Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərd

Surra (Sabirabad)

  • Ana Səhifə
  • Vikipediya
  • Surra (Sabirabad)

Surra — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Surra
40°04′47″ şm. e. 48°31′31″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi
  • 189 km²
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Surra xəritədə
Surra
Surra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir.

Mədəniyyəti

Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur. Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir. Arxeoloji qazıntılar zamanı Surra kəndinin ərazisindən enolit dövrünə aid müxtəlif tapıntılar, eramızdan əvvəl VI əsrə aid küp qəbirlər, I-III əsrə aid küp qəbirlərdən tapılmış antropomorf və VII əsrə aid zoomorf gil əşyalar, həmçinin nekropollar aşkar edilmişdir. Bu nekropollar “Bud Təpəsi” adlanan yerdədir.

Coğrafiyası və iqlimi

Surra kəndinin giriş lövhəsi

Kənd Kür çayının sol sahilində yerləşir.

Kəndin iqlimi: yayı - isti, küləksiz; qışı isə sakit və mülayim xarakterlidir. Hazırda kəndin ərazisi 1890 ha-dır.

Əhalisi

Əhalisi bütünlüklə azərbaycanlılar və şiə müsəlmanlarıdır. Əhalinin sayı isə 1300 nəfərdən (300 ailədən) ibarətdir. Əhali sadə və mehriban adamlardır.

Tanınmış şəxsləri

  • Araz Budaqov (Araz Məhəmməd oğlu Budaqov) - Azərbaycanlı terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri.
  • Oqtay Əliyev (Oqtay Ərəstun oğlu Əliyev) - Azərbaycanlı rəssam

İqtisadiyyatı

Əhalinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğuldur. Kənddəki təsərrüfatların sayı 300-dən artıqdır.

Təhsil

Şəfi Babayev adına tam orta məktəb

Kəndin şəhidi Şəfi Babayevin adını daşıyan tam orta məktəb fəaliyyət göstərir. Kənddə uşaq bağçası da var.

Din

Kənddə Surra kənd məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Surra (Sabirabad) haqqında məlumat. Surra (Sabirabad) nədir? Surra (Sabirabad) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bədrifələk Qadınəfəndi

  • Fevral 24, 2026

    X Frederik

  • Fevral 28, 2026

    Nalandil xanım

  • Fevral 27, 2026

    II Aşşurnasirpal

  • Fevral 27, 2026

    Hökmdar (Makiavelli)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst