Əbu Abdillah Məhəmməd ibn Ömər ibn Vəqid əl-Vəqidi əl-Əsləmi əl-Mədəni (ərəb. الواقدي; 10 sentyabr 747, Mədinə – 823, Bağdad) — məğazi müəllifi, İslam tarixçisi, mühəddis və qazı.
| Vəqidi | |
|---|---|
| ərəb. الواقدي | |
| Doğum tarixi | 10 sentyabr 747 |
| Doğum yeri | |
| Vəfat tarixi | 823 (75–76 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | tarix, fiqh, hədis, bioqrafiya |
| Tanınmış yetirməsi | Məhəmməd ibn Səd |
Bioqrafiyası
Hicri 130-cu ildə (747) Mədinədə məvali bir ailədə dünyaya göz açıb. Babası Vəqidə nisbətlə Vəqidi adlanmışdır. İbn Əbu Zib, Məmər ibn Rəşid, İbn Cüreyc və Əbu Məşər əs-Sindidən dərslər alıb. İbn Səd onun tələbəsi olmuşdur. Yəhya ibn Xalid əl-Bərməki ilə yaxın dost olub. Fikirləri Əhməd ibn Hənbəl tərəfindən tənqid edilib. Siyər və məğazi səhalərində əsərlər qələmə alıb. "Əl-Məğazi" əsərini ilk dəfə A. Kremer nəşr etdirib. Yozef Horovits onun haqqında doktorluq dissertasiyası yazmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəqidi haqqında məlumat. Vəqidi nədir? Vəqidi nə deməkdir?