Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye k

Səlim Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • Səlim Qasımov

Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957).

Səlim Qasımov
Azərbaycan SSR yerli sənaye naziri
31 dekabr 1953 – 14 iyul 1956
ƏvvəlkiCəmaləddin Maqomayev
SonrakıQurban Xəlilov
28 mart 1946 – 18 aprel 1953
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıCəmaləddin Maqomayev
Azərbaycan SSR xalq yerli sənaye komissarı
5 may 1938 – 28 mart 1946
ƏvvəlkiZəkəriyyə Balaxlinski
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1907(1907-11-15)
Doğum yeri
  • Ramana, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 26 iyul 1957(1957-07-26) (49 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1927–1957)
Təhsili
  • Moskva Neft İnstitutu[d] (1928–1932)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Şərəf nişanı" ordeni — 1946 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Mündəricat

Həyatı

Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir.

1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu[rus.] sıralarına keçirilmişdir. Bir il sonra Uzaq Şərqdən Bakıya qayıdaraq yenidən Budyonnı adına zavodda işləməyə başlamışdır. 1937-ci ilin may ayında SSRİ Xalq Ağır Sənaye Komissarlığının əmri ilə Frunze adına kükürd turşusu zavodunun, 1937-ci ilin sonlarına yaxın isə Caparidze adına neftayırma zavodunun direktoru təyin edilmişdir.

Səlim Qasımov uzun illər Azərbaycan SSR yerli sənayesi nazirinin müavini və yerli sənaye naziri (1938-ci ildən), ömrünün sonlarına yaxın isə Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri vəzifələrində işləmişdir. O, 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.

Səlim Qasımov 26 iyul 1957-ci ildə vəfat etmişdir.

Ailəsi

Valideynləri — Qasım Qasımov, Hörmət Qasımova

Həyat yoldaşı — Ağaxanım Qasımova

Övladları — Müslüm, Kərim, Vaqif, Rəfiqə, Rafiq, Ramiz və Rauf

Təltifləri

  • "Qırmızı əmək bayrağı" ordeni — 27 aprel 1940
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səlim qasımov sözünün mənası, səlim qasımov haqqında məlumat. səlim qasımov nədir? səlim qasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Mariy El

  • Mart 01, 2026

    Adi susamuru

  • Fevral 26, 2026

    Tatyana Samoylova

  • Mart 04, 2026

    Kurilsk

  • Mart 06, 2026

    Zulkifl

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst