Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir Fyodoroviç Minorski (rus. Владимир Фёдорович Минорский; 6 fevral 1877 və ya 5 fevral 1877, Korceva[d], Tver quberniyası[d] – 25 mart 1966, Kembric) — R

Vladimir Minorski

  • Ana Səhifə
  • Vikipediya
  • Vladimir Minorski

Vladimir Fyodoroviç Minorski (rus. Владимир Фёдорович Минорский; 6 fevral 1877 və ya 5 fevral 1877, Korceva[d], Tver quberniyası[d] – 25 mart 1966, Kembric) — Rusiya şərqşünası, Brüssel və Kembric universitetlərinin fəxri doktoru.

Vladimir Minorski
rus. Владимир Фёдорович Минорский
Doğum tarixi 6 fevral 1877(1877-02-06) və ya 5 fevral 1877(1877-02-05)
Doğum yeri
  • Korceva[d], Korçeva qəzası[d], Tver quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 25 mart 1966(1966-03-25) (89 yaşında)
Vəfat yeri
  • Kembric, Kembric[d], Kembricşir qraflığı[d], İngiltərə, Birləşmiş Krallıq
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Elm sahəsi şərqşünaslıq
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
İş yerləri
  • Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut,
  • London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbi
Təhsili
  • Lazarev Şərq Dilləri İnstitutu[d] (–1903)
Tanınmış yetirmələri Klifford Edmund Bosvort, Tatyana Aristova, Rocer Seyvori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vladimir Fyodoroviç Minorski 1877-ci ildə anadan olmuşdur. Ərəb, fars, türk dillərini bilən Minorski Yaxın Şərq ölkələrinin etnoqrafiya, tarix, tarixi coğrafiya, ədəbiyyat tarixi və dilləri üzərində çalışmışdır. Alim bu sahələrdə bir çox araşdırmalar nəşr etdirmişdir: "The Khazars and the Turks in the Äkäm al-Marjän", "The Clan of the Qaraqoyunlu Rulers", "Tamim ibn Baor's Journey to the Uighurs" və s. Minorski "lslam Ansiklopedisi"nə bir çox məqalələr də yazmışdır. Onun ən böyük əsəri "Hududü l-alem"in ingiliscə tərcüməsidir. 1940-cı ildə alim Orta İranda yaşayan xələclərin dillərinə aid "The Turkish dialect of the Khalaj" adlı əsərini dərc etdirmişdir. İranda yaşayan türklərin dilinə aid "Ä[nallu / Inallu" adlı məqalə nəşr etdirmişdir. Həyatının sonlarına doğru Minorski Vasili Bartoldun bir neçə əsərini ingilis dilinə tərcümə etmişdir.

Vladimir Minorski 1966-cı ildə 89 yaşında vəfat etmişdir.

Yaradıcılığı

Səməd Vurğun SSRİ Ali Sovetinin deputatı kimi 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etdiyi zaman Minorskidən Şirvan və Dərbənd tarixinə aid elmi işlərinin Azərbaycana göndərməsini xahiş etmişdir. Minorski həmin materialları bir qədər sonra Səməd Vurğuna göndərmiş, 1958-ci ildə isə həmin materiallar əsasında "Şirvan və Dərbənd tarixi" adlı əsərini İngiltərədə çap etdirmişdir.

Əsərləri

  • Şirvan və Dərbənd tarixi, Kembric, 1958

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladimir Minorski haqqında məlumat. Vladimir Minorski nədir? Vladimir Minorski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Devid Yum

  • Fevral 24, 2026

    Folklend adaları

  • Fevral 27, 2026

    Dalğa optikası

  • Fevral 27, 2026

    Plüralizm (fəlsəfə)

  • Fevral 27, 2026

    Redaktor

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst