Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo, İllinoys) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur 2014-2019-cu il

Sem Altman

  • Ana Səhifə
  • Vikipediya
  • Sem Altman

Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo, İllinoys) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb.

Sem Altman
ing. Sam Altman
Doğum tarixi 22 aprel 1985(1985-04-22) (40 yaş)
Doğum yeri
  • Çikaqo, Kuk[d], İllinoys, ABŞ
Təhsili
  • Stenford Universiteti
Fəaliyyəti iş adamı, proqramçı, sahibkar
Fəaliyyət illəri 2005-ci ildən
İmza
blog.samaltman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı və təhsili

Altman yəhudidir və Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb. Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi. O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub.

2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub.

Karyerası

2005-ci ildə, 19 yaşında olan Altman, Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb. Baş direktor olan Altman şirkət üçün 30 milyon dollardan çox vençur kapitalı topladı, lakin Loopt-a kifayət qədər istifadəçi cəlb edə bilmədi. Sosial şəbəkə 2012-ci ilin mart ayında Green Dot Corporation tərəfindən 43,4 milyon dollara satın alındı. Növbəti ay Altman qardaşı Cek Altman ilə birlikdə Hydrazine Capital-ı təsis etdi. Altman Loopt-da işlədiyi müddətdə sinqa xəstəliyinə tutulmuşdu.

Altman 2014-cü ildə Reddit-in CEO-su Yişan Vonq istefa verdikdən sonra səkkiz gün Reddit-in baş direktoru olub. O, 10 iyul 2015-ci ildə Stiv Hufmenin baş direktor vəzifəsinə qayıtdığını elan edib.

OpenAI

OpenAI ilk əvvəl Altman, Qreq Brokman, İlon Mask, Cessika Livinqston, Piter Til, Microsoft, Amazon Web Services, Infosys və YC Research tərəfindən maliyyələşdirilib. OpenAI 2015-ci ildə fəaliyyətə başlayanda 1 milyard dollar investisiya toplamışdı.

2019-cu ilin mart ayında Altman OpenAI-yə CEO olaraq diqqətini tam cəmləmək üçün Y Combinator-dan ayrıldı. 2019-cu ilin yayına qədər Microsoft-dan 1 milyard dollar investisiya almağa kömək etdi.

Altman 16 may 2023-cü ildə ABŞ Senatının Məxfilik, Texnologiya və Qanun üzrə Məhkəmə Alt Komitəsi qarşısında süni intellektə nəzarət məsələləri ilə bağlı ifadə verdi.

17 noyabr 2023-cü ildə OpenAI-nin idarə heyəti Altmanı baş direktor vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini açıqladı. İdarə Heyəti, Altmanın "ünsiyyətdə tutarlı səmimiyyətinin olmadığını" bildirdi. The Verge bildirirdi ki, Altman vəzifədən uzaqlaşdırıldıqdan bir gün sonra idarə heyəti onu geri qaytarmaq üçün müzakirələr aparırdı. Altman işdən çıxarılmazdan əvvəl investorlara yeni bir şirkət qurmağı planlaşdırdığını bildirdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sem Altman haqqında məlumat. Sem Altman nədir? Sem Altman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Veb-brauzer

  • Fevral 27, 2026

    Padşah

  • Fevral 24, 2026

    Maşınqayırma

  • Fevral 27, 2026

    Trifolium aureum

  • Fevral 27, 2026

    Smaylik

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst