Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orxon yazıları, Orxon abidələri, Göytürk yazıları və ya Köktürk yazıları (Qədim türkcə: 𐰆𐰺𐰴𐰣∶𐰖𐰔𐱃𐰞𐰺𐰃) — Göytürklərin II Göktürk Xaqanlığı dövründə türklərin ilk

Orxon abidələri

  • Ana Səhifə
  • Vikipediya
  • Orxon abidələri

Orxon yazıları, Orxon abidələri, Göytürk yazıları və ya Köktürk yazıları (Qədim türkcə: 𐰆𐰺𐰴𐰣∶𐰖𐰔𐱃𐰞𐰺𐰃) — Göytürklərin II Göktürk Xaqanlığı dövründə türklərin ilk məlum əlifbası olan Orxon əlifbası ilə yazdıqları əsərlərdir. Türkcənin bilinən yazılı ilk nümunələri VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində olan, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey abidələri olaraq adlandırılan kitabələrdir. Bu kitabələr türkcənin, tarixi müddətdəki qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı ilə rəhbərliyi, türklərin mədəni elementləri, türklərin qonşuları ilə soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla və s. əlaqədar əhəmiyyətli məlumatlardan ibarətdir.

Orxon abidələrindən biri olan Kul Tigin abidəsi Monqolustanda Orxon Yazılar muzeyində ziyarətçilərə sərgilənməkdədir.

Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir.

Mündəricat

Abidənin aşkar olunması

Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.

Orxon abidəsi

Yazının tərcüməsi

Kültigin və Bilgə xaqan doğma qardaş olublar. 731-ci ildə Kültigin döyüşdə həlak olur. Onun ölümünə kədərlənən Bilgə xaqan onun şərəfinə qəbirüstü abidə ucaldır. Abidə qardaşların hərbi istedadadından, qələbələrindən danışır. Sonradan Bilgə xaqan özü üçün də abidə ucaltmışdır. Bilgə Xaqan abidəsində belə deyilir:

Türk Oğuz bəyləri, eşidin! Üstdə göy çökmədikcə, altda yer dənizi deşmədikcə, sənin elini, sənin törəni kim poza bilər?!
Ey Türk Milləti! Artıq titrə və özünə dön. Səni yüksəltmiş Bilgə Xaqanına, azad və müstəqil ölkənə qarşı səhv etdin, pis vəziyyətə saldın.
Millətin adı yox olmasın deyə, Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Qardaşım Kül-Tigin və iki Şad ilə öləsiylə bitənə çalışdım…

Həmçinin bax

  • Orxon əlifbası
  • Orxon abidələri mətni (unicode) 2012-04-11 at the Wayback Machine

Ədəbiyyat

  • Ə. C. Şükürov, A. M. Məhərrəmov. Qədim türk yazılı abidələrinin dili. Bakı: APİ. 1976.
  • Fərhad Zeynalov. Qədim türk yazılı abidələri. Bakı: ADU. 1980.
  • Əlisa Şükürlü. Qədim türk yazılı abidələrinin dili. Bakı: Maarif. 1993. ISBN 5-556-00630.
  • Ə. Rəcəbov, Y. Məmmədov. Orxon-Yenisey abidələri. Bakı: Yazıçı. 1993.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Orxon abidələri haqqında məlumat. Orxon abidələri nədir? Orxon abidələri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Almeriya

  • Fevral 24, 2026

    Yazıçı

  • Fevral 27, 2026

    Arktika iqlimi

  • Fevral 27, 2026

    Urmiyə

  • Fevral 27, 2026

    Körpübasar mahalı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst