Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir.

İlan

  • Ana Səhifə
  • Vikipediya
  • İlan

İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir.

İlan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Sinif:
Sürünənlər
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Lepidosauromorpha
Dəstəüstü:
Lepidosauria
Dəstə:
Pulcuqlular
Klad:
Toxicofera
Klad:
Ophidia
Yarımdəstə:
İlanlar
Beynəlxalq elmi adı
Serpentes
Vikianbarın loqotipi
Şəkil
axtarışı

İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər.

İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır.

Ən uzun zəhərli ilanlar Kral kobralardır. Onların uzunluğu 5 metrə çatır. Onların vətəni Cənubi Asiya və Cənub-Şərqi Asiyadır, ilk növbədə Hindistan və Çində rast gəlinir. Orta ömrü 20 ildir. Kral kobralar təhlükə hiss etdikdə və ya hücuma hazırlaşdıqda başlarının yan tərəfindəki dərini qaldırıb genişləndirə bilirlər. İlanlara Antarktidadan başqa bütün qitələrdə rast gəlinir. 8 metr uzunluğa çatan Torlu piton dünyanın ən uzun ilanı hesab olunur. Həmçinin yaşıl anakonda ən ağır ilan hesab olunur, bəzi fərdlərin çəkisi 200 kqdan çox olur. Hər ikisi zəhərsizdir və ölçülərinə və güclərinə güvənən güclü yırtıcılardır. Torlu pitonlar Cənubi Asiya və Cənub-Şərqi Asiyada yaşayır. Anakondalara isə Cənubi Amerikada rast gəlmək olar. Zəhərli ilanlar öz zəhərindən ovlarını hərəkətsizləşdirmək və ya öldürmək, həmçinin yırtıcılardan və ya təhdidlərdən özünü müdafiə etmək üçün istifadə edir. Afrikada mövcud olan ən zəhərli ilan isə Qara mambadır.

İngiliscə heyvanlar tərəfindən ifraz olunan və adətən dişləmə və ya sancma yolu ilə hədəfə vurulan bu zəhərli maddə Venom adlanır. Zəhərli ilana misal olaraq Gürzəni (Viper) göstərmək olar. İlanların əksəriyyəti yumurta qoyur. Yumurta qoymayan və bunun əvəzinə embrionları öz bədənində inkişaf etdirən və diri doğuran ilanlar da var. Bəzi ilan növləri isə "ovoviviparous"dur, burada ana ilan yumurtalarını bədənində saxlayır. Bala ilanlar canlı doğulurmuş kimi görünür, əslində isə ananın içərisindəki yumurtadan çıxıblar. Zəhərli ilanlarda ucu iti dişlərin (fang) içi boşdur və bu, zəhər vəzilərinə bağlıdır, bu da ilana dişləmə zamanı zəhəri qurbanın birbaşa qanına çatdırmağa imkan verir. İlanları öyrənən elm serpantologiya adlanır.

Mündəricat

Dəri

İlan dərisi pulcuqlarla örtülüdür, hamar və quru quruluşa malikdir. İlanların qarın və bel pulcuqlarının quruluşu fərqlidir. Dəri rəngləri çox müxtəlidir. Bəziləri bir rəngə, bəziləri isə 3–4 rəngə sahibdir. Rəngli ilanlar, əsasən, zəhərlidir. Ancaq zəhərli olmayan rəngli ilanlar da var. Rəngli dəri təhlükəni bildirir və düşmənləri qorxutmaq üçün istifadə olunur, amma bu o demək deyil ki, birrəngli ilanların dəriləri qorunmaq üçün əlverişsizdir. Birrəngli ilanların rəngi daha çox bozumtul, qəhvəyi və qara rəngli olur ki, bu rənglər də torpaqda, qumda, daşda gizlənmək üçün (kamuflyaj) ideal rənglərdir.

Dəri dəyişdirmə

Bir çox canlı kimi ilanlar da dəri dəyişdirir. Köhnə dəri ağız tərəfdən cırır, ilan daş, ağac kimi obyektlərə sürtünərək dərisini çıxardır. Bu prosesin bir neçə funksiyası var. İlk növbədə ilan köhnə dəridən azad olur, həm də parazitlərdən təmizlənir.

Zəhər

Zəhər başın arxasındakı zəhər vəzilərində toplanır və dişlər vasitəsilə ova, yaxud düşmənə yeridilir. Tüpürən kobra kimi bir neçə ilan təhlükə hiss etdikdə düşmənin gözünə zəhər tüpürür. Bəzi heyvanlarda ilan zəhərinə qarşı təbii peyvənd vardır və zəhər onlara təsir etmir.

Qış yuxusu

Bir çox sürünənlər kimi ilanlar da qışı yataraq keçirir. Qış boyunca yatasalar belə, passiv həyat tərzi sürürlər..

Mədəniyyətlərə təsiri

İlan kultu Qədim Misir, Qədim Yunanıstan, türk-fars sivilizasiyası, xristianlıq, islam kimi bir çox mədəniyyətdə yer alır. Qədim Misirdə ilan müqəddəs sayılırdı. Saray divarlarında tez-tez ilan təsvirinə rast gəlinir. Fironun taxt və tacında ilan heykəlcikləri yerləşdirilirdi. Qədim Yunanıstanda Meduza, Pifon kimi bir çox obrazın az və ya çox dərəcədə bədənlərində ilan komponentləri var idi.

Türk-fars mifologiyasında Şahmaran adlı yarı qadın yarı ilan qadın məşhurdur.

Xristianlar inanırlar ki. İblis Adəm və Həvvanı aldadanda ilan cildində idi. Musəvili, xristianlıq və islamda Musa peyğəmbərin əsasının ilana çevrilə bildiyinə inanılır.

Tibb emblemində ilan kubokun içərisinə əyilmiş halda təsvir olunur.

Şəkillər

  • İlan skeleti
    İlan skeleti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlan haqqında məlumat. İlan nədir? İlan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Helioqabal

  • Fevral 27, 2026

    Evkalipt

  • Fevral 27, 2026

    Apiales

  • Fevral 25, 2026

    Məhərrəmkənd rayonu

  • Fevral 27, 2026

    Kyonhi Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst