Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc" və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intel

OpenAI

  • Ana Səhifə
  • Vikipediya
  • OpenAI

"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc" və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intellekt (Sİ) tədqiqat təşkilatı. "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı" süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir. "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçə geniş dil modelləri, eləcə də "DALL-E 3" kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır.

OpenAI
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi 501(c)(3) təşkilatı[d]
Sənaye süni intellekt
Təsis tarixi 8 dekabr 2015
Baş qərargahın yeri
  • San-Fransisko
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 22.678.253 $ (2023)
Ümumi gəliri
  • 5.363.248 $ (2023)
Struktur
İşçi sayı
  • 375 nəf. (2023)
Rəhbərlik
Təsisçilər
  • Sem Altman
  • İlon Mask
  • İlya Sutskever[d]
  • Qreq Brokman[d]
  • Voytsex Zaremba[d]
  • Andrey Karpati[d]
Baş icraçı direktor Sem Altman
İdarə heyəti Sem Altman, Bret Teylor[d], Lourens Sammers[d]
openai.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətində Sem Altman və İlon Mask çıxış etmişdilər. "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur.

17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoru Bret Teylor sədr kimi daxil idi.

Mündəricat

Motivlər

Stiven Hokinq və Stüart Rassell kimi bəzi elm adamları qabaqcıl süni intellektin nə vaxtsa özünü getdikcə artan sürətlə yenidən dizayn etmək qabiliyyətinə sahib olacağı halda qarşısıalınmaz "intellekt partlayışı"nın insanların məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həmtəsisçi İlon Mask süni intellekti bəşəriyyətin "ən böyük ekzistensial təhlükəsi" kimi xarakterizə etmişdir.

İlon Mask və Sem Altman süni intellektin təhlükəsizliyi və süni ümumi intellektin ekzistensial riski ilə bağlı narahatlıqların onları qismən motivasiya etdiyini bildirmişdilər. "OpenAI" bildirmişdir ki, "insan səviyyəsində olan süni intellektin cəmiyyətə nə qədər fayda verə biləcəyini anlamaq çətindir" və "səhv qurularsa və ya istifadə edilərsə, cəmiyyətə nə qədər zərər verə biləcəyini" anlamaq da eyni dərəcədə çətindir. Təhlükəsizliyə dair araşdırmalar təhlükəsiz şəkildə təxirə salına bilməz: "Süni intellektin təəccüblü tarixi səbəbindən, insan səviyyəsindəki süni intellektin nə vaxt əlçatan olacağını proqnozlaşdırmaq çətindir". "OpenAI" qeyd etmişdir ki, süni intellekt "insanların fərdi iradəsinin bir uzantısı olmalı və azadlıq ruhunda, mümkün qədər geniş və bərabər şəkildə paylanmalıdır". Həmsədr Sem Altman onilliklər boyu davam edən layihənin insan zəkasını üstələyəcəyini gözləyir.

"Infosys" şirkətinin keçmiş baş direktoru Vişal Sikka bildirmişdir ki, bu səylər "ümumiyyətlə bəşəriyyətin daha böyük maraqlarına uyğun nəticələr verəcəyi" bir "açıqlığın" dəstəyi üçün əsas tələbdir. O, əlavə etmişdir ki, şirkət özünün "çoxdankı dəyərləri" və onların "məqsədli iş görmək səyləri" ilə uyğunlaşır. "Wired" nəşrindən Keyd Mets "Amazon" kimi korporasiyaların böyük mülki məlumat ehtiyatlarına sahib olan "Google" və "Facebook" kimi korporasiyalara qarşı oyun sahəsini bərabərləşdirmək üçün açıq mənbəli proqram təminatı və verilənlərdən istifadə etmək istəyi ilə motivasiya oluna biləcəyini irəli sürmüşdür. Altman "Y Combinator" şirkətlərinin məlumatlarını "OpenAI" ilə paylaşacağını bildirmişdir.

Həmçinin bax

  • Anthropic
  • Google DeepMind
  • DeepSeek

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, OpenAI haqqında məlumat. OpenAI nədir? OpenAI nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kaldas

  • Fevral 27, 2026

    Veymar konstitutsiyası

  • Fevral 27, 2026

    Heydər xan

  • Fevral 27, 2026

    Euarchontoglires

  • Fevral 27, 2026

    Dağ Kəsəmən

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst