Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş y

Surikat

  • Ana Səhifə
  • Vikipediya
  • Surikat

Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib.

Surikat
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
Pişikkimilər
İnfradəstə:
Viverroidea
Fəsiləüstü:
Herpestoidea
Fəsilə:
Herpestidae
Yarımfəsilə:
Mungotinae
Cins:
Surikat
Beynəlxalq elmi adı
  • Suricata Anselme Gaëtan Desmarest, 1804[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  621797
NCBI  37031
EOL  35950
FW  

Mündəricat

Yayılması

Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar.

Təsviri

Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir:

I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,}

(burada I {\displaystyle I} {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır.

Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır. Başı ağ, qulaqları qara, burnu qəhvəyi, quyruğu sarı rəngli, quyruğunun ucu qara rəngdədir. Xəzi uzun və yumşaqdır. Qarnında və mədəsində tükləri qısadır. Ön pəncələrində uzun və möhkəm caynaqları vardır.

Surikatlar aktiv şəkildə sürü halında gəzən heyvanlara aiddir. Onlar balaca yuvalarda yaşayırlar. Bu yuvaların dərinliyi adətən 1,5 m olur və bir neçə yerdən girişi olur. Əgər onlar dağlıq yerlərdə yaşayırlarsa, onların yaşayış yeri kimi qayalı səhralar çıxış edir. Gündəlik həyat tərzinə malikdir. İsti günlərdə günəşin altında qızınmağı xoşlayırlar. Arxa pəncələri üstündə uzun müddət dayana bilirlər. Tez-tez yaşayış yerlərini dəyişirlər və yeni yaşayış yeri köhnəsindən 1,5–2 km aralıda yerləşir.

Qidalanması

Surikatlar öz yuvalarının yaxınlığında və adətən həşəratlarla qidalanırlar, lakin bəzən kərtənkələ, ilan, əqrəb, xərçəng, çoxayaqlılar, quş yumurtaları və bitki komponentləri ilə də qidalanırlar.

Surikatlar ilan zəhərinə qarşı yüksək immunitetə malikdir. Onlar həmçinin Kalaxari səhrasında yaşayan əqrəblərin zəhərinə qarşı dözümlüdürlər. Lakin ən təhlükəli əqrəb növlərinin zəhəri surikatlar üçün də ölümcül ola bilər. O əqrəblə qarşılaşdıqda ilk öncə əqrəbin zəhərli neştərini dişləməklə ondan qurtulur, sonra onun zirehindən zəhərin izlərini qumla təmizləyir.

Həyat tərzi

Surikatlar koloniya halında yaşayan heyvanlara aiddir. Surikatların koloniyası özündə 2-3 ailə qrupunu birləşdirir və üzvlərin sayı 20-30 arası olur. Ailə qrupları arasında tez-tez baş verən toqquşmalar ən azı bir surikatın ölümü ilə başa çatır. Əgər bir ailə digər ailənin yuvasını ələ keçirirsə, onda həmin yuvada olan balaların hamısı öldürülür.

Surikatlar ailəsi Kalaxari səhrasında

Surikatların arasında matriarxat hakimdir. Belə ki, dişi surikat erkəkdən ölçülərinə görə daha iri və onun üzərində üstünlüyə malik ola bilər.

Surikatların gündəlik həyat tərzi belədir: səhər tezdən yuxudan durduqdan sonra öz yuvalarının girişini qumdan təmizləyir, qida axtarışına çıxır, ən isti vaxtda kölgədə dincəlir, sonra yenidən qida axtarışına çıxır və günəşin qürubuna təxminən 1 saat qalmış öz yuvalarına qayıdırlar. Bəziləri yer qazanda digəri hətta ağaca çıxaraq düşməndən qorunmaq üçün keşik çəkir.

Bir yuvadan digərinə keçməyin iki səbəbi vardır: birincisi, köhnə yuvada uzun müddət qalmaları parazitlərin çoxalması ilə müşayiət olunur, ikincisi isə rəqib ailələr onların yuvalarına doğru yaxınlaşırlar. Onların köçü adətən səhər qida axtarışından sonra başlayır.

Ev heyvanları

Surikatlar asanlıqla əhliləşdirilir. Onlar soyuğa qarşı çox həssasdırlar. Cənubi Afrikada yaşayan əhali surikatları gəmiricilər və ilanları tutmaq üçün öz evlərində saxlayırlar. Surikatları bəzən onların çox vaxt yanaşı yaşadıqları sarı manqustlarla səhv salırlar. Sarı manqustları əhliləşdirmək olmur.

Surikatlar mədəniyyət və incəsənətdə

  • Surikatlar (film) — 2008-ci ildə rejissor Ceyms Honeybornun Kalaxari səhrasında yaşayan surikatlar klanının həyatı haqda çəkdiyi tammetrajlı sənədli film.
  • Surikat Billi — 2010-cu ildə çəkilmiş "Heyvanların birliyi" cizgi filminin baş qəhrəmanlarından biri.
  • Surikat Timon — "Kral Şir" cizgi filminin personajı və "Kral Şir: Timon və Pumba" multiplikasiya serialının baş qəhrəmanlarından biri.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Surikat haqqında məlumat. Surikat nədir? Surikat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leyçjoubandao yarımadası

  • Fevral 27, 2026

    Çempion

  • Fevral 27, 2026

    Çəmbərək rayonu

  • Fevral 27, 2026

    Callitriche

  • Mart 01, 2026

    Mundu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst