Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xırmandalı — Azərbaycan Respublikasının Masallı rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.

Xırmandalı (Masallı)

XırmandalıAzərbaycan Respublikasının Masallı rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.

Xırmandalı
39°09′43″ şm. e. 48°43′03″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Lənkəran-Astara iqtisadi rayonu
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 5700 (2009) nəfər
Milli tərkibi Azərbaycan türkləri (Şahsevənlər)
Dini tərkibi Şiələr
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 25 21
Poçt indeksi AZ4421
Xırmandalı xəritədə
Xırmandalı
Xırmandalı

Toponimikası

Bayat tayfasında bir tirənin adı olub.

Yaşayış məntəqəsinin adı türkdilli Xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758–1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır.

Əhalisi

1856-cı il üçün «Кавказский календарь»-da orijinal yazılışı ilə adı çəkilir — Хермендалу (خرمندلو), burada şiə azərbaycanlılar yaşayırdılar.

1873-cü ildə N. K. Zeidlitsin redaktorluğu ilə 1879-cu ildə nəşr olunan «Сборник сведений о Кавказе» dərc olunan məlumatlara görə, Xırmandalı kəndində 69 Həyət və 428 sakin var idi; "tatarlar" – şiələr (şiə azərbaycanlılar). Kənddə məscid var.

1915-ci ilin məlumatına görə, Xırmandalı Lənkəran qəzasınınBakı quberniyasının 717 sakini olan "tatar" (Azərbaycan) kəndidir.

1 yanvar 1933-cü il tarixinə Azərbaycan SSR Masallı rayonunun Xırmandalı kənd Sovetində 728 nəfər (186 təsərrüfat) yaşayırdı, onlardan 381-i kişi, 347-si qadın idi. Bütün Xırmandalının əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi — 100%.

Əhalisi 5700 nəfərdir.

Coğrafiyası və iqlimi

Azərbaycan Respublikasının cənub zonasında yerləşən Xırmandalı kəndi Masallı rayonunun şimali–şərq hissəsində yerləşir. Kənd CəlilabadNeftçala rayonları ilə həmsərhəddir. Xırmandalı kəndinin iqliminin formalaşmasında Xəzər dənizininTalış dağlarının böyük rolu vardır. Xırmandalı kəndinin yayı quraq keçən mülayim–isti iqlimin təsiri altında, qışı isə yumşaq iqlimə malikdir. Cənub–şərqdən və cənubdan daxil olan "Gilavar" qış aylarında havanın mülayimləşməsinə (yumşaq), yayda isə istiliyin və nəmliyin artmasına səbəb olur. Xırmandalı kəndi dəniz səviyyəsindən 10–15 metr aşağıda yerləşir.[mənbə göstərilməlidir]

Tarixi

Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xırmandalı biz markizlərə deyirik.”

Mənbələrdən biri xırmandallıların Şahsevən mənşəyindən bəhs edir:

Şahsevən Tavabi Məmməd xan, Şahsevən xalqı ilə birlikdə Fətəli xanın icazəsi ilə Ərdəbildən Şabran və Müşkurda məskunlaşdı, aşağıdakı kəndləri təşkil etdi: Bayandurlu, Çaxmaqlı, Hisun, Cığatay, Hacılar, Xırmandalı, Gebeli, Ustacəlilli, Keuladaeli və başqaları, ağasına və Quba xanına veriləndən başqa, xidmət etməyə hazırlaşır.

Xırmandalıların bir hissəsi XVIII əsrın 60–70-cı illərində Xəzər dənizinin sahilində–balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanlari olan ərazidə Xırmandalı kəndinin əsasını qoyurlar. Kənddə təqribən 1860–1917-ci illərdə Bakı milyonçusu D.L. Mayılova məxsus balıq emalı və satışı zavodu fəaliyyət göstərmişdir. 1918-cı ildə Muğan kəndlərinə hücum edən rus–erməni birləşmələri Xırmandalı kəndində dinc əhaliyə qarşı qırğınlar törətmişdir. 1918–1919-cu ilin avqust ayına kimi Muğan Sovet Respublikası qurulmuşdur. 1974-cü ildə kəndin ərazisindən Azərbaycan Atabəylər dövləti (1136–1225) dövründə zərb edilmiş pul dəfinəsi aşkar edilmişdir.

Xırmandalı kəndi (Хармандали) 1880-ci ilin etnoqrafik xəritəsində


Xəritədən göründüyü kimi, əvvəllər Xırmandalı kəndi “Xarmandalı” kimi adlanırdı. Xırmandalının əhalisi öz kəndini “Xarmandalı” adlandırır.

Müharibə

  • 1941–1945-ci illər Böyük Vətən müharibəsındə iştirak edənlər: 152 nəfər. Həlak olan və itkin düşənlər: 73 nəfər.
  • I Qarabağ müharibəsində şəhid olmuşdur: Abbasov Fidail Abbas oğlu, Qasımov Rüstəm Qənimət oğlu, Qəmbərov Saiq Şahəli oğlu, Ələsgərov Zaur Əsgər oğlu, Məmmədov Xıdır Məmmədqulu oğlu və Səfərov Abas Ərəstun oğlu.
  • II Qarabağ müharibəsində 86 nəfər könüllü iştirak etmişdir.
  • II Qarabağ müharibəsindən şəhid olmuşdur: Abbasov Ruslan Hikmət oğlu.
  • Antiterror əməliyyatı şəhidi: Baş leytenant Yusifli Şəmistan Şükran oğlu.

İnfrastrukturu

XX əsrin əvvəllərinə qədər kənddə məktəb olmasa da, savadlı adamları var idi. Kəndin imkanlı adamları oğlan uşaqlarını din xadimlərinin yanına qoyur,fərdi üsulla təhsil almalarına şərait yaradırdilar. Xırmandalı kəndində ilk ibtidai məktəb 1920-ci ildə açılmışdır. Kənd sakin Yadulla Şirin oğlunun evinin 1-ci mərtəbəsində 10 uşaqdan ibarət bir sinif təşkil olunmuşdur. Məktəbdə ilk müəllim Astara rayonunun Pensər kəndindən gəlmiş Baldadaş Dadaşov olmuşdur. 1923-cü ildə isə Xırmandalı kəndındə yeni məktəb təşkil olunmuşdur. Məktəb binası kimi kəndin xeyırxah adamlarından olan Abuzər Məşədi Abbas oğlunun (1879–1929) evindən istifadə olunmuşdur. Bu ibtidai məktəb 1930-cu ildə 7 illik, 1950-ci ildə orta məktəbə çevrilmişdir. 1975-ci ildə yeni tipli orta məktəb binası tikilib istifadəyə verilmişdir.

Pedoqoji elmlər namizədi Əsgər Zahidov, yazıçı–jurnalist Nurəddin Ədiloğlu (Muğanlı), filologiya elmləri doktoru Füzuli Bayat, kimya elmləri namizədi Rakif Qasımov, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov, kimya elmlər namizədi Ağaşirin Quliyev, şair Arif Fərzəli və polis polkovniki Miraslan Hüseynov Xırmandalının tanınmış şəxslərindəndir.

Bakıda neçə–neçə yaraşıqlı binaların tikintisinə rəhbərlik etmiş Sosialist Əməyi Qəhrəmanı, Əməkdar İnşaatçı Hacı Mir Məhəmməd Hüseynov Xırmandalı kəndində anadan olmuşdur.

Kənddə Xırmandalı Ərazi nümayəndəliyinin binası, Xırmandalı Bələdiyyəsi binası, 2 məscid, 2 orta məktəb, Tibb məntəqəsi, Poçt, ATS, Mədəniyyət evi, Kitabxana binası, Muzey fəaliyyət göstərir.[mənbə göstərilməlidir]

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xırmandalı (Masallı) haqqında məlumat. Xırmandalı (Masallı) nədir? Xırmandalı (Masallı) nə deməkdir?

Üst