Xurşid Həsən bəy qızı Ağayeva (7 (20) aprel 1906, Bakı – 3 dekabr 1953, Bakı) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).
| Xurşid Ağayeva | |
|---|---|
| Xurşid xanım Həsən bəy qızı Ağayeva | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Həyat yoldaşları |
|
| Atası | Həsən bəy Ağayev |
| Anası | Xədicə Ağayeva |
| Fəaliyyəti | musiqişünas |
| Mükafatları | |
Həyatı

Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-1946) olmuşdur.
Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.
Ailəsi
- Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi.
- Musiqişünas Xurşid Abdullayevanın nənəsidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xurşid ağayeva sözünün mənası, xurşid ağayeva haqqında məlumat. xurşid ağayeva nədir? xurşid ağayeva nə deməkdir?