Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın.

Rudbar mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Rudbar mahalı

Rudbar mahalı — tarixi-coğrafi ərazilərdən biri.

Mahal
Rudbar mahalı

Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın.

1714-cü il.
Daxildir

Şirvanşahlar dövləti,
Şirvan bəylərbəyliyi,
Cavad xanlığı,
Şirvan xanlığı
Şirvan əyaləti
Gürcüstan quberniyası
Şamaxı qəzası
Kaspi vilayəti
Şamaxı quberniyası
Bakı quberniyası

  • Cavad qəzası
    Bakı quberniyası
  • Muğan dairəsi
Naib Darğa Məmməd xan
Tarixi və coğrafiyası
Sahəsi 1.100 km²
Əhalisi
Əhalisi 2110 nəfər
Rudbar mahalı qonşu xanlıqlar və mahallarla. 18-ci əsrin sonu
Rudbar mahalı qonşu xanlıqlar və mahallarla. 18-ci əsrin sonu

Mündəricat

Tarixi

Rudbar adının İran İslam Respublikasının Gilan bölgəsindəki Rudbar şəhəri ilə əlaqəsinin olduğu ehtimal edilir. Hazırda həmin şəhərin əhalisinin əksəriyyəti tatlardır. “Rudbar” fars dilində “çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır.

Abbasqulu ağa Bakıxanovun da qeyd etdiyi kimi, Rudbar bəyləri ilə Dağıstan feodallarının qohumluq əlaqələri vardı. Qubalı Fətəli xanın Rudbar və Salyan mahallarına meyil etməsi bu qohumluq əlaqələrindən irəli gəlirdi. Quba bölgəsində tat əhalinin sayının artması da məhz Rudbar ailəsinin hakimiyyətdə olması ilə əlaqədardır. Maraqlıdır ki, Şirvanın Rudbar mahalındakı bütün kəndlərin əhalisi türk dilində danışırdılar. XVII-XVIII əsrlərdə Rudbar mahalındakı Cavad kəndi şəhər kimi də tanınmışdır. Əslində Səfəvilər dövründə Salyan və Rudbar mahallarının tarixi bir-biri ilə sıx bağlı olub, qohum bəylər tərəfindən idarə olunub.

Rudbar bəylərinin Şirvan xan ailəsi ilə də qohumluq əlaqələri olmuşdur. Belə ki, Şirvan xanı Ağası xanın bacısı Qızana xanım Rudbar bəylərindən Şərif bəyin oğlu Cəfər ağa ilə evlənib. Onların izdivacından bir qızları – Xasə xanım dünyaya gəlib. Xasə xanım isə Axtaçı bəylərindən Hacı Əbdülkərimin oğlu Yolçu bəylə evlənib. Rudbar mahalında Axtaçı kəndinin oturaqlaşması da məhz bu izdivacla əlaqədar olmuşdur. Şirvan xanı Ağası xanın oğlu Cəfər bəy də 1810-cu ildə Rudbar bəylərindən Gəray bəyin qızı Soltan bikə ilə evlənmiş, Kərim bəy, Cavad bəy, Nuh bəy adlı oğlanları, Ümmisələmə xanım və Zabitə bəyim adlı qızları doğulmuşdur. Soltan bikə Sabirabaddakı Baba Səməd qəbiristanlığında dəfn edilmişdir. Şirvan xanları ilə əmioğlu olan Şıxəli bəyin oğlu Şahbaz bəy (1803-1836) də Rudbar mahalının naibi Darğa Məhəmməd xanın qızı Cahanbanu bikə ilə evlənib. Onların nəsli uzun müddət Ağsu rayonunun Bico(v) kəndində yaşamışdır.

  • Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın. (1714-cü il). Müəllif Kornelis de Bryuyin (1652–1726/1727).
    Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın. (1714-cü il). Müəllif Kornelis de Bryuyin (1652–1726/1727).

Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur.

Mahalın naibi Darğa Məmməd xan idi.

Əhalisi

1821-ci ildə 19 kənddə (Cavad, Dabbaqlar, Bəlvan, Qaralı, Yenikənd, Qazılı, Əhmədbəyli, Quruzmanlı, Abdulyan, Yenicə, Mustafalı, Axtaçı, Meynimən, Kovratlı, Surra Atamoğlan, Surra Ağabədəl, Surra Məmməd, Surra Abdulla bəy, Əlimədətli) 422 ailə yaşayırdı.

1)Şirvan əyalətinin Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1820-ci il).

Sıra sayıKəndlərƏhali/ailələrlə
1Cavad92
2Bəlvan10
3Davağlar4
4Qoralar15
5Yenikənd39
6Qəzili58
7Əhmədbəyli4
8Quruzmanlı22
9Abdulyan49
10Yenicə5
11Mustafalı16
12Axtaçı5
13Meyniman9
14Həzrət51
15Surra-Ağamoğlan7
16Surra-Ağabədil8
17Surra-Məmməd5
18Surra-Abdulla bəy23
Cəmi18422

Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.

2)Şirvan əyaləti Rudbar mahalı əhalisinin kəndlər üzrə yerləşməsi (1831-ci il)

Sıra sayıKəndlərHəyətlərin sayı Kişi cinsli əhali (nəfərlə)
1Kavratlı93256
2Meyneman1226
3Mustafalı921
4Axtaçı614
5Əli-Mədətli618
6Yeni donlu1737
7Abdulyanlı65188
8Əhmədbəyli26
9[Qunızmanlı]3387
10Qəzili62159
11Yenikənd46125
12Surra52110
13Qaralar1950
14Bəlvan-Dabaqlar1626
15Cavad86238
Cəmi155241361

Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.

İqtisadiyyat

Rudbar mahalının sakinləri əkinçilik və baramaçılıqla məşğul olurdular.

Həmçinin bax

  • Şirvan xanlığı
  • Muğan mahalı
  • Cavad qəzası
  • Cavad

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rudbar mahalı haqqında məlumat. Rudbar mahalı nədir? Rudbar mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ssenari müəllifi

  • Fevral 23, 2026

    Linqvistika

  • Fevral 27, 2026

    Betula ermanii

  • Fevral 23, 2026

    9 may

  • Fevral 27, 2026

    Hiroşima

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst