Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Talış dağları (azərb. Talış dağları‎, fars. کوه‌های تالش‎, tal. Tolışə bandon) — Azərbaycanın ucqar cənub-şərqində və İranın ucqar şimal-qərbində Ərdəbil ostanı

Talış dağları

  • Ana Səhifə
  • Vikipediya
  • Talış dağları

Talış dağları (azərb. Talış dağları‎, fars. کوه‌های تالش‎, tal. Tolışə bandon) — Azərbaycanın ucqar cənub-şərqində və İranın ucqar şimal-qərbində Ərdəbil ostanı və Gilan ostanı daxilində dağ silsiləsi. Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Əlburz (İran dağlarına keçid həlqəsini təşkil edir və həqiqi hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir) . Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağları cənub-şərqdə Əlburz, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) Paşahal (Lerik rayonu Pirasora kəndi) (2.200m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və başqa çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.

Talış dağları
Lerik rayonu ərazisində Talış dağları
Lerik rayonu ərazisində Talış dağları
Ümumi məlumatlar
Dağ sistemi Talış
Dağ silsiləsi Burovar, Peştəsər və Talış dağ
Mütləq hündürlüyü 2493 m
Hündür zirvəsi Kömürgöy
Yerləşməsi
38°42′ şm. e. 48°18′ ş. u.HGYO
Ölkələr
  •  Azərbaycan
  •  İran
Rayonlar
  • Lənkəran
  • Astara
  • Yardımlı
  • Lerik
  • Masallı
  • Cəlilabad
  • Astara
  • Talış
  • Rezvanşəhr
  • Nəmin
Talış dağları xəritədə
Talış dağları
Talış dağları
Talış dağları xəritədə
Talış dağları
Talış dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Talış dağlarında yağıntılar

Vilayətin daha cənub mövqeyi, yüksək termik vəziyyəti, Xəzər sahilində yerləşməsi, su buxarının miqdarının çox olmasını şərtləndirir ki, bu da Talış dağlarında, yağıntıların miqdarının çox olmasına gətirib çıxarır. Dənizə yaxınlıq və onun kifayət qədər hündürlüklü dağ silsiləsi ilə uyğunluq təşkil etməsi, bu dağların da rütubətli havanın daha cənuba doğru hərəkətinin qarşısını alması ilin soyuq dövründə şimal, şimal-şərq və şərqdən gələn soyuq hava kütlələrinin müdaxiləsi şəraitində bol yağıntıların yaranmasına gətirib çıxarır. Yerli əhəmiyyət daşıyan Xəzər mussonları zəif olur, yayda dənizdən quruya əsməsinə baxmayaraq özləri ilə bol yağıntı gətirmir. Deyilənlər bir daha göstərir ki, Talış dağlarında bol yağıntıların düşməsi yalnız Xəzər dənizinin təsiri ilə izah edilə bilməz. Əsas səbəb tədqiqat rayonunun fiziki coğrafi şəraiti, dəniz və atmosferin ümumi dövranının xüsusiyyətlərinin qarşılıqlı təsir edir.

Həmçinin bax

  • Qızyurdu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Talış dağları haqqında məlumat. Talış dağları nədir? Talış dağları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tağı Şahbazi

  • Fevral 27, 2026

    Qum (şəhər)

  • Fevral 27, 2026

    Ağac (material)

  • Fevral 27, 2026

    Qrup

  • Fevral 23, 2026

    Əzələ

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst