Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Matriarxat və ya Anaxaqanlıq (türk.) ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir.

Matriarxat

  • Ana Səhifə
  • Vikipediya
  • Matriarxat

Matriarxat və ya Anaxaqanlıq (türk.) ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir.

Tarixçə

"Kitabi Dədə Qorqud" boylarında tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri “ana haqqı” anlayışıdır. Bu anlayışa görə Ana–Tanrı şərafətli bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır. Hüquqi baxımdan toxunulmazdır, bir növ “demonik müdafiə” haqqına malikdir. Böyük bir günah işləmiş olsa belə, bir kimsənin ona qılınc qaldırması yasaqdır:

Ana haqqı Tanrı haqqı degilmişsə
Qara polad uz qılıcım dartaydım
Qafillicə görklü başınq kəsəydim
Alca qanınq yer yüzünə dökəydim (XI boy).

Ana haqqının Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), yəni Ulu İcma yaşayışı tarixinin qalıntısıdır: Polifem (Dəpəgöz) mövzusunda olduğu kimi, "Kitabi Dədə Qorqud" burada əski Yunan epik abidələri səviyyəsində durmaqdadır. Homer “Odisseya”sı və Esxil “Oresteya”sında da “ana haqqı” anlayışı tam eyni məzmun (semantika) yükü daşımaqdadır. “Odisseya” və “Oresteya” qəhrəmanı Klitemnestra adlı qadın, Troya savaşından dönüb gəlmiş əri Aqamemnonu (savaşda “müttəfiq qoşunlarının” başçısı idi) öldürmüşdü. Çünki başqa bir kişini sevmişdi. Orest isə xəyanətli davranışına görə öz anasını öldürmüş, fəqət özü də ana haqqının qoruyucuları olan erinlər (əfsanəvi intiqam pəriləri) tərəfindən amansızcasına təqib edilmişdi. Çünki ananın öldürülməsi əsatiri Yunan mifologiyasında “əsla bağışlanılmaz” bir cinayət sayılırdı. Keçən yüzildə Bazel Universiteti Roma hüququ tarixi kafedrasının professoru Y. Y. Baxofen bu epik tarixçəni əsas alaraq “Ana haqqı” (Das Mutterrecht) başlığı daşıyan ayrıca bir kitab yazmışdır. Bu araşdırmasında o, “Oresteya”nı ölməkdə olan ana hüququ ilə yaranmaqda olan ata hüququnun faciəli qarşılaşması, anaxaqanlıq (matriarxat) tarixinin gerçək açımı üçün bir açar kimi dəyərləndirmişdir. "Kitabi Dədə Qorqud" “Odisseya” və “Oresteya” ilə bir sırada “Ana haqqı” anlayışını hifz edərək yaşatmaqda olan üç tarixi qaynaqdan biridir.

Həmçinin bax

  • Patriarxat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Matriarxat haqqında məlumat. Matriarxat nədir? Matriarxat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Piter Berqer

  • Fevral 17, 2026

    Ərzurum ili

  • Fevral 24, 2026

    Napoleon Bonapart

  • Fevral 25, 2026

    Ağqoyunlu

  • Fevral 27, 2026

    Tayfunlar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst