Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel

Vole Şoyinka

  • Ana Səhifə
  • Vikipediya
  • Vole Şoyinka

Akinvande Vole Babatunde Şoyinka (ing. Akinwande Oluwole "Wole" Soyinka; 13 iyul 1934[…], Oqun ştatı) — Nigeriya yazıçısı, dramaturq, şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1986)/

Vole Şoyinka
yor. Akínwándé Olúwọlé Babátúndé Ṣóyíinká
Doğum tarixi 13 iyul 1934(1934-07-13)[…] (91 yaş)
Doğum yeri
  • Oqun ştatı, Nigeriya
Təhsili
  • Lids Universiteti,
  • London Universiteti[d]
Fəaliyyəti dramaturq, şair, tərcüməçi, romançı, filosof, esseist, professor, yazıçı
Əsərlərinin dili Britaniya ingiliscəsi
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Kral Ədəbiyyat Cəmiyyəti[d]
Mükafatları Respublika ordeni Grand Commander of the Order of the Niger, Civil Division
ədəbiyyat üzrə Nobel mükafatı — 1986
wolesoyinkafoundation.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nigeriya dramaturqu, şair və nasir Akinvande Vole Babatunde Şoyinka qara qitənin Nobel mükafatı alan ilk təmsilçisidir. Şoyinka mənşə etibarı ilə Qərbi Afrikanın yoruba tayfasındandır. Bu tayfanın mifologiyaya, ritual rəqslərə, teatrlaşdırılmış səhnələrə bağlılığı, orijinal əsatir və əfsanələri Vole Şoyinkanın yazıçı-dramaturq kimi yetişməsinə ciddi təsir göstərmişdi. İngilis dilində təhsil alması, Qərb mədəniyyətini mənimsəməsi və xristianlığın təsiri də öz rolunu başqa bir istiqamətdən oynamış, ədəbi sintez üçün geniş imkanlar yaratmışdı.

İbadandakı kolleci bitirdikdən sonra Şoyinka təhsilini İngiltərənin Lids Universitetində (1954) davam etdirmişdi. Burada ingilis ədəbiyyatını və dram nəzəriyyəsini öyrənmiş, habelə yeni nəsil Britaniya yazıçıları ilə tanış olmuşdu. 1957-ci ildə gənc afrikalı "Bataqlıq sakinləri", "Şir və mirvari" kimi sonrakı yaradıcılığı üçün mühüm olan iki dram əsərini başa çatdırmışdı.

Şoyinka Mantovada Ədəbiyyat festivalında (2019)

Londonun "Royal Kort Tietr"inin heyəti sonuncu əsərlə tanışlıqdan sonra onu tamaşaya qoymaq qərarına gəlmişdi. Lidsdə magistratura təhsili alan və Yucin O`Nil yaradıcılığı haqqında dissertasiya yazan Vole Şoyinka bu xəbəri eşidəndə elmi araşdırmalarını bir tərəfə buraxıb Londona köçmüşdü. Onu "Royal Kort Tietr"də işə qəbul etmişdilər. "Bataqlıq sakinləri" isə teatrda uğurla oynanmışdı. Şoyinka bu dövrdə rasizm əleyhinə yönələn "Uydurma" pyesini yazmışdı.

1959-cu ildə Nigeriyaya qayıdan dramaturq "Maska-1960" həvəskar teatrının əsasını qoymuşdu. Şoyinkanın "Meşələrin rəqsi" pyesi 1960-ci il oktyabrın 1-də ölkənin Milli müstəqillik günü şərəfinə paytaxt Laqosda göstərilmiş və böyük maraq doğurmuşdu. Ardınca həmin pyesin və "İeronim qardaşın macəraları" satirik komediyasının İbadanda uğur qazanması onu vətənində məşhurlaşdırmışdı. 1962-ci ildən o, İfe universitetində ingilis dili və ədəbiyyatını tədris edir, eyni zamanda radio və televiziya üçün pyeslər yazırdı. Şoyinkanın Avropa mədəniyyəti ilə hər hansı təmasa qarşı çıxan "neqrofillərlə" qarşıdurması da bu dövrdə başlamışdı. Dramaturqun fikrincə, yalnız qara qitənin keçmişini tərənnümlə kifayətlənmək, yeniliyə və sivilizasiyaya qarşı çıxmaqla nə isə əldə etmək mümkün deyildir.

"Şərhçilər" (1965) romanı Vole Şoyinkanın ilk nəsr əsəri idi. Müəllif ABŞ və Avropada təhsillərini başa vurub vətənə qayıdan nigeriyalı gənclərin üzləşdikləri çətinlikləri, yerli şəraitin onlara hazırladığı sürprizləri öz şəxsi təcrübəsinə əsaslanaraq inandırıcı şəkildə təsvir etmişdi. Əsər yalnız Nigeriya üçün deyil, eyni problemlərlə üzləşən digər Afrika və Asiya ölkələri üçün də səciyyəvi idi.

Nigeriyada 1967-ci ildə başlanan vətəndaş müharibəsi ərəfəsində Şoyinkanın siyasi fəallıq göstərməsi, milli qırğının qarşısını almaq üçün üsyançı tayfa başçısı Odjukvu ilə gizli şəraitdə görüşməsi və danışıqlar aparması sonda yazıçının həbsi ilə nəticələndi. Bundan əvvəl o, bir dəfə də seçki saxtakarlığı əleyhinə sərt çıxışlarına görə (1963) məhbəsə salınmışdı. Lakin amerikan və ingilis yazıçılarının etiraz aksiyaları nəticəsində iki aydan sonra azadlığa buraxılmışdı. İkinci dəfə isə Şoyinka 27 ay məhbəsdə, təkadamlıq kamerada saxlanmışdı.

Ümumi əfv nəticəsində azadlığa çıxdıqdan sonra Şoyinka İbadan universiteti yanındakı dramatik məktəbə rəhbərlik edirdi. Yazıçının Afrika despotizmini ələ salan "Konqo biçini" komediyası 1969-cu ildə tamaşaya qoyulmuşdu. Bir il sonra həmin komediya əsasında onun özünün baş rolda oynadığı bədii film çəkilmişdi. Şoyinkanın "İnsan öldü" adlı həbsxana xatirələri 1972-ci ildə Nyu-York və Londonda çap olunmuşdu. 1975-ci ildə isə müəllif Akkrada (Qana) çıxan nüfuzlu ümumafrika jurnalının – "Transition"un baş redaktorluğu təklifini qəbul etmişdi.

Nigeriyada növbəti dövlət çevrilişi və prezident Qovonanın devrilməsindən sonra Şoyinka vətənə dönmüş, İfe universitetinin professoru kimi fəaliyyətini davam etdirmişdi. Bir-birini əvəz edən iqtidarlarla münasibətini tənzimləyə bilməsə də, o, Nigeriya mədəniyyətinin, ilk növbədə milli teatrın inkişafı üçün həqiqətən, böyük işlər görmüşdü. Şoyinka ölkəsində baş verən heç bir mühüm prosesə laqeyd və seyrçi qalmırdı. Hələ 60-cı illərdə o, neft bumunun Nigeriya üçün necə fəlakətlə nəticələnəcəyi haqqında xəbərdarlıq etmişdi. Şoyinkanı düşündürən başqa bir məsələ isə Afrika ölkələrində insan haqlarının qorunması idi.

Tədricən afrikalı müəllif ölkəsinin hüdudları xaricində də tanınırdı. Bu işdə Britaniya və ABŞ-nin aparıcı universitetlərində oxuduğu mühazirələr xüsusilə mühüm rol oynamışdı. 1979-cu ildə Şoyinkanın "Ölüm və çar elçisi" pyesi Çikaqo teatrında tamaşaya qoyulmuşdu. İki il sonra isə Londonda "Aka. Uşaqlıq illəri" adlı xatirələr kitabı çap olunmuşdu. Şoyinka həm də "Məhbəs şeirləri" (1969) poetik məcmuəsinin müəllifidir. Maraqlıdır ki, o, şeirlərini doğma yoruba dilində, nəsr və dram əsərlərini isə istisnasız olaraq ingiliscə qələmə almışdı.

1986-cı ildə Vole Şoyinka "böyük mədəni perspektivə və poetikliyə malik milli teatrın yaradılmasına görə" Nobel mükafatı aldı. Laureatı "qeyri-adi dərəcədə bilikli dramaturq" adlandıran İsveç Akademiyasının üzvü Lare Yyullensten onun Afrika mənşəli və Afrika ruhlu pyeslərində ənənəvi ritual rəqslər, maskalar, pantomimlər, ritm və musiqi ilə yanaşı həm də çağdaş teatr ənənələrindən bacarıqla istifadə etməsini yüksək qiymətləndirmişdi. Vole Şoyinka isə öz Nobel mühazirəsini aparteid rejiminə qarşı barışmaz mübarizəsinə görə məhbəsdə saxlanan Cənubi Afrika lideri Nelson Mandelaya həsr etmişdi.

Vole Şoyinka son illər daha çox Avropa və Amerikada yaşayır. Lakin yazıçı yenə də vətəninin və bütünlükdə Afrika qitəsinin problemlərinə laqeyd qalmır. Onun Afrika diktatorlarını ələ salan "Kral Babu" pyesi (2001) Vole Şoyinkanın yaradıcılıq ənənələrinə sadiqliyinin daha bir təsdiqidir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vole Şoyinka haqqında məlumat. Vole Şoyinka nədir? Vole Şoyinka nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Deizm

  • Fevral 27, 2026

    Vəqidi

  • Fevral 27, 2026

    Skandinav ölkələri

  • Fevral 27, 2026

    Tomas Sankara

  • Fevral 27, 2026

    Quru qoşunları

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst