Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahmud Qurbanov — Azərbaycanlı sabiq futbolçu; Kəpəz, Neftçi-2, Səbailin sabiq baş məşqçisi. Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi (201

Mahmud Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Mahmud Qurbanov

Mahmud Qurbanov — Azərbaycanlı sabiq futbolçu; Kəpəz, Neftçi-2, Səbailin sabiq baş məşqçisi. Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi (2013–2017);

Mahmud Qurbanov
Ümumi məlumatlar
Tam adı Mahmud Xanlar oğlu Qurbanov
Ləqəbi Professor
Doğum tarixi 10 may 1973 (52 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 1,84 m
Çəkisi 75 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
1992—1996 Azərbaycan Kəpəz 110 (22)
1996—1997 Azərbaycan Neftçi Bakı 23 (3)
1997—2000 Azərbaycan Kəpəz 58 (10)
2000—2002 Azərbaycan Şəmkir 63 (16)
2003 İran Fulad 20 (4)
2003 Ukrayna Tavriya Simferopol 12 (0)
2004—2005 Azərbaycan Neftçi Bakı 36 (3)
2005—2007 Azərbaycan Xəzər-Lənkəran 49 (3)
2007—2008 Azərbaycan İnter Bakı 27 (4)
2009—2011 Azərbaycan Bakı 38 (0)
Milli yığma
1992—2008 Azərbaycan Azərbaycan 76 (1)
Məşqçisi olduğu klublar
2012 Azərbaycan Tərəqqi Gəncə
2012—2013 Azərbaycan Kəpəz Gəncə
2013 Azərbaycan Azərbaycan (baş məşqçinin köməkçisi)
2014 Azərbaycan Azərbaycan (müvəqqəti baş məşqçi)
2015—2016 Azərbaycan Azərbaycan U-17
2015—2017 Azərbaycan Azərbaycan (baş məşqçinin köməkçisi)
2018—2022 Azərbaycan Neftçi-2
2022 Azərbaycan Səbail

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2009-cu ildə Bakı klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. 36 yaşlı yarımmüdafiəçi 10-cu dəfə ölkə çempionluğunu qazanaraq, öz şəxsi rekordunu yeniləyib.

Milli çempionatın qalibi ardıcıl üçüncü mövsümdür son turda bəlli olur. Özü də hər dəfə böyük hesablı qələbə ilə. Belə ki, "Xəzər-Lənkəran" səfərdə Qəbələni 3:0, İnter Bakı ilə Bakı isə müvafiq olaraq Qəbələ və Muğan Salyan klubunu evdə 4:0 hesabı ilə yenib. Bütün bu görüşlərdə iştirak edən Mahmud ardıcıl 3-cü dəfə çempion olur.

İndiyədək 6 müxtəlif klubla çempionluq qazanan Qurbanov bunların 3-ü ilə "qızıl dubl"a imza atıb. Yəni "professor" ləqəbli futbolçu ölkə kubokuna əksər vaxt çempion olduğu zaman sahib çıxır. Yalnız Mahmudun ilk kuboku istisna olub ki, həmin vaxt (1993/1994) onun heyətində yer aldığı Gəncənin Kəpəz klubu qızıl yox, bürünc medal əldə edib.

Mahmud Qurbanovun əsas uğurları doğulub, boya başa çatdığı, futbolda ilk addımlarını atdığı Gəncə ilə bağlıdır. Təsadüfi deyil ki, orta sahə oyunçusunu mükafatların çoxunu (7-si) Kəpəzin heyətində əldə edib. Ümumilikdə, medallar və kuboku da nəzərə alsaq, karyerasında 19 mükafat olan Mahmud ən titullu futbolçumuzdur.

1997-ci ildən bu yana Azərbaycan çempionu bu futbolçunun heyətində yer aldığı komandalar olur. Söhbət Kəpəz, Şəmkir, Neftçi Bakı, İnter Bakı, "Xəzər-Lənkəran" və "Bakı"dan gedir. Yeganə istisna 2006-cı olub ki, həmin vaxt Bakı ilk çempionluğunu Mahmudsuz qazanmışdı. İnişilki mövsümün qış fasiləsində İnter Bakı klubundan Bakı klubuna keçən Qurbanov daha bir klubla da qızıl medal qazandı. Özü də o, karyerasında ilk dəfə bir mövsümdən az oynadığı klubla çempion oldu.

Mahmud Qurbanovunn çıxış etdiyi klublar əksər vaxt 1-ci olur. Kəpəz, Şəmkir, "Xəzər-Lənkəran" və "İnter" ilk çempionluğuna məhz onunla nail olub. Təcrübəli futbolçunun karyerasında yeganə gümüş medal isə çempionluqla bağlı böyük əks-səda doğuran 1996/97 mövsümünə təsadüf edir. Belə ki, həmin vaxt çempionatın yekuna əsasən Neftçi Bakı 1-ci olsa da, AFFA qızıl medalı "Qarabağ"a da verdi. Buna da səbəb həmin vaxt yekunda əsasla yanaşı, əvəzedici komandaların göstəricilərinin nəzərə alınması idi. Nəticədə "Qarabağ" Neftçi Bakı klubunu keçsə də, UEFA çempion kimi məhz flaqmanı tanıdı. Təsadüfi deyil ki, həmin vaxt Çempionlar Liqasına məhz Neftçi Bakı yollandı.

2010-cu ildə isə "Bakı" klubunun 37 yaşlı yarımmüdafiəçisi karyerasında 5-ci dəfə Azərbaycan kubokunu qazandı. Bununla da Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov ölkə kubokunda da rekordçu oldu.

1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarının hamısının iştirakçısı olan Mahmud Qurbanov ən çox oynayan futbolçudur. 38 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 404 oyun keçirib ki, bu da rekord nəticədir.

18 oktyabr 2014-cü ildə AFFA tərəfindən Azərbaycan milli futbol komandasının baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mahmud Qurbanova həvalə olunub.

Mündəricat

Uğurları

  • Azərbaycanda ilin futbolçusu: (1) – 2007
  • 12 dəfə Azərbaycan çempionu: Kəpəz (1994/95, 1997/98, 1998/99 mövsümü), Şəmkir (1999/00, 2000/01, 2001/02), Neftçi Bakı (1996/1997, 2003/04, 2004/05), "Xəzər-Lənkəran" (2006/07), İnter Bakı (2007/08), Bakı (2008/09).
  • 1 dəfə Azərbaycan çempionatının gümüş medalı: Bakı (2009/10)
  • 2 dəfə Azərbaycan çempionatının bürünc medalı: Kəpəz (1993/94, 1995/96)
  • 5 dəfə Azərbaycan kuboku: Kəpəz (1993/94, 1997/98), Neftçi Bakı (2003/04), "Xəzər-Lənkəran" (2006/07), Bakı (2009/10)
  • 3 dəfə "Qızıl dubl" (həm çempionluq, həm ölkə kuboku): Kəpəz (1997/98), Neftçi Bakı (2003/04), "Xəzər-Lənkəran" (2006/07)

Şəkilləri

Qeydlər

  1. 1996/1997 mövsümünün çempionu Neftçi Bakı hesab olunarsa, yarımçıq qalan 2001/2002 mövsümünün qızıl medalçısı kimi isə Şəmkir tanınarsa o zaman 12-ci dəfə

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahmud Qurbanov haqqında məlumat. Mahmud Qurbanov nədir? Mahmud Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zazalar

  • Fevral 25, 2026

    Ərməniyyə

  • Fevral 25, 2026

    Vladiqafqaz

  • Fevral 27, 2026

    Qramatika

  • Fevral 28, 2026

    Fenrir

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst