Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi.

Hüseyn Rəhmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Hüseyn Rəhmanov

Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi.

Hüseyn Rəhmanov
Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri
12 dekabr 1933 – 2 oktyabr 1937
ƏvvəlkiMircəfər Bağırov
SonrakıTeymur Quliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi
19 sentyabr 1933 – 10 dekabr 1933
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi
4 iyun 1930 – 28 noyabr 1930
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
24 dekabr 1929 – 31 may 1930
Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi
17 may 1928 – 7 dekabr 1929
Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Zaqafqaziya Diyar Komitəsinin birinci katibi
1925 – 1928
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi
1923 – 1925
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1902(1902-12)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 aprel 1938(1938-04-21) (35 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Partiya
  • Rusiya Kommunist (bolşeviklər) Partiyası
Təhsili
  • Qırmızı Professorlar İnstitutu
Fəaliyyəti siyasətçi
Təltifləri "Lenin" ordeni — 1935
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

H. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur.

H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir

Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir.

Siyasi fəaliyyəti

1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. H. Rəhmanov iki ilə yaxın – 1926–1929-cu illərdə Zaqafqaziyada Ölkə Komsomol Komitəsinin birinci katibi olmuşdur.

1928-ci il mayın 17-də Moskvada ÜİLKGİ Mərkəzi Komitəsinin plenumu çağırılmışdır. Plenum H. Rəhmanovu ÜİLKGİ MK bürosunun üzvü və 4 katibindən biri seçmişdir. Bir ildən sonra – yəni 1929-cu ilin aprelində isə o, ÜİLKGİ MK ikinci katibi təsdiq edilmişdir.

1929–1930-cu illərdə H. Rəhmanov Azərbaycan KP MK-nın üçüncü katibi vəzifəsini aparmışdır. Bu zaman o, Azərbaycanda əksinqilabi çıxışların – Şamxor ruhanilərinin "Şamxor imamı", Qarabağ üsyanlarının yatırılmasında, qrupbazlıq işinin ləğvində yaxından iştirak etmişdir. H. Rəhmanov 1930–1933-cü illərdə Qazaxıstan Həmkarlar İttifaqında, Moskvada ÜİMHİS-da müxtəlif vəzifələrdə çalışmış və Qırmızı Professorlar İnstitutunda təhsil almışdır. O, 1933-cü ilin aprelində Bakıya göndərilmiş və burada Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, dekabrında isə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə irəli çəkilmişdir. H. Rəhmanov bu ali vəzifədə ömrünün axırına – 1937-ci ilin sonuna qədər çalışmışdır.

1935-ci ildə Azərbaycan SSR-nin 15 illiyi qeyd edilən günlərdə respublikanın iqtisadi və mədəniyyət sahəsində əldə etdiyi müvəffəqiyyətlərdə böyük xidmətlərinə görə H. Rəhmanov "Lenin" ordeninə layiq görülmüşlür.

H. Rəhmanov repressiyaya məruz qalmış və 1937-ci ildə həbs edilərək 1938-ci ildə güllələnmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hüseyn Rəhmanov haqqında məlumat. Hüseyn Rəhmanov nədir? Hüseyn Rəhmanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Heşan

  • Fevral 27, 2026

    Faiq Cabbarov

  • Fevral 27, 2026

    Muxtariyyət

  • Fevral 27, 2026

    Lullubi

  • Fevral 27, 2026

    II Levon

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst