Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Missuri ştatı (ing. Missouri) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cefferson-Siti şəhəridir. Missuri ərazisinin böyüklüyünə görə ştatlar arasında 21-ci

Missuri

  • Ana Səhifə
  • Vikipediya
  • Missuri

Missuri ştatı (ing. Missouri) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cefferson-Siti şəhəridir. Missuri ərazisinin böyüklüyünə görə ştatlar arasında 21-ci, əhalisinin sayına görə 18-ci yeri tutur. Missuridəki ən böyük şəhərlər Kanzas-Siti, Sent-Luis, Sprinqfild və Kolumbiyadır. Missurinin ərazisi 1821-ci ildə Fransadan Luiziananın satın alınması sazişi çərçivəsində satın alınıb.

Missuri
ing. Missouri
Ştat
Missuri bayrağı Missuri gerbi
Bayraq Gerb
Təxəllüsü:
"Mənə göstərin ştatı" (qeyri-rəsmi)
ABŞ xəritəsində Missuri
ABŞ xəritəsində Missuri
PaytaxtıCefferson-Siti
Ən iri şəhəriKanzas-Siti
Ərazisi21-ci (ABŞ üzrə)
 • Ümumi mil²
(180.533 km2)
 • Eni mil ( km)
 • Uzunluğu mil ( km)
 • % su1,7
Əhalisi18-ci (ABŞ üzrə)
 • Ümumi5.988.927
 • Sıxlıq/mil²  (33,62 nəfər/km2)
(ABŞ üzrə)
Yüksəklik
 • Maksimal yüksəklik
 ft (540 m)
 • Orta yüksəklik ft  (240 m)
 • Minimal yüksəklik{{{Minimal yüksəklikABŞ}}} ft (70 m)
İttifaqa qəbul10 avqust 1821 (24)
Qanunverici hakimiyyət
ABŞ Palata nümayəndələriSiyahı
AbbreviaturaMissuri

Missurinin coğrafiyası çox müxtəlifdir. Ştat Şimali Amerikadanın ən böyük çaylarından üçünün, Missuri çayı, Missisipi çayı və Ohayo çayının kəsişməsində yerləşir.

Coğrafiyası

Missuri qonşu ştat Tennessi kimi 8 ştatla həmsərhəddir. ABŞ-də heç bir ştat 8-dən artıq ştatla həmsərhəd deyil. Missuri şimalda Ayova, şərqdə Missisipi çayı boyunca İllinoys, Kentukki və Tennessi ilə, cənubda Arkanzasla və qərbə Oklahoma, Nebraska və Kanzas ştatları ilə həmsərhəddir.

İqlimi rütubətli kontinental iqlimdir, qışı soyuq, yayı isə isti və rütubətli keçir. Ştatın cənubuna doğru iqlim rütubətli subtropik iqlimə doğru dəyişir. ABŞ-nin daxilində yerləşən Missuridə tez-tez ekstremal hava şəraiti olur. Yaxınlığında heç bir dağları və okeanı olmayan Missuriyə Arktikanın soyuq hava kütlələri və Meksika körfəzindən isti hava maneəsiz daxil olur. Missuridəki ekstremal hava şəraiti həmçinin özünü burada tez-tez baş verən tornado və tufanlarla göstərir. Son illərin ən dağıdıcı tornadosu olan 2011-ci il Coplin tornadosu Coplin şəhərinin üçdə birini tamamilə dağıtmışdı. Tornado 1-3 milyard ABŞ dolları miqdarında ziyan vurmuş, 159 nəfərin ölümünə və 1000 nəfərdən artıq insanın yaralanmasına səbəb olmuşdu. Coplin tornadosu ABŞ tarixində baş vermiş 7-ci ən güclü, dünyada indiyə kimi baş vermiş 27-ci ən güclü tornado olub.

Tarixi

Avropalıların buraya gəlişinə qədər yerli hindu qəbilələri bu ərazilərədə min illərlə yaşayırdılar. Ştatın çayları sahilində aparılan arxeoloji qazıntıların nəticələri ştat ərazisinin 7.000 il ərzində insanlar tərəfindən məskunlaşdığını göstərir. Buraya gələn ilk avroplalılar Kanada fransızları olub. Onlar təxminən 1750-ci ildə buraya köç ediblər. Sent Luis şəhərinin əsası 1764-cü ildə Nyu Orleandan gəlmiş fransızlar tərəfindən qoyulub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Missuri haqqında məlumat. Missuri nədir? Missuri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    SSRİ konstitusiyası

  • Fevral 24, 2026

    Təbriz əncüməni

  • Fevral 26, 2026

    Tequsiqalpa

  • Fevral 23, 2026

    Dan dili

  • Fevral 24, 2026

    Veb-səhifə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst