Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan

Sinqa

  • Ana Səhifə
  • Vikipediya
  • Sinqa

Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.

Sinqa
XBT-10 E54
XBT-10-KM E54
XBT-9 267
OMIM 240400
DiseasesDB 13930
MedlinePlus 000355
MeSH D012614
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.

Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir. Tam müalicə üçün bir neçə gündən bir neçə həftəyə qədər uzanan bir müddət lazım olur. Qidalanmada qəbul ediləcək C vitamini mənbələri sitrus meyvələri və pomidor və kartof kimi bir sıra tərəvəzləri ola bilər. Bu mənbələrin pişirilməsi tərkibindəki C vitaminini azaldır.

Sinqa müasir dövrdə çox nadir hallarda müşahidə edilir. Bu, əsasən, inkişaf etməkdə olan ölkələrdə düzgün qidalanmama ilə əlaqəli olur. Qaçqınlar arasında xəstəliyin görünmə faizləri 5 ilə 45 arasında dəyişir. Xəstəlik Qədim Misirdə bilinirdi. Bu, uzun məsafəli dəniz səyahətini məhdudlaşdıran və çox vaxt çox sayda insanın ölümünə səbəb olan bir faktor idi. Təxmini rəqəmə görə 1571–1862-ci illəri əhatə edən dəniz sayəhətlərində dənizçilərin 50%-i sinqa xəstəliyindən dünyasını dəyişirdi. Krallıq donanmasındakı şotland cərrahı Ceyms Lind 1753-cü ildə sinqa xəstəliyinin sitrus meyvəsi ilə uğurla müalicə oluna biləcəyini sübut etmişdi. Buna baxmayaraq, Cilber Bleyn kimi səhiyyə islahatçıları Krallıq donanmasını dənizçilərinə müntəzəm olaraq limon suyu verməyə inandırması üçün 1795-ci ilə qədər gözləməli oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sinqa haqqında məlumat. Sinqa nədir? Sinqa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fiorentina FK

  • Fevral 27, 2026

    Dariqa Nazarbayeva

  • Fevral 27, 2026

    Camphora glandulifera

  • Fevral 27, 2026

    Chromista

  • Fevral 27, 2026

    Latit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst