Xeyrımlı (keçmiş adları Dil Xeyrımlı və Deli Xeyrımlı) — Azərbaycan Respublikasının Qazax rayonunun Aşağı Əskipara kənd inzibati ərazi dairəsində kənd.
| Kənd | |
| Xeyrımlı | |
|---|---|
| 41°02′58″ şm. e. 45°06′30″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 4.1 |
| Mərkəzin hündürlüyü | 764 m |
| Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
| Əhalisi | |
| Əhalisi | 318 nəfər |
| Milli tərkibi | Azərbaycanlılar |
| Rəsmi dili | Azərbaycan dili |
![]() Xeyrımlı | |
Tarixi
Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Toponimikası
Xeyrımlı (oykonim, sadə). Gəncə-Qazax düzənliyindədir.
Keçmiş adı Dil Xeyrımlı və Deli Xeyrımlı variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər Deli Xeyrımlı tayfasının, və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xeyrımlı haqqında məlumat. Xeyrımlı nədir? Xeyrımlı nə deməkdir?
