Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Subaşı və ya sübaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Türk dilində

Subaşı

  • Ana Səhifə
  • Vikipediya
  • Subaşı

Subaşı və ya sübaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Türk dilində "sü" sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində "sü begi" formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün "sü başlamaq" ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu.

Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi. II Məhəmmədin dövründə subaşı vəzifəsi sancaqbəyi və qazıdan sonra gələn vəzifə olaraq görülməyə başlanmışdır. Belə bir tendensiyanın yaranmasında Bizansın dövlət idarəçiliyinin mənimsənilməsinin təsiri olduğu iddia edilməkdədir. Subaşı vəzifəsini icra edənlər XV əsrin ortalarından etibarən daha çox ələ keçirilmiş olan regionlarda ictimai asayişin təmin edilməsinə görə məsuliyyət daşıyırdılar. Onlar qəzalarda sancaqbəyinin nümayəndələri kimi çıxış edirdilər. Adətən, onlara ziyamət torpaqlarından pay verilirdi.

Etimologiya

Subaşı və ya sübaşı türk sözü olaraq demək olar ki, bütün türk dövlətlərində “komandir” mənasında işlənmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və idarə etmək üçün “su başlamaq” deyirdilər.

Osmanlı İmperiyasının ilk dövrlərində kadı və dizdarın şəhər mühafizə qüvvələrinə komandan təyin edilməsi ilə subaşı olmaq bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi. II Subaşılar sancaq ağası və kadıdan sonrakı mövqe olaraq görülməyə başladı. Onlar qəzalarda sancaq bəyini təmsil edirlər. Adətən, onlara bir fif verilirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Subaşı haqqında məlumat. Subaşı nədir? Subaşı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xronologiya

  • Fevral 27, 2026

    Keçi

  • Fevral 27, 2026

    Gucci

  • Fevral 27, 2026

    Forma

  • Fevral 27, 2026

    Xamiz Muradov

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst