Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…], Yako[d], Fransa Qərbi Afrikası[d] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983–1987-ci illərdəki dövlə

Tomas Sankara

  • Ana Səhifə
  • Vikipediya
  • Tomas Sankara

Thomas Isidore Noël Sankara (21 dekabr 1949[…], Yako[d], Fransa Qərbi Afrikası[d] – 15 oktyabr 1987[…], Uaqaduqu) — Burkina Fasonun 1983–1987-ci illərdəki dövlət başçısı.

Tomas Sankara
fr. Thomas Sankara
Burkina-Fasonun Prezidenti
4 avqust 1983 – 15 oktyabr 1987
SonrakıBlayis Kompaore
Burkina-Fasonun Baş naziri
10 yanvar 1983 – 17 may 1983
Şəxsi məlumatlar
Doğum adı Thomas Isidore Noël Sankara
Doğum tarixi 21 dekabr 1949(1949-12-21)[…]
Doğum yeri
  • Yako[d], Fransa Qərbi Afrikası[d]
Vəfat tarixi 15 oktyabr 1987(1987-10-15)[…] (37 yaşında)
Vəfat yeri
  • Uaqaduqu, Burkina-Faso
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
  • Uaqaduqu
Fəaliyyəti siyasətçi, zabit, dövlət xadimi, əsgər, nazir
Atası Fulalar
Uşağı 2
Dini katolisizm
Hərbi xidmət
Mənsubiyyəti Burkina-Faso
Rütbəsi
  • kapitan
Elmi fəaliyyəti
Elm sahəsi inqilabçı, siyasətçi, şair, bəstəkar

Təltifləri "Xose Marti" ordeni — 1984
İmzanın şəkli
thomassankara.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Afrikanın Che Guevarası kimi tanınan Sankara 1949-cu ildə o vaxtkı adı ilə Yukari Volta-da dünyaya gəlib. Mərakeş, Fransa, Madaqaskarda zabit kimi təlim keçdikdən sonra 1980-ci ildə polkovnik Saye Zerbonun idarəçiliyindəki hərbi çevrilişə qoşuldu. Hökuməttə dövlət nazirliyini əldə edən Sankara qısa bir müddətdən sonra solçu mövqeyinə görə vəzifədən atıldı. 7 noyabr 1982-ci ildə Jean-Baptiste Ouédraogonun rəhbərliyi ilə başlayan çevriliş nəticəsində baş nazirlik vəzifəsini əldə edən Sankara May ayında başqa öncül adlarla birgə vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı edilib. Bu kütlələrin hərəkatına səbəb oldu. Blaise Compaoréin avqust 1983-cü ildə həyata keçirdiyi yeni bir çevrilişlə Sankara dövlət başçılığı vəzifəsinə geri dönmüşdür.

Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı "Pejo" markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu. 15 oktyabr 1987-ci ildə Blaise Compaoréin başçılığı ilə yeni bir çevriliş rellaşdı. Çevriliş zamanı vuruşmalarda Sankara da öldürüldü.

Fəaliyyəti

Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: "mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram". Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi. O, "Mersedes" markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan "Reno" avtomobilləri ilə təmin etmişdi.

Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxardıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi.

Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tomas Sankara haqqında məlumat. Tomas Sankara nədir? Tomas Sankara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Soğan

  • Fevral 27, 2026

    Aymaqlar

  • Fevral 27, 2026

    Qücərat dili

  • Fevral 27, 2026

    S:Haqqə surəsi

  • Fevral 27, 2026

    II Leopold

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst