Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyas

Qurban Xəlilov

  • Ana Səhifə
  • Vikipediya
  • Qurban Xəlilov

Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958).

Qurban Xəlilov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
25 dekabr 1969 – 30 dekabr 1985
ƏvvəlkiMəmməd İsgəndərov
SonrakıSüleyman Tatlıyev
Azərbaycan SSR maliyyə naziri
3 noyabr 1958 – 25 dekabr 1969
ƏvvəlkiRza Sadıqov
SonrakıBaxşəli Baxşəliyev
Azərbaycan SSR yerli sənaye naziri
14 iyul 1956 – 3 noyabr 1958
ƏvvəlkiSəlim Qasımov
SonrakıDavud Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 2 (15) noyabr 1906(1906-11-15)
Doğum yeri
  • Kəlxoran, Cənubi Azərbaycan
Vəfat tarixi 20 mart 2000(2000-03-20) (93 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1926–1991)
Təhsili
  • Azərbaycan Neft İnstitutu (1928–1933)
Fəaliyyəti siyasətçi
Uşağı
  • Fərhad Xəlilov

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni
İmzanın şəkli

Mündəricat

Həyatı

Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir.

Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır.

Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir. 1955-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1956–1958-ci illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1958–1969-cu illərdə Azərbaycan SSR maliyyə naziri olan Qurban Xəlilov 1969–1985-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, paralel olaraq 1970-ci ildən SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.

Sov.İKP 24–27-ci qurultaylarının, Azərbaycan Kommunist Partiyasının 13, 14, 19, 22–31-ci qurultaylarının nümayəndəsi olmuşdur. 1970–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının 1985-ci ildəki 31-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir.

1926-cı ildən Sov.İKP-nın üzvü, 1971–1986-cı illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü, SSRİ Ali Sovetinin (8–11-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2, 5–11-ci çağırış) deputatı olmuşdur.

Qurban Xəlilovun Bakıdakı xatirə lövhəsi

Qurban Xəlilov 20 mart 2000-ci ildə Bakıda vəfat edib.

Təltifləri

  • 5 dəfə "Lenin" ordeni
  • "Oktyabr inqilabı" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Qırmızı Ulduz" ordeni

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurban Xəlilov haqqında məlumat. Qurban Xəlilov nədir? Qurban Xəlilov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Braziliya bayrağı

  • Fevral 24, 2026

    Sevilya kafedralı

  • Fevral 27, 2026

    Spitak

  • Mart 01, 2026

    Umberto Totsi

  • Mart 01, 2026

    Gavia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst