Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qati

Xurda Avesta

  • Ana Səhifə
  • Vikipediya
  • Xurda Avesta

Xurda Avesta (Kiçik Avesta) — Avestanın hissələrindən biri. Kiçik Avesta hissəsi Qatik Avestaya nisbətən daha gəncdir. İndiki "Avesta"nı adətən iki qismə - Qatik (böyük) Avestaya və Kiçik Avestaya ayırırlar. Qatlardan başqa, Böyük Avestaya Yəsnanın bəzi digər bölmələrini də aid edirlər. Bütün qalanlar Kiçik Avestaya aiddir. Alimlər adətən Qatik Avestanın daha yaşlı olduğunu etiraf edərək çox zaman belə hesab edirlər ki, Kiçik Avesta ənənəsi peyğəmbər Zərdüştün Qatik Avestada öz əksini tapmış ilkin, saf təliminin sonrakı təhrifindən ibarətdir. Müəllifliyi adətən Zərdüştə şamil olunan Qatların Kiçik Avestadan kəskin surətdə fərqlənməsi mübahisə doğurmur. Tədqiqatçıların bir qismi onlar arasındakı təzadı aradan qaldırmağa cəhd göstərsələr də, avestoloqların böyük əksəriyyəti bunu etiraf edir. Lakin o da şübhəsizdir ki, sonralar əlavə olunmuş bir çox materialları da özündə ehtiva edən Kiçik Avestanı bütövlükdə heç bir vəchlə Zərdüşt təliminin sonrakı təhrifi hesab etmək olmaz. Vedalar ruhunda politeizm hökm sürən Kiçik Avestada Mitra, Veretraqna, Tiştriya, Vayyu və bir çoxları fəaliyyət göstərirlər. Qatlarda isə dualizmin hökmranlığı şəraitində mahiyyətcə çox güclü şəkildə monoteizm elementləri zahirə çıxır. Qanlı qurbanlar verilməsi və Xaoma adlanan sərxoşedici içkiyə pərəstiş Kiçik Avestaya xasdır. Qatlarda isə bu cür cəhətlər aşkar surətdə pislənməsə də təbliğ edilmir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xurda Avesta haqqında məlumat. Xurda Avesta nədir? Xurda Avesta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Folivora

  • Fevral 27, 2026

    Fukuşima prefekturası

  • Fevral 27, 2026

    Qaraçay-Çərkəz

  • Fevral 27, 2026

    Komenski Universiteti

  • Fevral 27, 2026

    Şah Abbas

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst