Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR

Cəmaləddin Maqomayev

  • Ana Səhifə
  • Vikipediya
  • Cəmaləddin Maqomayev

Cəmaləddin Müslüm oğlu Maqomayev (28 may 1910, Lənkəran, Lənkəran qəzası – 5 oktyabr 1977, Moskva) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1948–1952, 1953–1957), Azərbaycan SSR yerli sənaye naziri (1953), SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi (1962–1977).

Cəmaləddin Maqomayev
SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi
fevral 1962 – 5 oktyabr 1977
ƏvvəlkiSabit Orucov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
31 dekabr 1953 – 6 iyun 1957
SədrTeymur Quliyev
Sadıq Rəhimov
2 oktyabr 1948 – aprel 1952
SədrTeymur Quliyev
Azərbaycan SSR yerli sənaye naziri
18 aprel 1953 – 31 dekabr 1953
SonrakıSəlim Qasımov
Azərbaycan Kommunist Partiyası Bakı Vilayət Komitəsinin ikinci katibi
aprel 1952 – 17 aprel 1953
Birinci katibMir Teymur Yaqubov
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini
1957 – 1962
SədrƏli İbrahimov
ƏvvəlkiMöhsün Poladov
SonrakıHilal Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1910(1910-05-28)
Doğum yeri
  • Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 oktyabr 1977(1977-10-05) (67 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1940–1977)
Təhsili
  • Azərbaycan Neft İnstitutu (–1932)
Fəaliyyəti siyasətçi
Atası Müslüm Maqomayev

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 19421942 "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 19461946
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 19601960

Mündəricat

Həyatı

Cəmaləddin Müslüm oğlu Maqomayev 1910-cu il mayın 28-də Lənkəran şəhərində bəstəkar Müslüm Maqomayevin ailəsində anadan olmuşdur. Bakıda orta təhsil aldıqdan sonra o, Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdir. 1932-ci ildə institutu bitirdikdən sonra Leninqraddakı "İjora" ağır maşınqayırma zavoduna göndərilmiş, orada mühəndis-texnoloq vəzifəsində işləmişdir. 1934–1936-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Bakıya qayıtdıqdan sonra Cəmaləddin Maqomayev Azərbaycanın neft-maşınqayırma sistemində işləməyə başlamışdır. 1936–1937-ci illərdə Lenin adına zavodda baş mexanikin müavini, 1937–1939-cu illərdə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin baş mexaniki, 1939–1941-ci illərdə Kirov adına zavodun direktoru, 1941-ci ildən isə Azərbaycan Neft-Mədən Maşınqayırma Trestinin (Azərneftmaş) baş mühəndisi olmuşdur.

Böyük Vətən müharibəsi illərində Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin silah və döyüş sursatı üzrə müvəkkilinin müavini işləyən Cəmaləddin Maqomayev orduya döyüş silahlarının fasiləsiz göndərilməsində iştirak etmişdir. O, 1943–1948-ci illərdə Azərbaycan KP MK-da sənaye-nəqliyyat şöbəsinin, neft sənayesi şöbəsinin müdiri, Mərkəzi Komitənin yeyinti sənayesi üzrə katibinin müavini işləmişdir.

Cəmaləddin Maqomayev 1948–1952-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1952–1953-cü illərdə Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olmuşdur. 1953-cü ildə Azərbaycan SSR yerli sənaye naziri təyin edilmiş, 1953–1957-ci illərdə yenidən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. O, 1957-ci ildən Azərbaycan SSR naziri olmuş, 1957–1962-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1962-ci ilin fevralından ömrünün sonunadək SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi olmuşdur.

1940-cı ildən Sov. İKP üzvü olmuş, SSRİ Ali Sovetinin (3–4, 7–8-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2–3, 5–6, 9-cu çağırış) deputatı seçilmişdir. 1954–1961-ci illərdə Azərbaycan KP MK üzvü, 1961–1964-cü illərdə üzvlüyə namizəd, 1964-cü ildən isə yenidən üzvü olmuşdur.

Cəmaləddin Maqomayev 5 oktyabr 1977-ci ildə vəfat etmiş və 8 oktyabrda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Təltifləri

  • "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 19 avqust 1960
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — biri 6 fevral 1942
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cəmaləddin maqomayev sözünün mənası, cəmaləddin maqomayev haqqında məlumat. cəmaləddin maqomayev nədir? cəmaləddin maqomayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Sarisa

  • Fevral 27, 2026

    Süni seçmə

  • Mart 01, 2026

    Apollon Kutateladze

  • Fevral 27, 2026

    Qayı boyu

  • Mart 01, 2026

    Orta təhsil

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst