Dizdar (fars. qala keşikçisi) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dizdar haqqında məlumat. Dizdar nədir? Dizdar nə deməkdir?