Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilək sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün ç

Gilan ostanı

  • Ana Səhifə
  • Vikipediya
  • Gilan ostanı

Gilan — İranın şimal-qərbində ostan.

Gilan

37°16′39″ şm. e. 49°35′20″ ş. u.HGYO


Ölkə
  •  İran
İnzibati mərkəz Rəşt
Tarixi və coğrafiyası
Sahəsi
  • 14.042 km²
Əhalisi
Əhalisi
  • 2.530.696 nəf. (2016)
Rəqəmsal identifikatorlar
ISO kodu IR-01
Rəsmi sayt
Gilan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilək sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu.

Mirzə Kiçik xan

Ərazi

Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir.

Əhali

Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir.

Milli tərkib

2021-ci ildə Gilan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi
etnik qrup nisbəti
Giləklər
  
60.01%
Azərbaycanlılar
  
18.80%
Talışlar
  
18.48%
Kürdlər və Ləklər
  
0.95%
Lurlar
  
0.30%

Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar.

  • Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir. Giləklər ana dil olaraq giləkcə, ikinci dil olaraq farsca danışırlar. Gilək dilinin dialektləri: Qaleşi, Rəşti, Rudbari, Someye Sarayi, Lahıcani, Ləngrudi, Rudsəri, Fuməni. Tarixən Təbəri dili adlandırılmış Mazandaran dili ilə Gilək dili olduqca yaxındır. Anadili və ya ikinci dil olaraq 3,000,000 nəfər gilək dilində danışmaqdadır.
  • Azərbaycanlılar:Azərbaycan vilayətlərindən Talış şəhristanının şəhərlərinə güclü miqrasiya nəticəsində talış və gilək dilləri öz mövqelərini itirərək öz yerlərini türkcəyə verirlər. Azərbaycan türkləri Astara bölgəsi,Məncil, Lövşan, HəviqÇubər, Lisar və Həştpər şəhərlərində üstünlük təşkil etməklə, geniş olaraq ostanın başqa bölgələrində də yaşamaqdadırlar.
  • Talışlar: Etnologue-nin verdiyi təxminə görə 1993-cü ilə əsasən Gilanda talış dilində danışanların sayı təxminən 112,000 nəfərdir. DAK-ın yayınladığı məlumatlara əsasən hazırda 2012-ci ildə Gilan ostanında 200,000 nəfər talış əsilli əhali yaşamaqdadır. İran İslam Respublikasının rəsmi dövlət saytlarından biri olan National Portal for Electronic Services of İran-a əsasən İran və Azərbaycan Respublikalarında toplam 500,000 nəfər talış əsilli əhali yaşayır.
  • Kürdlər: Kürd əsilli əhali üç müxtəlif tarixi mərhələdə Gilan ostanında məskunlaşmışdır. Onlardan ilk mərhələdə gələnləri rişvan tayfasına mənsub insanlar təşkil edir. XVII əsrin əvvəllərində 1622–1623-cü illərdə İrak torpaqlarını yenidən tamamiylə Səfəvilər İmperiyasının tərkibinə qaytaran I Şah Abbas tərəfindən Osmanlı tərəfində Səfəvi dövlətinə qarşı savaşmış ancaq müharibədə yenilərək tabe edilmiş və o zaman indiki Ərbil vilayətinin dağlıq bölgələrində yaşayan köçəri kürd tayfalarını Səfəvi dövlətinin ucqar sərhəd bölgələrinə sürgün etdirmişdir. O zaman Ərbil ətrafında yaşayan Rişvan (digər deyilişləri-Reşvan, Reşvand, Raşvand, Rəşvənd və s.) tayfası da Gilan vilayətinə sürgün olunmuşdur. Müəyyən iddialara əsasən Rişvan tayfası türk kökənlidir. Rişvan tayfasından olan əhali Siyahkəl şəhristanının Deyləman bəxşində, Rudbar şəhristanının Amarlu (əslində Ömərli) bəxşində, Rudbar şəhristanının Rəhmətabad və Blukat bəxşində yaşamaqdadırlar. 2-ci mərhələdə gələnləri Nadir şah (1736–1747) hakimiyyəti dövründə Xorasanın Quçan bölgəsindən buraya köçürmüşdür, onlar isə Rudbare Zeytun bölgəsində bəzi kəndlərdə yaşayırlar. 3-cü mərhələdə gələnlərin isə burada məskunlaşması XX əsrin əvvələrinə təsadüf edir. Bu mərhələdə gələnlər Kirmanşah ostanı ərazisindən buraya Ruslara qarşı mübarizədə istifadə edilmək üçün yerləşdirilmişdilər, onlar az saylıdırlar və hazırda Siyahkəl şəhristanının kənd əraziləri qismən bu kürdlərlə məskunlaşdırılmışdır.
Gilan ostanı
Bölgə (Şəhristan)Əhalisi (2006 s.a.)Ərazisi (km²)Etnik çoxluqDigər millətlər
Astara79,416432AzərbaycanlılarTalış
Talış179,499291,9Talış, AzərbaycanlıGilək
Rizvanşəhr64,193783,5Talış, AzərbaycanlıGilək
Masal47,648633TalışGilək
Sövməə Sara129,628572,9Gilək, TalışAzərbaycanlı, Kurmanc
Bəndər Ənzəli130,851304,7GiləkAzərbaycanlılar
Fumən96,788777,9GiləkAzərbaycanlı, Kurmanc
Rəşt847,680127,2GiləkAzərbaycanlılar, Fars, Erməni
Şəft63,375586,9GiləkTalış
Astaneyi-Əşrəfiyyə107,80142,8Giləkməlumat yoxdur
Rudbar101,884237,2TatAzərbaycanlıTalış, Kurmanc Gilək
Siyahkəl46,9911088GiləkKurmanc
Əmləş46,108410Giləkməlumat yoxdur
Lahican161,491436,7Giləkməlumat yoxdur
Ləngərud133,133438Giləkməlumat yoxdur
Rudsər144,5761331,1Giləkməlumat yoxdur

Həmçinin bax

  • Astara Mehraniləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gilan ostanı haqqında məlumat. Gilan ostanı nədir? Gilan ostanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mayns

  • Fevral 23, 2026

    Amerika Samoası

  • Fevral 23, 2026

    Gennadi Ayqi

  • Fevral 23, 2026

    Afina

  • Fevral 15, 2026

    Qiymətli kağız

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst