, ed. by Howard Schott. Pendragon Press.
  • O'Brien, Grant (1990) Ruckers, a Harpsichord and Virginal Building Tradition, Cambridge University Press, ISBN 0-521-36565-1. Covers the innovations of the Ruckers family, the founders of the Flemish tradition.
  • Skowroneck, Martin (2003) Cembalobau: Erfahrungen und Erkenntnisse aus der Werkstattpraxis [Harpsichord construction: a craftsman's workshop experience and insight], Fachbuchreihe Das Musikinstrument 83, Bergkirchen : Bochinsky, ISBN 3-932275-58-6. A study (written in English and German) of harpsichord building by a leading figure in the modern revival of historically authentic methods of building.
  • Zuckermann, Wolfgang (1969) The Modern Harpsichord: Twentieth Century Instruments and Their Makers, New York : October House, ISBN 0-8079-0165-2
  • The New Grove: Early Keyboard Instruments. Macmillan, 1989 ISBN 0-393-02554-3. (material from here is also available online in Grove Music Online)
  • Beurmann, Andreas (2012) Harpsichords and More. Harpsichords, Spinets, Clavichords, Virginals. Portraits of a Collection. The Beurmann Collection in the Museum für Kunst und Gewerbe, Hamburg, and at the Estate of Hasselburg in East Holstein, Germany, Hildesheim/Zürich/New York, 2012, ISBN 978-3-487-14470-2.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klavesin haqqında məlumat. Klavesin nədir? Klavesin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Münxen

  • Fevral 27, 2026

    Boro (Nyu-York)

  • Fevral 27, 2026

    Abadan

  • Fevral 27, 2026

    Saarbrükken

  • Fevral 27, 2026

    Anna Petrovna

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst